Burun əti uşağı kar edə bilər – VALİDEYNLƏR, DİQQƏTLİ OLUN

Burun əti uşağı kar edə bilər – VALİDEYNLƏR, DİQQƏTLİ OLUNUşaqlarda immunitetin aşağı olması, yaxud fəsil dəyişimləri ilə əlaqədar tez-tez boğaz, qulaq ağrıları, burunda axmalar müşahidə olunur. Bu halların baş verməsinin bəzi səbəbləri isə xalq arasında "burun əti" kimi adlandırılan adenoiddir. Bəs adenoid problemi olarsa, bu, uşaqlarda hansı fəsadlara yol açır? Ümumiyyətlə, burun əti hansı səbəblərə görə yaranır?

Mövzu ilə bağlı Ailem.az-ın suallarına aydınlıq gətirən qulaq, burun, boğaz həkimi Cavid İsmayılov bildirdi ki, adenoid burun-udlaqda yerləşən limfa toxumadır: "Burun əti daha çox uşaqlarda müşahidə olunur. Adətən 14 yaşına qədər sovrulub gedə bilər. Amma 34 yaşında burnunda ət olan şəxslərə də rast gəlirik".

Həkim məlumat verdi ki, burun əti bir çox şikayətlərə səbəb olur. Adenoid problemi uşaqlarda davranış pozğunluğundan tutmuş, inkişafdan qalmaya qədər bir çox problemlərə gətirib çıxara bilər. Burun əti problemləri 6 aydan öncə nəzərə çarpmır, daha çox 2-8 yaş arasındakı uşaqlarda problemlərə səbəb olur: "Burun əti problemi uşağınızı və sizi çox narahat edə bilər. Mikroorqanizmlərə qarşı müdafiə sistemlərindən birisi olan burun əti genetik, allergik kimi səbəblər ilə daha sıx infeksiyaya məruz qala bilər. Əsl vəzifəsi müdafiə olan burun əti bakterial təbəqənin əmələ gəlməsi ilə birlikdə problem halına gəlir və orqanizm üçün bakteriya mənbəyi halına çevrilir".

C. İsmayılov burun ətinin yaratdığı fəsadlar barədə də məlumat verdi: "Bu problem uşaqlarda eşitmə itkisinə, xoruldamadan tutmuş, tam tıxanmaya qədər yuxu problemlərinə səbəb ola bilər. Bundan əlavə uşaqlarda gecələri yerini islatma, yuxuda böyümə hormonu ifrazına təsir etdiyi üçün onlarda böyümə problemlərinə gətirib çıxara bilər. Üz skeletində dəyişikliklər yaradır. Burun ətinin böyüməsi xüsusilə qız uşaqlarında üst çənədə qalıcı dəyişikliyə səbəb olur. Həmçinin gözlərin çuxura düşməsi, göz altlarının qaralması da onun əlamətlərindən biridir".

Həkim bildirir ki, adenoid uşaqlarda iştahsızlığa səbəb olur, məktəbdə fəallıqlarının azalmasına yol açır. Bununla yanaşı xroniki sinusit inkişaf edə bilər ki, bu da burun axıntısı, gecə öskürəkləri yaradır. Uşaq burunla nəfəs ala bilmədiyi üçün ağızla nəfəs alır və bu, orqanizmdə hiss edilməyən maye itkiləri ilə birgə ağız iyinə səbəb olur. Davamlı ağız ilə nəfəs aldığı üçün dişlərdə çürüklər yaranır. Burun içi fiziologiyasını pozaraq, burun qanamalarına yol açır. Və ən əsası da gecələri rahat nəfəs ala bilmədikləri üçün keyfiyyətli yuxu yatmayan uşaqlar hiperaktiv olurlar, bununla birgə davranış pozğunluqları meydana çıxa bilər. Problemdən çıxış yolu isə onun əməliyyatla aradan qaldırılmasıdır".

Ailə və Uşaq     Baxılıb: 7173   Tarix: 04 aprel 2018
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

turlar.az

gözəllik məhsulları gozel gorunmek kosmetika mehsullari ehtiraslandiran sozler hamiləlikdə uşağın cinsiyyəti arıqlama pəhriz kosmetika brusell bakteriyası meseller novruz bayramina aid şirin qoğal oxatan