Cardiovascular Research: havanın çirklənməsi COVID-19-dan ölüm hallarını artıra bilər

Cardiovascular Research: havanın çirklənməsi COVID-19-dan ölüm hallarını artıra bilər"Cardiovascular Research"-da (Avropa Beynəlxalq Kardioloqlar Cəmiyyətinin jurnalı) dərc olunmuş beynəlxalq araşdırmaya əsasən, havanın uzun müddət ərzində çirklənməsi bütün dünyada COVID-19-dan ölüm riskini orta hesabla 15 faiz artıra bilər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatda artıq erkən ölümlərə səbəb olan havanın çirklənməsinin yeni növ koronavirusdan ölüm hallarına təsir dərəcəsi müəyyənləşdirilib.
Almaniyanın Mayns şəhərindəki Kimya İnstitutunun professoru Maks Plankın və onun həmkarlarının fikrincə, bu məsələdə Avropanın payı 19 faiz, Şimali Amerikanın 17 faiz, Şərqi Asiyanın isə 27 faiz təşkil edir.
Alimlərin hesablamalarına görə, havanın uzun müddət ərzində çirklənməsi COVID-19 səbəbindən baş verən ölüm hallarının Braziliyada 12, Portuqaliyada 11, İspaniyada 9, İtaliyada 15, Çexiya Respublikasında 29, Çində 27, Almaniyada 26, İsveçrədə 22, Belçikada 21, Hollandiyada 19, Fransada 18, Böyük Britaniyada isə 14 faiz artmasına gətirib çıxara bilər.
Tədqiqatçılar hesablama aparmaq üçün çirkləndirici kiçik hissəciklərə (PM2,5), torpağın çirklənməsinə və nəzarət şəbəkəsinə dair məlumatları peyk məlumatları ilə birləşdiriblər. Bununla yanaşı, müəlliflər sözügedən yoluxma və yeni növ koronavirus səbəbindən baş verən ölüm halları arasındakı birbaşa səbəb-nəticəni müəyyənləşdirməyiblər.
Tədqiqatçıların sözlərinə görə, çirkləndirici hissəciklər hüceyrələrin səthində yerləşən və yeni koronavirusun xəstələrə yoluxma prosesində iştirak edən ACE-2 reseptorunun aktivliyini artırır.
Tədqiqatda təmiz və bərpaolunan enerji mənbələrinə - yaşıl iqtisadiyyata keçidin havanın keyfiyyətinə və ətraf mühitə faydalı təsir göstərə biləcəyi xüsusi qeyd edilib. Alimlər əmin olduqlarını bildiriblər ki, yaşıl iqtisadiyyata keçid bütün dünyada iqlim dəyişikliyini məhdudlaşdıraraq yerlərdə insanların sağlamlığına kömək edəcək.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1107   Tarix: 29 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

maskalar geymler 2026 toy makiyaji sekilleri əkizlər bürcü veten haqqinda atalar sozu ayaqqabı və çanta kolbasa hazirlanmasi kosmetika xanim.az sağlıq kondom nedir faydalı bilgilər baldiza aid