Bud-çanaq oynağında, budda, qasıq nahiyəsində ağrılar varsa...

Bud-çanaq oynağında, budda, qasıq nahiyəsində ağrılar varsa...Koksartroz dayaq-hərəkət aparatı xəstlikləri arasında ən çox yayılmış xəstəlikdir. Bu xəstəliyi bud-çanaq oynağının osteoartrozu da adlandırırlar. Koksartroz daha çox yaşlı insanlarda müşahidə olunsa da, son vaxtlar bu xəstəliyə cavanlarda da təsadüf edilir.
e-tibb.az xəbər verir ki, Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Onun sözlərinə görə, koksartrozun əsas əlamətləri bud-çanaq oynağında, budda, qasıq nahiyəsində ağrıların olması və oynağın hərəkətliliyinin pozulmasıdır: "Vaxt keçdikcə ağrıyan ayaq qısalır, xəstə ayağın bud, baldır və sağrı əzələləri quruyur və həyat qabiliyyətini itirir. Qeyd edim ki, koksartroz xəstəliyi təzə başlayarkən ağrılar zəif olur. Adətən bu halda xəstələr həkimə müraciət etmirlər, gözləyirlər ki, ağrı öz-özünə keçəcək. Amma bu, belə deyil. Ağrılar get-gedə güclənməyə başlayır. Müalicə olunmadıqda isə xəstəlik inkişaf edir və daha ağır pozulmalar baş verir".
"Koksartroz xəstəliyinin vaxtında müayinəsi nə üçün vacibdir" sualına cavab olaraq ortoped-travmatoloq deyib ki, əgər xəstə ağrılar zəif olarkən həkimə müraciət edərsə, koksartroz xəstəliyi cərrahiyyə əməliyyatı olmadan da müalicə oluna bilər. Çox təəssüf ki, xəstələr bu zaman ağrılara fikir vermirlər və daha ağır pozuntularla həkimə müraciət edirlər. Daha gecikmiş mərhələlərdə bu xəstəlik yalnız cərrahi üsul olan endoprotez əməliyyatı ilə müalicə olunur. Koksartrozun yaranma səbəbləri qan dövranının pozulması, oynağın həddən artıq yüklənməsi ola bilər.
Mütəxəssis bildirib ki, bu xəstəlik artıq çəkisi olan insanlarda baş verə bilər. Digər səbəblər kimi mübadilə və hormonal pozulmaları, travmalar, oynaqların iltihabını, skolioz, kifoz və yastıpəncəlik patologiyalarını, anadangəlmə bud-çanaq çıxığı və anadangəlmə displaziyaları-oynağın inkişafının pozulmaları, oturaq həyat tərzini göstərmək olar. Xəstəliyin əsas müayinə üsulu Rentgen müayinəsisidir.
Koksartrozun müalicəsi haqda danışan M. Əhmədov qeyd edib ki, bu, xəstəliyin ağırlıq dərəcəsinə görə mərhələsindən asılıdır. Bu xəstəlik birinci və ikinci mərhələlərdə dərmanların köməyi ilə müalicə olunur: "Xəstəliyin ən ağır dərəcəsi olan üçüncü və dördüncü mərhələlərdə isə cərrahi müalicə tətbiq edilir. Əməliyyat zamanı xəstə oynaq süni oynaqla əvəz olunur. Konservativ müalicə zamanı ağrısızlaşdıran və iltihab əleyhinə preparatlar, qığırdağı bərpa edən preparatlar və fizoterapiyadan istifadə olunur".
Mütəxəssis koksartrozdan əziyyət çəkən insanlara üzgüçülüüyün çox yaxşı kömək etdiyini bildirib: "Tövsiyəm budur ki, oynaqlarınızda, sümüklərinizdə ağrı hiss edən kimi həkimə müraciət edin ki, müalicəni gecikdirmədən sağlamlığınıza qovuşasınız".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1645   Tarix: 21 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

yay kolleksiyasi gözəllik məhsulları hamilelikde qidalanma balqabaq tumu xiyar tursusunun hazirlanmasi qaydasi uz derisine qulluq maskalari küftələr kosmetika sağlıq badambura masqalar efsane vətənə aid atalar sözləri