Bu yayılma növü koronaviruslu xəstə öldükdən sonra mümkün deyil...

Bu yayılma növü koronaviruslu xəstə öldükdən sonra mümkün deyil...Koronavirus-COVİD-19-la bağlı səslənən suallardan biri də bu infeksiyadan vəfat  edən şəxsin nə dərəcədə yoluxdurucu olması ilə bağlıdır. e-tibb.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, Covid-19-la bağlı ən çox verilən suallardan biri də COVİD-19-a yoluxmuş şəxs dünyasını dəyişəndən sonra ona toxunmaqla virusa yoluxmaq olarmı, sualıdır. Bunacava b verən mütəxəssilər bildiriblər ki, COVID-19 yeni bir xəstəlikdir və onun yayılma yolları hələ də öyrənilir. COVID-19-a səbəb olan virusun, əsasən COVID-19-a yoluxmuş insanla yaxın təmasdan (yəni 1 metrdən az məsafədə) yayıldığı düşünülür. Virusun, yoluxmuş bir insanın qrip və digər tənəffüs yolu infeksiyalarında olduğu kimi öskürdüyü və ya asqırdığı zaman yaranan tənəffüs damcıları vasitəsilə yayıldığı artıq məlumdur. Bu damcılar yaxınlıqdakı insanların ağızına və ya burnuna düşə bilər və ya nəfəsalma zamanı ağciyərlərə düşə bilər. Bu yayılma növünün xəstə öldükdən sonra baş verməsi mümkün deyildir.
Qeyd olunub ki, insanın üzərində virus olan səthə və ya cisimə toxunduqdan sonra ağızına, burnuna və ya gözlərinə toxunmasə ilə COVID-19-a yoluxa bilməsi mümkündür, ancaq bunun virusun əsas yoluxma yolu olmadığı hesab edilir: "İnsanlar COVID-19-dan ölən şəxsin cəsədinə toxunmamağa çalışmalıdır. Yaşlı insanlarda və ağır yanaşı xəstəliyi olan hər yaşda insanlarda ciddi COVİD-19 xəstəliyinin inkişaf riski yüksəkdir. Virusun toxunuşun bəzi növlərindən sonra yayılması ehtimalı az ola bilər, məsələn, ölmüş insanın əlini tutmaq və ya cəsədi baxışa hazırladıqdan sonra qucaqlamaq. Meyitin hazırlanmasından əvvəl, həmin vaxt və sonra onu öpmək, yumaq və kəfən geyindirmək kimi digər fəaliyyətlərdən, mümkündürsə çəkinin.
Bədənin yuyulması və ya kəfənlənməsi vacib dini və ya mədəni mərasimlərdir. Ailələr icmanın mədəni və dini rəhbərləri və cənazə evlərinin (məscidlərin) əməkdaşları ilə birlikdə məruz qalmanı mümkün qədər azaltmaq mövzusunda müzakirə aparmaları tövsiyə olunur. Ən azı, bu işləri həyata keçirən insanlar birdəfəlik istifadə üçün nəzərdə tutulmuş əlcək və maska geyinməlidir. Maye sıçraması gözlənilirsə, əlavə fərdi qoruyucu vasitələr (FQV) tələb oluna bilər (məsələn, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş xalat, üz maskası və ya gözlüklər).
Təmizləmə bütün təmizlik və dezinfeksiya məhsullarının (məsələn, konsentrasiyası, tətbiqetmə üsulu və əlaqə vaxtı və s.) istehsalçılarının təlimatlarına uyğun aparılmalıdır.
FQV çıxarıldıqdan sonra əlləri ən az 20 saniyə ərzində sabun və su ilə yuyun, bu mümkün olmadıqda tərkibində ən az 60%-lı spirt olan əl dezinfeksiyaedicilərdən istifadə edin. Əllərin çirkli olması gözlə görünürsə, sabun və su istifadə edilməlidir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1148   Tarix: 18 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

reseptler geyim necə seçməli geyim və ayaqqabılar balamı sevirəm xina haqqinda melumat maraqli hind filmleri meyveli tort kosmetika hamilelik anabaci novruz bayrami hakisda rus dilin nece orenek cekc pornuxa