Bütün dərmanların şahı baldır!

Bütün dərmanların şahı baldır!Bal yüksək kolori qida məhsulu olmaqla yanaşı, həm də əvəzsiz müalicəvi əhəmiyyətə malikdir. Bal yeganə qida məhsuludur ki, orqanizm tərəfindən tam mənimsənilir və heç bir qalıq saxlamamaqla yanaşı, orqanizmin şlaklardan təmizlənməsinə kömək edir. Balın ətri, dadı, rəngi, görünüşü və kristallaşması, balın alınmış olduğu bitkilərə görə fərqlənir. Balın kristallaşması (xarlanması)
təbii prosesdir və balın keyfiyyətinə mənfi təsir göstərmir.
Çiçək tozu, Güləm!!!
Təsadüfü deyil ki, çiçək tozunu kosmonavt yeməyi də, cavanlıq eliksiridə adlandırırlar. Güləm bir çox xəstəliklərin müalicəsində və profilaktikasında istifadə olunur. Bundan başqa o, orqanizmə
müsbət təsir göstərən biostimulyator olmaqla yanaşı, kişilərdə cinsi zəiflik zamanı əvəzsiz müalicəvi təsirə malikdir.
Arı südü, Vərəmum!!!

Arı südü geniş biloji təsirə malikdir. O bizə mikroorqanizmlərin
inkişafını ləngidir, maddələr mübadiləsini aktivləşdirir, mərkəzi sinir sistemini stimullaşdırır, iç qabiliyyətini yüksəldir, yorğunluğu azaldır, boy atımını sürətləndirir və iştahı yaxşılaşdırır. Arı südü
vegetativ sinir sisteminə müsbət təsir göstərir, qan təzyiqini
normallaşdırır, qanın tərkibini yaxşılaşdırır. İnsan orqanizminə yüksək təsir göstərən faktorların zənginliyinə görə arı südü qərb ölkələrində "KRAL JELESİ" adı ilə adlandırılır. Yaşlı adamlarda aterosklerozun müalicəsində, apatiyası olan, pis yuxusu, pis iştaha
və əzginlik nəticəsində boy artımı və çəkidə geri qalan uşaqların müalicəsində avəzolunmaz vasitədir. Cinsi zəiflik zamanı istifadəsi əvəzolunmaz təsir göstərir.
Arı kleyi (vərəmum)

Arı kleyi (vərəmum) möcüzəli təsirə malik arıçılıq məhsuludur. Tərkibi 55%-ə qətran və balzamdan, 10%-ə qədər efir yağlarından , 30%-ə qədər mum, 5%-ə qədər güləm, habelə sink, maqnezium, alüminium, vanadium, dəmir, kalsium, stibium, stronsium, müxtəlif turşular, antibiotiklərdən ibarət olur. Güclü antimikrob, antimkotik (göbələk əleyhinə), antivirus, ağrıkəsici və soyuqdəymə əleyhinə təsirə malikdir.
Toxumların regenerasiyasını stimullaşdırır, orqanizmin
immunoloji reaktivliyini yüksəldir. Arı kleyini hətta 3-4 il
saxladıqda belə öz antimikrob aktivliyini itirmir. Arı kleyi
müalicə olunan xəstəliklərin diapozonu çox genişdir. Bütün
dəri xəstəlikləri, adi və uzun müddət sağalmayan yaralar,
mədə xorası, onikibarmaq bağarsağın yaraları, soyuqdəymə
xarakterli ginekoloji xəstəliklər, babasil, qripp, nevritlər,
radikulitlər, ağ ciyərin vərəmi (4-10 ay ərzində müalicə edir).
Ağrısızlaşdırıcı (anesteziyaedici) vasitə kimi kleyi kokaindən 3 dəfə, prokaindən 52 dəfə güclüdür. Müalicə praktikasında arı kleyi spirtdə və suda həll olunmuş şəkildə, duru və qatı maz, propolis yağı və aplikasyalar şəklində, təbii təmiz şəkildə istifadə olunur.

Bal antibakterioloji bir nemətdir!

Balın antibakterioloji tərkibə malik olması orqanizmdəki kiflənmənin və müxtəlif növ mikrobların məhvini təmin edir. Aparılan tibbi araşdırmalardan da belə sübuta yetirilmişdir ki, insanın xəstələnməsinə səbəb olan mikroblar balın nəticəsində ölərək öz təsirlərini itirmişlər. Bunu təsdiq edən digər faktorlardan biri də balın tərkibinin orqanizmdəki bakterioloci inkişafın qarşısını alan maddələrlə zəngin olmasıdır. Bu maddələr mikrobların çoxalıb artmasına əngəl törədir və onların təsir gücünü zəiflədir. Bunun da səbəbi balın tərkibində mikrobların qatili hesab olunan oksigenli suyun olmasıdır. Alimlər bu barədə sübuta yetirilmiş bir elmi həqiqəti kəşf etmək imkanını əldə etmişlər ki, bu da 50% təzə bal məhlulunun bütün növ bakteriaları öldürməsidir.
Bu barədə danışarkən belə bir sual meydana çıxır: "Bal mikroblara qarşı necə müqavimət göstərir?" Bu sualı bir neçə məqama toxunmaqla da cavablandırmaq olar.
1. Balın tərkibində arı turşusu mövcuddur. Bu da orqanizmdəki çürümənin və ya kiflənmənin birinci dərəcəli düşmənidir.
2. Balın tərkibində mikrobların qatili hesab olunan oksigenli su mövcuddur.
3. Balın tərkibinin 80%-ni qatılaşdırılmış şəkərlər tutur ki, bu da mikrobların inkişafına imkan vermir.
4. Balın tərkibi orqanizmdəki bakterioloci inkişafın qarşısını alan maddələrlə zəngindir. Bu maddələr də ancaq arı məhsullarındandır. Bu cür maddələr süni yolla hazırlanmış balda mövcud deyildir.

Balla müalicəvi reseptlər

Balın müalicəvi məhsul kimi 2 - 3 min il bizim e ə. tarixi var. Qədim filosofların, təbiblərin əsərlərində bala çox əhəmiyyətli dəyər verilmiş. Öz sadəliyinə baxmayaraq zamanımızda simpozium, konqreslərdə hələ də xəstəliklərin profilaktikası və müalicəsində balın tətbiqi xüsusunda geniş müzakirələr aparılır. Aşağıda biz sizə müxtəlif xəstəliklərin müalicəsində bal və onun preparatlarının istifadəsi haqqında qısa da olsa məlumat vermək istəyirik.

Yara, dəri və göz xəstəlikləri: Yaraların üzərinə bağlanmış ballı sarğı qan dövranını yaxşılaşdırır, yaranı mexaniki təmizləyən limfanın yayılmasını gücləndirir və hüceyrələrin qidası üçün gözəl zəmin yaradır. Balın A vitamin ilə zəngin balıq yağı ilə birgə tətbiqi yaraların sağalmasında genişdir. Yara və irin üçün: arı balı – 80 q, balıq yağı – 20 q, kseroform – 3 q. Mazlı sarğı təmizlənmiş yaranın üzərinə bağlanır. Dəri xəstəliklərinin (karbunkul, furunkul) funksional durumu, möhkəmliyi və dərinin yumuşaqlığında bu mazdan istifadə olunur. Oftalmologiyada xüsusi bal məhlulu və yaxud bal məhlulu antibiotiklərlə birgə göz yaşlığına sürülür.

Tənəffüs yollarının müalicəcində: Yuxarı tənəffüs yollarının və ağız boşluğu xəstəliklərində 5 - 6 dəfə gündə ağız boşluğunda saxlamaqla və inqalyasiya aerozolla (20 – 30% balla distillə yaxud qaynadılmış su). İnqalyasiya gündə bir - iki dəfə 15 - 20 dəqiqə ərzində. 30% balın eklektroforezlə qarışığını bronxit xəstəliyində. Həmin qarışıq ilə qar - qara və yaxud yaxalama farinqit, larinqit, stomatit xəstəliklərində. Vərəm xəstəliyində balın südlə qarışığı.

Mədə bağırsaq xəstəlikləri: Mədə, oniki bağırsaq yarası, qara ciyər xəstəliklərinin müalicəsində balın gözəl təsiri var. Yeməkdən əvvəl qəbul olunmuş bal məhlulu (1 yemək qaşığı bal 1 stəkan suya) turşuluğu çox olan mədə şirəsinin ifraz olunmasını gücləndirir. Əgər yeməkdən 1.5 - 2 saat qabaq isti bal məhlulu qəbul olunsa mədə şirəsənin turşuluğu aşağı düşür. Zamanımızda dərman preparatlarının çoxluğuna baxmayaraq bir çox xəstəliklərin müalicəsində effekt əldə olunmayıb. Balın tərkibində qlyukoza və fruktozanın çox olması hepatit xəstələrinə rafinad şəkərini balla əvəz olunması məsləhət görülür.

Ürək damar sistemi xəstəlikləri: Alimlərin qeydinə görə, tərkibindəki bol enerği materialı olan qlyukozanın sayəsində balın ürək əzələrinə gözəl təsiri var. Davamlı olaraq gündə 100 q balın qəbulu ürək fəaliyyətini stabilləşdirir və ümumi vəziyyəti də yaxşılaşdırır. Diurez və qan təzyiqinin normallaşması, ürək sahəsində yorğunluğun və ağrıların azalması, yuxunun normallaşması, ümumi əhval ruhiyənin və həyat tonusunun yüksəlməsi balın sayəsində əldə olunur. Çoxlu dozada balın qəbulu ürək çatızmamazlığı olan xəstələrə öz təsərini göstərmişdir. Körpə ana südü ilə bəslənən uşuqlara gündəlik balın verilməsi inkişafında, tez çəkinin artmasında, xəstəliyə qarşı müqavimətin artmasında öz təsiri var. Amma balı körpələrə tədricən vermək lazımdır. Şəkər və qənnadı məhsulları xaric olmaqla gündəlik balın dozası 80 - 100 qramdan artıq olmamalıdır. Təbabətdə zəifləmiş xəstələrə sağalma dövründə başqa yüksək kalorili məhsullarla birgə balı da məsləhət görürlər.

Bal tərkibli farmakoloji pereparatlar: Dünyada tərkibində bal və arıçılıq məhsulları olan farmakoloji effektli pereparatların hazırlanmasında gərgin elmi və praktiki işlər getdikcə genişlənir. Tərkibində güləm, arı südü, vərəmum, bal olan pereparatlar, kremlər hazırlanır. Başqa bitkilərlə birgə tərkibinə arıçılıq məhsulları daxil olan pereparatlar dünya farmakologiya sahəsində geniş yer tutur. Bal və arıçılıq məhsullarının faydaları alimlər tərəfindən hələ tam kəşf olunmamış qalır.

Sağlamlıq     Baxılıb: 2735   Tarix: 04 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

turlar.az

toy gecesi reseptler geyim dəbləri zeytunun hazirlanmasi stil dərsləri razyana çayı biliye aid atalar sözləri kosmetika tanisliq vetene aid bayati azerb clpaq qadinlari cinsi elaqe qiz evi haxista