Bunları etsəniz, sevgiliniz sizdən ayrılmaz - 7 MƏSLƏHƏT

Bunları etsəniz, sevgiliniz sizdən ayrılmaz - 7 MƏSLƏHƏTAmerikalı psixoloq Con Gottman cütlükləri az vaxtda izlədikdən sonra hansılarının uzun və xoşbəxt sevgi əlaqələri yaşayacağını, hansılarının isə ayrılacağını təxmin edə bilib.
C. Gottmanın araşdırmalarının nəticələrinə əsasən, sevgi münasibətlərinin uzun müddət davam etməsi yollarını təqdim edir.
1. Həssas davranmaq. Həssas və nəzakətli davranışlar qarşınızdakına önəm verdiyinizi, ona sevildiyini hiss etdirir. Nəzakətli və həssas davranışla qarşılaşanların özlərinin də bir müddət sonra eyni formada davranmağa başlamalarına dair bir çox dəlil var. Bu, zamanla qarşılıqlı eşqi, sevgini və bağlılığı artırır. Həssas və nəzakətli olmaq sabit bir şəxsiyyət xüsusiyyəti deyil. Əslində bunu daha çox bir əzələ kimi düşünə bilərsiniz. Bəzi insanlarda daha inkişaf etmiş olur, digərlərinin isə bunun üçün çalışması lazımdır.
2. Şekspirin ölümsüz aşiqləri Romeo və Culyettanın hekayəsi insan təbiəti ilə əlaqədar çox əhəmiyyətli bir həqiqəti gözəl izah edir ki: "Comərdliyim dəniz kimi əngin.
Sevgim dərindir! Sənin üçün nə qədər çox şey versəm, mənə daha çox geri qayıdır. Çünki qaynaq sonsuzdur". Şekspirin də dediyi kimi, qarşınızdakı adama nə qədər incə və həssas davransanız, bir müddət sonra ondan daha çoxunun sizə geri dönəcəyinə inana bilərsiniz.
3. Təbii olaraq, həssas və nəzakətli davranmanın ən çətin olduğu zamanlar döyüş anlarıdır. Həssaslıq əsəbi sakitləşdirmək və gizləmək mənasını vermir. Sadəcə olaraq əsəbiliyi ifadə etmə formasını təyin edir.
Məsələn, əgər həyat yoldaşınız və ya sevgiliniz gecikirsə, "eynilə anan kimisən, hər zaman gecikirsən, başqaları vecinə deyil" sözlər desəniz, qarşınızdakı böyük ehtimalla ya hirslənəcək, ya özünü müdafiə edəcək, ya da əks hücuma keçəcək.
Bunun yerinə həssas və nəzakətli bir yanaşma nümayiş etdirin. Məsələn, deyin ki, "bilirəm, çox məşğulsan, bir çox şeyi birlikdə idarə etməyə çalışırsan, amma məni gözlətdin və mən narahat oldum", -deyərək daha müsbət bir nəticə əldə edə bilərsiniz.
4. Xüsusilə mübahisə etdiyiniz anlarda qılınc kimi kəskin sözlərlə qarşındakını yaralamaq yerinə, özünüzü əsəbi və ya kədərli hiss etmə səbəblərinizi onu günahlandırmadan izah edin. Bununla da, əlaqələrinizi tükətmədən problemləri həll edə bilərsiniz.
Həssaslığın ən çox əhəmiyyət qazandığı digər bir məqam isə əlamətdar günləri qeyd etmə anlarıdır. Həyat yoldaşınız tərifnamə aldıqda, hətta sadəcə olaraq pərəstiş etdiyi komanda qalib gəldikdə belə, onu ürəkdən təbrik edin, bunu qeyd edin. Bu cür addımlar münasibətlərinizin ömrünə ömür qatar.
5. Comərd davranmaq dedikdə ilk ağlınıza gələn bahalı hədiyyələr ola bilər. Amma əslində daha çox gündəlik davranışlar nəzərdə tutulur. Məsələn, siz televizor seyr edərkən həyat yoldaşınız və ya sevgiliniz onun üçün əhəmiyyətli bir şeydən söz açsa, dönüb onu dinləmək. Etdiyi gözəl şeylər üçün ona ürəkdən təşəkkür etmək. Sizdən ehtiyac duyduğu bir xahiş edirsə, nə qədər yorğun olsanız da, ona kömək etməkdir. Sizə göstərdiyi fotoşəkilə baxa, ya da 2 saniyə ərzində mobil telefonunuza baxa bilərsiniz. Romantik bir bağ qurmaq üçün edilən hər bir cəhd əhəmiyyətlidir.
6. Kiçik anlara qarşı laqeyd yanaşmağınız aranızdakı bağın zəifləməsinə və qarşınızdakının sizdən gedərək uzaqlaşıb, artan bir hirs və inciklik hiss etməsinə yol açır. Qarşınızdakını günahlandırmazdan əvvəl niyyətini anlamağa çalışın. Məsələn, sizinlə görüşməyə vaxt ayırmadığı üçün hirsləndiyiniz sevgiliniz əslində həmin axşam əlavə bir layihə tamamlayıb əldə edəcəyi əlavə qazancla sizi doğum gününüzdə gözəl bir yeməyə aparmağı planlaşdıra bilər. Ya da anasının yanında sizin xətrinizə dəyən bir söz söylədikdə, əslində niyyətinin sizi qorumağa çalışmaq olduğunu anlamağa çalışın.
7. Qarşılıqlı xoşbəxt olmağınızın, uzun ömürlü münasibətin sirri bir-birinizə qarşı bəhanəsiz şəkildə həssas və səxavətli davranmaqdır - hərdən bir deyil, hər gün, bir dəfə deyil, hər an.
Lent.Az

Maraqlı     Baxılıb: 4574   Tarix: 01 iyun 2016
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanlı reperin treki imtahan sualına salındı - FOTO

Reper Orxan Zeynallının (AİD) sözləri imtahanda istifadə olunub. olay-a istinadən xəbər verir ki, sənətçinin "Bir gün ökkədən qaçıb azmaq iri arzum, Elə bilmə səni yaddaşdan pozmaq idi arzum. Artıq donub əlləri, gücl

.

Hissin mahnısının sözlərinin imtahan bazasına salınmasına DİM-dən REAKSİYA - FOTO

Dövlət İmtahan Mərkəzi Azərbaycanda özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahan sualında müğənni Hissin mahnısının sözlərinin yer alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

.

Əziz Sancar AMEA-nın fəxri üzvü seçildi

Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib. xəbər verir ki, bununla bağlı məsələ AMEA-nın bu gün keçirilən ümumi yığıncağında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, AMEA prezidenti, akademik İsa Həbibbəyl

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

.

Prezident təqaüdünə layiq görülən tələbələr - ADLAR

Prezident İlham Əliyevin "2023-2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" Sərəncamına əsasən, bu təqaüdə layiq görülən 102 nəfə

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Bu gün Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək

Bu gün Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək. report-a istinadən xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev

.

Müəllimlərə ŞAD XƏBƏR: Maaşlar artdı

Müəllimlərin vəzifə maaşına əlavələr edilib. Bu barədə  -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib. Qeyd olunub ki, noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılmas

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

turlar.az

qadın geyimi sade makiyaj sekilleri qis geyimləri 2026 sarimsaqla qurdun mualicesi tərəvəzlər resept seksual qadinlar kosmetika əqrəb dovsan terezi maya maskasi novruz bayramı