Canan Karatayın su içməklə bağlı 2 SİRRİ
Türkiyəli professor, doktor Canan Karatay suyun orqanizmdə mühüm yeri olduğunu və sağlam həyat üçün kifayət qədər maye qəbulunun vacib olduğunu vurğulayır.
Milli.Az axar.az-a istinadən bildirir ki, suyun əhəmiyyətinə toxunan Karatay minerallarla dolu duzlu su içməyi məsləhət görüb.
"Su ilə yanaşı, kifayət qədər heyvani yağ və zülal da qəbul etmək lazımdır", - o bildirib. Əlavə edib ki, bu, xəstəliklərdən qorunma və mövcud xəstəliklərdən qurtulma prosesini sürətləndirir.
Onun sözlərinə görə, gündəlik limonlu su qəbulu insanın enerji ehtiyacını ödəməkdə təsirlidir.
Limonlu suyun faydaları:
- bağırsaqların aktiv işləməsinə kömək edərək həzmi asanlaşdırır;
- qəbizlik kimi vəziyyətlərdə təsirlidir;
- müntəzəm içilməsi yağların yandırılmasını sürətləndirir və sidiklə ödemi aradan qaldırmağa kömək edir;
- tərkibindəki vitamin və minerallarla bədən sağlamlığına qatqı təmin edir, C vitamini və limon turşusu sayəsində dəmirin udulmasını artıraraq qan azlığına qarşı fayda verir.
Həkim Karatay hər axşam yeməyindən sonra limon suyu içməyin həzm sisteminə tənzimləyici təsir göstərdiyini bildirib və bunun daha sağlam yuxu üçün zəmin hazırladığını vurğulayıb.
Milli.Az









Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi