Cavanlaşma iynələrinin "əbədiyyət" effekti

Cavanlaşma iynələrinin Son bir ildir ki, ölkəmizdə kosmetoloji prosedurlardan əziyyət çəkənlərin sayı kifayət qədərdir. "Gözəllik qurban tələb edir" düşünüb gəncləşmək istəyən xanımların çoxu müxtəlif kosmetoloji prosedurlardan istifadə etdikdən sonra əks nəticə ilə üz-üzə qalır.
Həkim-kosmetoloq Aytac Əsədova deyir ki, inyeksiya yolu ilə gəncləşmək məqsədilə aparılan kosmetoloji prosedurlara tələbat artdığından son illər bu xidməti göstərən "kosmetoloqlar"ın, estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların qurbanlarının sayını artırır. Kosmetoloji prosedurların fəsad verməsinin digər səbəbi isə Azərbaycanda saxta preparatlardan istifadə edilməsidir. Bu gün xanımların üz dərisinin gənc görünməsi üçün ən çox müraciət etdikləri kosmetoloji prosedur botoksdur. Çox təəssüf ki, ucuz başa gəlməsi üçün saxta botokslardan istifadə edən "kosmetoloqlar"ın sayı günü-gündən artır. Qiymətin ucuz olması pasiyentlərin diqqətini cəlb etsə də, onlar bunun fəsadlarını düşünmürlər.
Dəfələrlə bu cür saxta botokslardan istifadə ciddi fəsadlara səbəb olur. Botoks prosedurunun yanlış tətbiqi, keyfiyyətsizliyi ptoz, yəni yuxarı göz qapağının düşməsi və ya sallanması kimi ciddi fəsad yarada bilər. Buna əsasən botoks inyeksiyasından sonra rast gəlinir. Qazanılmış ptozlara, çox təəssüf ki, botoks proseduru zamanı yol verilən yanlışlıqlar, keyfiyyətsiz botoksdan istifadə kimi hallar səbəb olur.
Cavanlaşma iynələrinin A. Əsədova bundan əlavə, botoksun qeyri-peşəkarlar tərəfindən vurulmasının da ciddi problemlərə yol açdığını söyləyir. Həmsöhbətimiz deyir ki, botoksun düzgün nahiyələrə vurulması əsas şərtdir. Eyni zamanda hamilə və süd verən qadınlara, gözətrafı əməliyyat keçirən şəxslərə botoks vurmaq yolverilməzdir: "Kosmetologiya peşəkarlıq tələb edən sahədir. Bu peşə ilə məşğul olanlar daim yenilikləri öyrənməli, öz üzərində çalışaraq bilik və bacarıqlarını artırmalıdırlar. Çox təəssüf ki, bu gün evdar qadınlar da özlərinə iş tapmaq üçün bu sahəyə yönələrək kosmetoloq kimi fəaliyyət göstərirlər. Halbuki kosmetoloqun mütləq mənada tibbi təhsili olmalıdır. Bu sahədə fəaliyyət göstərən şəxs mütləq üz anatomiyasını bilməlidir".
Həkim-kosmetoloq pasiyentlərin kosmetoloji prosedurlardan yararlandığı halda istifadə edilən preparatların keyfiyyətinə diqqət yetirməsinin vacib olduğunu söyləyir. Onun sözlərinə görə, istifadə edilən preparatların tanınmış şirkətlərin məhsulu olması şərtdir.  Əks halda, üz dərisində fəsad qaçılmazdır. A. Əsədovanın sözlərinə görə, saxta məhsullar allergik reaksiya verə bilər:
"Saxta botoksların allergik reaksiya verməsinə tez-tez rast gəlinir. Ən acınacaqlı durum isə odur ki, bu zaman kosmetoloqlar ilkin yardım göstərməyi belə bacarmırlar. Üzü şişkin halda bizə müraciət edənlərin sayı çoxdur".
A.Əsədova bildirir ki, kosmetoloji prosedurlar zamanı istifadə edilən keyidici preparatlara həssaslıq da əvvəlcədən yoxlanılmalıdır.
Allerqoloq-immunoloq İldırım Qasımov isə kosmetoloji prosedurların fəsadından ən azı gündə 4-5 pasiyentin ona müraciət etdiyini söyləyir. İ. Qasımov bildirir ki, ən ciddi fəsadlar saxta preparatların üz dərisinə inyeksiya yolu ilə yeridilməsindən yaranır: "İnyeksiya yolu ilə kosmetoloji prosedurlarla cavanlaşma dəbə minəndən hər gün bizə 4-5 xəstə müraciət edir. Üz dərisində qırışların açılması üçün istifadə edilən saxta botokslar daha ciddi fəsadlar yaradır.
Cavanlaşma iynələrinin Üz dərisində şişkinliklər, bəzən də dəri altına yeridilən preparatın bərkiyərək üzdə qalması kimi hallar qeydə alınır. Biz bəzən belə pasiyentlərin üzündə kiçik cərrahi əməliyyat apararaq bərkimiş mayeni çıxartmalı oluruq. Bu, həmin kosmetoloji preparatların saxta və keyfiyyətsiz olması üzündən baş verir".
Allerqoloq-immunoloq bildirir ki, saxta preparatlardan təkrar istifadələr isə hətta ölümə səbəb ola bilər: "Saxta kosmetoloji prosedurlar insanın orqanizmində immun sistemini zəiflədir. Eyni zamanda daxili orqanları zədələyir. Təkrar belə preparatların üz dərisinə vurulması bir müddət keçdikdən sonra insanın şok vəziyyətinə düşərək ölməsinə səbəb ola bilər. Ona görə də mən tövsiyə edirəm ki, xanımlar sağlamlıqlarını təhlükə altına qoyaraq cavanlaşmağın onların həyatı bahasına başa gələcəyini göz önünə gətirsinlər". /gencaile.az

Gözəllik və Moda     Baxılıb: 4697   Tarix: 01 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Dünyanın ən bahalı dodaq boyaları

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zərgərlik sənətinin bir nümunəsi kimi qiymətləndirilir. Bu məhsulların yüksək qiyməti, onların hazırlanmasında istifadə olunan nadir və qiymətli materiallarl

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Yaş artdıqca makiyaj seçimində nələr dəyişməlidir?

Qadınlar üçün makiyaj yalnız gözəlliyi vurğulamaq deyil, həm də özünüifadə vasitəsidir. İllər keçdikcə üz cizgiləri, dərinin quruluşu və rəngi dəyişə bilər. Bu dəyişikliklər makiyaj seçimində də müəyyən yeniliklərə ehtiya

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

turlar.az

qis geyimləri 2026 geymler 2026 donlar 2026 qadinda cinsi isteksizlik içkilər 2026 qonaq otagi döşlər kosmetika hüzeyir hacibəyov baliq burcu zencefil hakışta xocali