Buster doza yeni ştamlardan qorunmaq üçün kifayət edəcək?

Buster doza yeni ştamlardan qorunmaq üçün kifayət edəcək?İlk iki doza vaksindən, yəni bazis vaksinasiyadan 5 ay sonra yenidən aparılan revaksinasiya buster adlanır. Koronavirusa qarşı anticisimlər artıq 4 ay sonra azalmağa başlayır, bu səbəbdən əlavə dozaya ehtiyac olur.
Bunu Trend-ə açıqlamasında həkim-infeksionist Könül İsmayılova deyib.
O qeyd edib ki, Böyük Britaniyada 100 000 nəfər arasında aparılan (REACT1) tədqiqatında 2021-ci il dekabr ayında yaxmaların pozitivliyi tədqiq olunub.
"Nəticələrə əsasən vaksinasiya olunmuş əhali arasında pozitiv PZR yaxmalarının sayı əhəmiyyətli dərəcədə az olub. Çində isə buster doza olunan insanlar arasında 28 gün sonra anticisimlərin daha yüksək olması məlum olub.
İlk iki doza vaksindən, yəni bazis vaksinasiyadan 5 ay sonra yenidən aparılan revaksinasiya buster adlanır. Koronavirusa qarşı anticisimlər artıq 4 ay sonra azalmağa başlayır, bu səbəbdən əlavə dozaya ehtiyac olur. Yəni məqsədi immun cavabı gücləndirməkdir.
Lakin, bu qeyd olunanlar pandemiyanın gedişatına müvafiq olaraq, yerli və beynəlxalq səhiyyə qurumlarının elmi istinadlara və tədqiqatlara əsaslanan nəticələrindən dolayı olaraq dəyişilə bilər", - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 417 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 511, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 453, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 453 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 373 965, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 171 942, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 680 213, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 521 810 təşkil edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1014   Tarix: 06 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

"Novruz"da bunu etmək qəti QADAĞANDIR

Novruz bayramı bolluq, bərəkət və zəngin süfrələrlə yadda qalır. . Həkimlər xəbərdarlıq edir ki, məhz bu günlərdə demək olar hər kəsin etdiyi bəzi vərdişlər sağlamlıq üçün ciddi risk yarada bilər. . Bayramın dadını çıxarma

.

Kərə yağı xərçəngdən ölüm riskini ARTIRIR

Kərə yağının yüksək miqdarda istehlakı xərçəng və digər ağır xəstəliklərdən ölüm riskini artırır. -a istinadən xəbər verir ki, bu barədə "The Mirror" nəşri Böyük Britaniyada aparılan araşdırmaların nəticəsinə istinadə

.

Bağırsaq xərçəngi riskini azaldan gözlənilməz məhsul

150 min nəfərin iştirak etdiyi genişmiqyaslı araşdırma adi səhər yeməyi ilə onkoloji xəstəlik riski arasında əlaqə olduğunu göstərib. Məlum olub ki, həftədə cəmi iki porsiya yoqurt bəzi ən aqressiv xərçəng formalarından qorumağ

.

5 dəqiqəlik yuxunun sağlamlığa FAYDASI

Somnoloqlar gündüz saatlarında uyğun olmayan şəraitdə belə qısa müddətli yuxunun sağlamlıq üçün faydalı olduğunu açıqlayıblar. xəbər verir ki, onların sözlərinə görə, güclü yorğunluq zamanı yaranan hər bir istirahət imkanında

.

İdeal bədən quruluşuna 6 həftədə sahib olun

Sürətli pəhrizlər və həddindən artıq fiziki yüklənmə orqanizmi yorur və itirilmiş çəkinin qısa müddətdə geri qayıtmasına səbəb olur. Buna görə mütəxəssislər kəskin məhdudiyyətlər əvəzinə tədrici və balanslı yanaşmanı tövsiy

.

Şirniyyatdan əvvəl sirkə içmək arıqladır? - Həkim danışdı

"Şirniyyatdan əvvəl sirkəli su içmək artıq çəkidən qoruyur" mövzu sosial şəbəkələrdə populyardır, amma elmi dəlil gücü şişirdildiyi qədər yüksək deyil". . xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyini

.

Yeməyi bir dəfədən çox qızdırmağın sağlamlıq üçün TƏHLÜKƏSİ

Mütəxəssislərin fikrincə, bir çox qida məhsulu yenidən qızdırıldıqdan sonra yalnız faydalı xüsusiyyətlərini itirmir, həm də sağlamlıq üçün təhlükəli ola bilər. Müasir həyatda insanların çoxu hər gün bir neçə dəfə təzə yemə

.

Sizi narahat edən düşüncələrdən qurtulmağın 6 yolu

Fəlakət ssenariləri qurmaq, qərarları təkrar-təkrar ölçüb-biçmək və ya gün ərzində başınıza gələnləri zehninizdə fırlatmaq üçün əzələlərinizdən istifadə etmirsiniz. Lakin bu hal zehin üçün təngənəfəs vəziyyətdə qaçmaq qədə

.

Hamiləlikdə Daun sindromu riskini azalda bilən məhsul açıqlandı

Sardina balığı hamiləliyin erkən mərhələlərində uşaqda Daun sindromu riskinin azalmasına kömək edə bilər. xəbər verir ki, bu barədə Rusiyalı mama-ginekoloq Anastasiya Semyonenko bildirib. Onun sözlərinə görə, sardina "Omeqa-3"

turlar.az

geyim dəbləri yemek reseptleri aksessuarlar illik bürclər aybasi qani ile cadu öpüşmək qaydası dəri xərçənginin əlamətləri kosmetika vətən həsrəti statuslar rus dilini öyrənək hakisda veten haqqinda atalar sozleri