Bunları etsək daha çox yaşaya bilərik - naturopat Günay Seyfullayeva qlobal problemdən danışdı

Bunları etsək daha çox yaşaya bilərik - naturopat Günay Seyfullayeva qlobal problemdən danışdıÜrək-damar sağlamlığının qorunması uzun və sağlam ömür sürməyin bir nömrəli şərtidir. Bəs ürək-damar xəstəliklərinin təsirlərini azaltmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün nələr etməliyik?
Bununla bağlı saytımıza açıqlama verən Tibet təbabəti üzrə menecer, naturopat Günay Seyfullayeva hazırda bütün dünya əhalisinin bu bəladan əziyyət çəkdiyini deyib.
"Aterosklerotik mənşəli ürək-damar xəstəlikləri, xüsusən də ürəyin işemik xəstəlikləri bütün dünyada vaxtından əvvəl ölümün əsas səbəbi olaraq qalır. Profilaktik tədbirlər doğuşdan qocalığa qədər bütün həyat boyu aparılmalıdır", deyə gənc naturopat bu tip xəstəliklərin qarşısını vaxtından əvvəl alına biləcəyindən bəhs edir.
Bunları etsək daha çox yaşaya bilərik - naturopat Günay Seyfullayeva qlobal problemdən danışdıO, əsas profilaktika strategiyalarını sadalayıb:
"Əsas profilaktika strategiyaları: Əhalinin həyat tərzinin, ekoloji vəziyyətinin dəyişdirilməsi, sağlam həyat tərzinin təbliğidir.
Bioloji (dəyişdirilməyən) amillər: - Yaş, cins, irsiyyət, şəkərli diabet və piylənmənin yaranmasına səbəb olan genetik amillər, piylənmə və bədəndə yağların paylanması.
Davranış (dəyişdirilə bilən) amilləri: - Qidalanma vərdişləri, siqaret çəkmə, fiziki fəaliyyət, spirtli içki qəbulu, stressə məruz qalma. 
Risk faktorlarından birinin belə olması 50-69 yaşlı kişilərdə ölüm göstəricisini 3,5 dəfə, bir neçə faktorun birgə təsiri isə 5-7 dəfə artırır. Beləliklə, ÜİX risk faktorlarına təsir göstərmək üçün hər bir fərdi formalaşdırmağa həvəsləndirmək lazımdır".
Bunları etsək daha çox yaşaya bilərik - naturopat Günay Seyfullayeva qlobal problemdən danışdıXanım naturopat vurğulayıb ki, ürəyin işemik xəstəliyinin qarşısının alınması iki qrupa bölünə bilər:
"İlkin profilaktika işin və istirahətin balanslaşdırılmış rejiminin qorunması, fiziki aktivliyin artırılması, xörək duzunun məhdudlaşdırılması, alkoqoldan və siqaretdən imtina etməyi, qəbul edilən kalorilərin və bədən çəkisinin azaldılmasını əhatə edir.
İkinci dərəcəli profilaktika xəstəliklərin öncədən qarşısının alınması, real risk faktorları olan xəstə insanlarda fəsadların inkişafını dayandırmaq, xəstələnmə və ölüm hallarının azaldılmasıdır. Bunun üçün ölkəmizdə hazırda geniş yayılmış bioloji fəallığa malik təbii qida əlavələrinin qəbuludur ki, (dərman deyil) orqanizmimizə yad deyil. Tam rahat şəkildə hər gün profilaktik olaraq qəbul edib xəstəlikləri özümüzdən uzaqlaşdırmaq olar. Ən geniş yayılmış və köklü olaraq orqanizmimizə hüceyrə səviyyəsində təsir edən qida əlavələri isə Tibet təbabətinə söykənir. Bunlardan Resveratorlu kapsullar (fransız qırmızı üzüm çəyirdəyindən hazırlanmış) xüsusi Jenşen çayı, təbii buğda yağı kapsulları, Tibet göbələyi (təbii antibiotik) və müxtəlif növ ionlaşmış kapsulları göstərmək olar".
Sağlam olaq ki, sağlam düşünək!
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1596   Tarix: 25 mart 2024
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

qadın geyimi qadin dunyasi qaşların formalari dirnaq ucun maskalar bakirəliyin pozulması ədəbi guşə dirnaq pilkalamaq kosmetika novruz hakışdaları badambura şəkərbura lakonizim novruz bayramına aid