Bundan hər gün bir ovuc yeyin
Maqnezium enerjini artırmaq və əzələ funksiyalarını dəstəkləmək üçün vacib bir mineraldır. Lakin maqnezium çatışmazlığı nəticəsində kramp və yorğunluq kimi əlamətlər yarana bilər. İstehlak edilən qidalar vasitəsilə maqnezium çatışmazlığının qarşısını almaq mümkündür.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, qida sayəsində maqnezium əksikliyinizi doldura bilərsiniz. Maqnezium qlükozanın əzələlərə daşınmasında rol oynayan bir mineraldır. Enerji artırır və əzələ funksiyalarını dəstəkləyir.
Maqnezium çatışmazlığı nəticəsində əllərdə və ayaqlarda uyuşma, zəiflik, iştahsızlıq, ürəkbulanma və saç tökülməsi baş verə bilər.
28 qram ağırlığında olan balqabaq toxumu gün ərzində lazım olan maqnezium ehtiyacının təxminən 40%-ni təmin edir. Ondan çox yox, cəmi bir ovuc yeməlisiniz. Balqabaq toxumlarında dəmir, mis, fosfor, manqan və sink var.
Balqabaq toxumlarında olan maqnezium, sink və selenium; infeksiyanın yaranmasının qarşısını alır. Oynaq xəstəliklərinin qarşısının alınmasında da təsirlidir.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi