Cavanşir Məmmədov qalmaqallı geyimindən danışdı: 'Qiyməti 350 avrodur
"Qalmaqallı müğənni deyiləm. Deməli, 5 müğənninin adını çəkiblər ki, üzlərinə gel vurdurublar. Yaxşı ediblər! Beşi yox, lap milyon beşi vurur, sənə nə var? Dediklərinin elə 3-ü Əməkdar artistdir. Sən burnunu, qulağını kəsdirirsən, biz heç nə demirik".
azxeber.com Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Xəbər-ətər" proqramında deyib. O, tamaşaçı qarşısına baxımlı formada çıxdığını bildirib:
"Saçımı düzətdirməliyəm, rəng də qoymalıyam, dırnağımı da təmizləməliyəm, kostyumla qalstukum düzgün gəlməlidir. Belə olmadığı halda aparıcı məni niyə qonaq çağırmalıdır? Bunları tamaşaçıya görə edirəm. Bağçama daş atırsan, mən də səsimi çıxaranda ki, danışsam pis olacaq, o zaman xətrinə dəyir. Niyə? Döymə taxta qapımı, döyməyim dəmir qapını".
Aparıcı isə Cavanşir Məmmədovun verilişlərin birində geyindiyi transparan geyimindən sonra adının qalmaqallarda hallandığını deyib. Sənətçi isə bu məsələyə belə cavab verib:
"O köynəyin üstündə transparan yazılmışdı? Xeyr, onu Almaniyadan almışdılar. Qiyməti 350 avrodur. Dedilər ki, onu məhkəməyə verin, 10 min avro təzminat ödəsin".









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Zabitə Alıyevanın toyudur - Fotolar
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir