"Bundan sonra dünya yansa, üzülmərəm"
"Ay ana, sənin üçün o qədər darıxıram ki... Nə desəm, azdır. Adam istəyir dərdini əlinə alıb gəzsin. Bəlkə, sakitləşdi, dünyanın ən gözəl anası".
Open.az xəbər verir ki, bu sözləri ötən günlərdə anasını itirən Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanova sosial şəbəkədə yazıb.
O, dünyasını dəyişən anası üçün çox darıxdığını dilə gətirib: "Sənin sayəndə yetimlik nədir bilmədik. Həmişə deyirdin ki, adam atadan yox, anadan yetim qalır. Yetim qaldıq. Nə gözəl ana idin – ömrünü bizə sərf edən... Atamız, anamız, hər şeyimiz oldun. Gələcəkdə övladlarım olsa, onlara səndən keçmiş zamandakı kimi danışacam. Buna çox üzülürəm. Sevgin o qədər idi ki, heç kəsin sevgisi məni qane etmirdi. Səni çox sevirəm. Bundan sonra dünya yansa, üzülmərəm. Kimə nə olsa, yanmaram. Mənim üçün bu dünyada ən dözülməz dərd anamı itirmək idi. Od düşdüyü yeri yandırır. Sənin üçün çox darıxırq. Ölənədək darıxacam. Səni həmişə çox sevəcəm. Yaxşı ki, doğulmusan, anamız olmusan".









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür