"Bunlar məni pis günə qoydu" - Aybəniz Haşımova
"24 ildir uşaqlar yetişdirir festivallara aparıram. Ermənilərin təxribatlarını orada da görürəm. Onlar uşaqlarına da öyrədirlər ki, orada təxribat yarat, hamı onları pis tanısın. Bir dəfə festivala getmişdim. Ermənilər ora zəng vurub deyiblər ki, Azərbaycan qrupunun rəhbərinin əri şəhid olub, orda dava salacaq, qovun onu. Biz getdik, hamı bizlə ehtiyatla davranırdı. Sonra onlar özləri provakasiya etməyə başladılar. Gedib köynək geyindilər: arxasında erməni xəritəsi, ortadan Qarabağ yazılıb. Rəsmi müraciət etdim və köynəkləri çıxartdırdım. Onda dedilər ki, onlar deyirdi siz bura adam öldürməyə gəlmisiniz".
Open.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova "Zaurla Günaydın" proqramında deyib. Müğənni xaricdə qatıldığı festivallarda ermənilər tərəfindən ona qarşı edilən təxribatlardan söz açıb.
Şəhid olan həyat yoldaşı Xalid Quliyevdən söz açan Haşımova bildirib ki, hər dəfə cəbhədə atəşkəs pozulanda həmin anları yenidən yaşayır:
"Hamımızın gözlədiyi məqam var, Qarabağdan Azərbaycan bayrağı asılsın. Mənim taleyim şəhid oldu. Bilməliyəm ki, bunun əvəzində torpağımız geri alındı, qan batmadı. Hər dəfə torpağımız uğrunda hərbiçilərimiz şəhid olanda yaralarım daha betər qanamağa başlayır. Son günlər izlədiyim proseslər məni lap pis günə qoydu".









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin