Bürclərin sirlərlə dolu İNTİM HƏYATI: İnanmayacağınız GERÇƏKLƏR

Bürclərin sirlərlə dolu İNTİM HƏYATI: İnanmayacağınız GERÇƏKLƏRİnsanın tündməzac, ehtiraslı, soyuqqanlı, zərif, inamlı və cəbledici olması sən demə, bürcündən asılıdır.
Bürcünüzün hansı temperamentə aid olduğunu öyrənmək üçün Publika.az-ın bu məqaləsinə nəzər salın.
Qoç
Od ünsürünə aid olan Qoçların şüarı belədir: "Mən birinciyəm". Zərif və həssas Qoçlar eyni zamanda inanılmaz dərəcədə seksualdır. O, həm də acgözdür, əgər onun enerjisi əks cinslə uyğun gəlməsə, nəticəsi çox pis ola bilər. Lakin bu bürcün nümayəndələri həqiqətən sevməyi bacarır. Üstəlik o, çox zəif və tez inciyəndir. Qoç aşiq olanda öz məhəbbətini həddən artıq yüksəklərə qaldırır və o zirvədən düşərsə, dəhşətli dərəcədə üzülər. Çünki Qoçlar hesab edir ki, onlar səhv edə bilməzlər.
Buğa
Torpaq ünsürünə aid edilir. Odur ki, onları əminliklə daimi və etibarlı adlandırmaq olar. Həyatında hansısa dəyişiklik Buğaları lərzəyə gətirir. Bu bürcün utancaq nümayəndələri ailədə etibarlılığın ən yaxşı təminatdır. Bununla belə, Buğalar ən ehtiraslı bürclər arasında Qoçla birlikdə ikinci yeri bölüşür. Buğaların sevmədiyi yeganə xüsusiyyət müxtəlifliyi xoşlayan tərəf müqabilləridir. Özü isə bütün şəhvani və cinsi hisslərini romantik güllərlə bəzəyir və demək olar ki, heç vaxt birinci getmir. Əgər çox ağrılı bir xəyanətlə üzləşməyibsə...
Əkizlər
Hava ünsürünə aid edilir və daim ünsiyyətə ehtiyac duyur. Həmçinin onların əhval-ruhiyyəsi hər an dəyişə bilər. Bu bürcün nümayəndələri daim parlaq şəxsiyyət axtarır və flirt etməyi sevir. Cinsi əlaqə zamanı Əkizlər gözlənilməz sürprizləri sevir. Amma onları bədəndən çox qarşı tərəfin ağlı maraqlandırır. Odur ki, görüşə getməzdən əvvəl qəzet oxumaqdan fayda var. Yoxsa, onu necə itirdiyinizi özünüz də hiss etməyəcəksiniz.
Xərçəng
Su ünsürü olan bu bürc bütün emosiyaları öz axınına buraxır. Çox həssasdır və möhtəşəm intuisiyaya malikdir. Kiçik dozada emosionallıq iksiri və cazibəsi sayəsində siz özünüzü yenidən doğulmuş kimi hiss edəcəksiniz. Xərçənglərin heyrətamiz yumor hissi, eyni zamanda öz yuvasında "gizlənmək" hissi var. Sevgi məsələlərində bu bürcə agah olmayan sirr yoxdur. Seksdə erotika və emosiyalar onlar üçün ayrılmazdır. Hətta tərəf müqabili ilə aralarındakı sevgi qığılcımları sönsə və yalnız xoş xatirələr qalsa belə, Xənçənglər intim münasibərlərdən imtina etmir.
Şir
Od ünsürünün nümayəndəsidir, ona görə də o, hədsiz səmimi və emosional, eyni zamanda çox əzəmətlidir. Möhtəşəm Şirlər diqqət mərkəzində olmağı və təmtərağı xoşlayır. Ona aid olan hər şeyi sevir və heç bir halda onlardan ayrılmır. Şirlərə sevgi sənətini öyrətmək lazım deyil, o, artıq bütün mümkün imtahanları verib. Şir bürcləri öz məhəbbəti haqqında elə tərzdə danışır ki, siz onlarla ehtiyatlı davranmalı olduğunuzu dərhal hiss edirsiniz. Onlar həqiqi sevgiyə ehtiyac duyur və həyatın mənasını yalnız bunda görür.
Qız
Torpaq ünsürünün çox intellektual nümayəndələrinin bütün macəraları adətən möhtəşəm ideyalar ilə başlayır. Onlar hər bir xırda məsələdən ağlını itirə bilər. Səliqəsizlik və nizamsızlıq onları dəliyə çevirir. Birinci, Qız bürcləri tərəf müqabili haqqında onun kifayət qədər ağıllı olub-olmamasını bilmək istəyir. İkincisi isə qız bürcləri çox gözəl və sakit təşkil olunmuş görüşləri yüksək qiymətləndirir. Bu tələblərə cavab versəniz, onda Qızla intim münasibət möhtəşəm və sarsıdıcı olacaq. Əgər uyğun olmasanız, onda seks də olmayacaq.
Tərəzi
Hava ünsürü olan Tərəzilər gözəlliyin balanslı olmasını xoşlayır. Onların devizi budur: "Günün istənilən vaxtında ilahi harmoniya". Onlar mübahisə və qalmaqalları özünə yaxın qoymur, əvəzində çox asan vurulurlar, sevgidə son dərəcə idealistdirlər. Düzdür, işıq sürəti ilə də məyus olurlar. Onlar ehtiraslıdır, amma yataqda bəzən tənbəl olur, xüsusən də əgər qarşı tərəf onlarla harmoniya təşkil etmirsə...
Əqrəb
"Sakit bataqlıda şeytanlar gəzir" misalı Əqrəblərin temperamentini ən yaxşı şəkildə təsvir edir. Şəhvani və sirli Əqrəb həmişə gizlicə idarəedici tərəf olmağa çalışır. Əqrəb Su ünsürüdür və onları ciddi maraqlandırsanız, onda heyranedici, dinamik, ehtiraslı və sadiq tərəf müqabili olacaq. Zahirən zərif, soyuq və təmkinli görünən Əqrəblər öz gücünü və zərif qəlbini ciddi cəhdlə gizlədir. Onların devizi belədir: "Ya hər şey, ya heç nə!" Əqrəb intim münasibətlərə tələsmir, amma onun qəlbini fəth edə bilmisinizsə, ehtiyatlı olun!
Oxatan
Od ünsürü olan Oxatanların bəxti bütün xoşagəlməz hallarda gətirir. Fantaziyalara inanılmaz dərəcədə meyillidir, amma inadla israr edəcək ki, hadisə əslində məhz onun dediyi kimi baş verib. Azadlığa pərəstiş edir, odur ki, onları bir yerdə saxlamağa cəhd etməyin mənası yoxdur. Bəli, sədaqət onun siyahısında birinci yerdə deyil. Bununla belə Oxatan inanılmaz dərəcədə həssasdır, o hər gecə eyni oyunları oynaya bilməz. Sevgidə ona macəralar lazımdır. Onu saxlmağın yeganə yolu vaxtaşırı birlikdə əsl orgiyalar təşkil etməkdir. Əgər sizin buna gücünüz yoxdursa, onda yaxşı olardı ki, Oxatanlara baş qoşmayasınız.
Oğlaq
Bu bürcün ən cazibədar xüsusiyyəti - özünə gülmək bacarığıdır, amma əvəzində onlar bir çox məsələlərdə özlərini ağlasığmaz dərəcədə günahkar hiss edir, o cümlədən məqsədlərinə çata bilmədiyi üçün əzab çəkir. Bu insanlar şöhrətin şirin zəhəri olmadan yaşaya bilməz. Əvəzində onların seksuallığının pik dövrü pensiya yaşlarına düşür. Zaman-zaman Oğlaqlar sükuta və sakitliyə ehtiyac duyur. Görünüşcə, ciddi və sakit olan Oğlaqlar sevgi məsələlərində inanılmaz dərəcədə təcrübəlidir. Çünki onun şöhrətpərəstliyi "qeyri-ciddi" roman yaşamağa və ya tərəf müqabilini narazı qoymağa ona imkan vermir.
Dolça/Sutökən
Bu bürcün nümayəndələri sizi təəccübləndirməyə həmişə hazırdır, odur ki, hazırlıqlı olun. Hava ünsürünə aid olan Dolçalar həmişə azadlığa can atır. Sevgidə nəciblikdən başqa onu heç nə qane etmir. Münasibətləri rəsmləşdirmədən birgə yaşamaq Doçaların ən böyük arzusudur. Sekslə yalnız onun dadına baxmaq üçün məşğul olur. Amma yataqda istənilən halda qarşı tərəfin tələblərinə cavab verir. Dolça bürcü sevgidə heç bir qayda tanımır, ən yaxşı halda onları özü yaradır.
Balıq
Balıq hətta bəzən özü-özü üçün müəmmalı olur. O, inanılmaz mistik, incə, eyni zamanda peşəkar artist ola bilər. Su ünsürünə aid olan Balıqlar fantastik dərəcədə həssasdır və onunla son dərəcə ehtiyatla davranmaq lazımdır. Tez-tez öz təxəyyülünün qurbanı olur. Balıq zahirən çox rahat görünsə də, onun üçün sevgi - həmişə dramdır. Qeyri-adi aşiqdir, amma həm kitab, həm romantik film, həm gülməli filmlərdəki səhnələri canlandırmağa tam qadirdir. Bununla belə, öz tərəf müqabili ilə tamamilə xoşbəxt olsa da, kənarda da sevgi macəraları axtara bilər. Və ən başlıcası, heç kim Balıqları aldada və cəzasız qala bilməyib.

Maraqlı     Baxılıb: 7807   Tarix: 23 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

"Böyük Qayıdış kimi tarixi prosesi gənclərə çatdırmaq müəllimlərin əsas vəzifəsidir - Hafiz Paşayev

Təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə, bu təhsilin təminatçısı müəllimdir. Müəllim adını qorumaq, yüksəltmək hər birimizin vəzifəsidir.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfi

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafi

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

turlar.az

yay geyimləri 2026 qadin dunyasi geyim və ayaqqabılar gecəliklər fotoqaleriya emulqatorlar hamiləlik təqvimi kosmetika vətən həsrəti qiz burcu paxlava oxatan uşaq nece olur