Çay haqqında bilmədiklərimiz

Çay haqqında bilmədiklərimizÇay(ing.tea) dəmləmə və ya qaynama üsulu ilə hazırlanıb içilən alkoholsuz içkidir. Çay çay kolunun yarpaqlarından dəmlənir. Çay kolu plantasiyalarda xüsusi olaraq yetişdirilir. Çay kolu isti və nəm bölgələrdə yetişir.Ən yaxşı çay kolları Çin, Afrika və Hindistanın tropik və subtropik zonalarında yetişir.
Qədim zamanlarda çaydan dərman vasitəsi kimi istifadə edilib. Onun haqqında çoxlu əfsanələr və söyləntilər var.
Qədim zamanlarda çinlilər çayı Allahın onlara göndərdiyi ərmağan hesab ediblər. Şərq ölkələrində hər gün çay içməklə podaqra xəstəliyini müalicə etməyə çalışıblar. İlk dəfə Avropada çay XIV Lüdovik dövründə içilib. Kral çayı podaqradan xilas olmaq məqsədilə müalicə vasitəsi kimi qəbul edib. Bu səbəbdən də çay Avropada məşhurlaşmağa başlayıb. Sonra çaydan digər ölkələrin əhalisi də istifadə etməyə başlayıb.
Çay yarpaqları əl və ya xüsusi texnoloji vasitələrlə yığılır. Çayın növləri yarpaqların və fermentləmənin keyfiyyətindən asılı olaraq müxtəlif olur. Ən yaxşı çay kol budağının uc hissəsində yetişən iki yarpaqdan hazırlanan çaydır. Belə ki, üst iki yarpaqdan əldə edilən çay ən dadlı və elit çay hesab edilir.
Çayın hazırlanması zamanı aşağıdakı texnoloji proseslər baş verir:
* Çay yarpaqları toplanır, 4-8 saat müddətində 32-40* C tempraturda qurudulur.
* Yarpaqlar burularaq sıxılır. Burulma prosesi mexaniki roller vasitəsilə həyata keçirilir. Bu zaman yarpaqlardan şirə çıxır və o çəkisinin əsas hissəsini itirir.
* Çay yarpaqları fermentlənir. Bu zaman onun tərkibibndə olan nişasta sadə şəkərə çevrilir.
* Turşu reaksiyasının baş verməməsi üçün yaşıl çay yarpaqları 105*C tempraturda, qara çay yarpaqları isə 90-95*-də qurudulur.
* Əldə edilən yarpaqlar çeşidlənir və növlərə ayrılır.
* Ətirli çay əldə etmək istədikdə çaya ətirli bitkilər əlavə edilir.
* Çay dənələri tərəzidə çəkilir və qablaşdırılır.
Çay keyfiyyətinə görə müxtəlif cür olur.
1 Yetişdiyi kolun növlərinə görə fərqli - çin, assam, seylon, kamboca növü
2 Fermentləmənin davamlılığına və dərəcələrinə görə - yaşıl, qara, ağ, sarı, ulun, puer
3 İstehsal olunduğu yerə görə - Çində yaşıl, qara, sarı və ağ çay, Hindistanda kiçik yarpaqlı qara çay və qranulo şəklində olan çay, Yaponiyada yaşıl çay və s.
4 Yarpaqlarının formasına və mexaniki işlənməsinə görə
5 Xüsusi əlavə işlənmələrinə görə
6 Əlavə dadlandırılmasına görə - berqamot, yasəmən, limon, nanə və s.
7 Müalicə xarakteri daşımasına görə - Adətən bu çaylar dərman xarakterli olur. Ən çox çobanyastığı, nanə, moruq, qaxotu, dəvədabanı və s. bitkilərin yarpaqlarından çay hazırlanır.
Dəmlənmiş çayın dadlı və ləzzətli olması aşağıdakılardan asılı olur.
* çayın düzgün dəmlənməsindən
* suya əlavə edilən quru çayın miqdarından
* suyun qızdırılma temperaturundan
* çay dəmlənən çaynikdən
* dəmlənmə prosesindən
* fincanlara süzülmə qaydasından.
Yuxarıda sadalanan proseslər müxtəlif ölkələrdə müxtəlif cür həyata keçirilir. Çayın dadı və ətri onun hazırlanmasında istifadə edilən çaydan və dəm çaynikindən də asılı olaraq fərqli olur. Od, elektrik və ya samovarda hazırlanan çaylar dadına görə bir-birindən çox fərqlənir. Azərbaycanda ən dadlı çay samovar və çini çaydanlıqda dəmlənən çay hesab olunur. Çay qənd, konfet və ya mürəbbə ilə içmək bizim ölkəmizdə bir adət şəklini alıb. Çoxlu sayda müxtəlif içkilərin istehsal olunmasına baxmayaraq indi də ölkəmizdə evə gələn hörmətli qonaqların qarşısına çay qoyulur.
Çaynın Tərkibi
Çayın tərkibində 300-dən çox kimyəvi birləşmələr var. Onun tərkibində PP vitamini, kalium, dəmir, ftor, fosfor mineralları, efir yağları, qətran maddəsi, amin turşuları, alkoloidlər və bioloji piqmentlər var. Çayın növündən və dəmlənməsindən asılı olaraq onun tərkibində olan maddələrin miqdarı azala və ya çoxala bilir.
Çaynın Xeyri
Çay insanın həyat əhəmiyyətli bütün orqanlarına müsbət təsir edir. Ondan müalicə və profilaktika məqsədilə istifadə edilir. Mədə-bağırsaq xəstəlikləri zamanı yaşıl çay bağırsaqların tonusunun artmasına səbəb olur, həzmi sürətləndirir, bakteriyaların ölməsinə səbəb olur. Çay bağırsaqlardakı patogen mikrobları məhv edir, buna görə də dezinteriya zamanı çay içmək tövsiyə edilir. Çay toksinləri bağırsaqdan xaric edir. Alimlər çayın tərkibində daxili qanaxmanı kəsmək qabiliyyətinə malik olan maddə kəşf ediblər. Çay arterial təzyiqi normallaşdırır, qana müsbət təsir edir, trombların və xolesterin əmələ gətirən cisimciklərin əriməsinə səbəb olur. Davamlı olaraq çay içmək damarların elastikliyini və möhkəmliyini artırır. Onun tərkibində olan teobromin və kofein qarışımı sidik ifrazı sisteminin işini stimulyasiya edir, daş əmələ gəlməsinin qarşısını alır.
Çay maddələr mübadiləsini sürətləndirir, sərbəst radikallara qarşı mübarizə aparır. Çay içmək soyuqlama, podaqra, piylənmə, qızılca, duzlaşma ilə əlaqədar olan əlamətləri azaldır. Göz və yara xəstəlikləri zamanı tünd çayla xəstə nahiyəni silmək xəstəliyin sağalmasını sürətləndirir. Keyfiyyətli və yaxşı dəmlənmiş çay baş ağrılarını, yorğunluğu, yuxululuğu, fiziki və zehni yüklənməni aradan qaldırır. Çay bədənin və zehnin iş qabiliyyətini artırır. Çaydan kokteyllərin hazırlanması zamanı da istifadə edilir. Kulinariyada bir çox çay kokteyllərindən istifadə olunur. Qlintveyn, kisel çayı ən məşhur çay kokteyllərindəndir. Çaydan təbii rəngləndiricilər əldə edilir və konditer məhsullarının hazırlanmasında istifadə olunur.
Çay yağının fiziki-kimyəvi tərkibi zeytun yağının tərkibinə çox yaxındır. Bu səbəbdən də çay yağından müxtəlif kosmetoloji vasitələrin hazırlanmasında geniş istifadə edilir.
Çaynın Ziyanı
Çayın çoxlu sayda faydalı xüsusiyyətləri olsa da, onun mənfi təsirləri də vardır. Mütəxəssislər hamilə qadınlara gün ərzində 3 stəkandan artıq yaşıl çay içməyi məsləhət bilmir. Bu miqdardan çox yaşıl çay içmək qanda olan fol turşusunun miqdarının azalmasına, uşağın sinir sisteminin və beyninin zəif işləməsinə səbəb olur. Qara çayın tərkibində kofeinin miqdarının çox olduğuna görə ondan çox istifadə etmək uşaqlığın tonusunun artmasına və vaxından əvvəl doğuma səbəb ola bilir. Mədə turşuluğunun çoxluğundan və kəskin mədə-bağırsaq yarasından əziyyət çəkənlərə çoxlu miqdrada çay içmək məsləhət deyil. Bu xəstəlik əlamətlərinin artmasına səbəb olur. Tərkibində çoxlu miqdarda mineral duzların olmasına baxmayaraq çoxlu çay içmək sümük toxumasından kalisiumun və maqniumun azlmasına səbəb olur. Bu isə sümük toxumasının zəifləməsinə, oynaq xəstəliklərinin və podaqranın əmələ gəlməsinə səbəb olur. Həddindən çox çay içmək orqanizmdə purinin miqdarının artmasına səbəb olur ki, bu da bir çox oynaq xəstəliklərinin inkişaf etməsinə şərait yaradır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 951   Tarix: 27 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yaz gəldi, allergiya mövsümü başladı - Necə qorunmalı?

Yaz fəslinin gəlişi təbiətin canlanması, ağacların çiçəkləməsi və havanın isinməsi ilə müşayiət olunur. Lakin bu dövr bir çox insan üçün sevincdən çox narahatlıq gətirir. Söhbət yaz aylarında geniş yayılan polen allergiyasında

.

İnfarktdan sonra ürəyin bərpası üçün inqilabi kəşf

Alimlər infarktdan sonra ürəyin bərpasına kömək edə biləcək eksperimental inyeksiya hazırlayıblar. Preparatın bir dozası ürəkdə qoruyucu prosesləri bir neçə həftə ərzində dəstəkləyə bilir. xəbər verir ki, bu barədə tədqiqatı

.

Bu şəxslərə banan yemək olmaz - SƏBƏB

Banan dadlı və faydalı meyvə olsa da, bəzi insanlar üçün risk daşıya bilər. xəbər verir ki, dietoloqlar və həkimlər xəbərdarlıq edirlər ki, diabet xəstələri banan yedikdə qan şəkərinin sürətlə qalxması ilə üzləşə bilər. B

.

Hər kəsin sevdiyi həmin meyvə təhlükəli imiş

ABŞ-dan olan bir həkim milyonlarla insanın tez-tez istehlak etdiyi bir meyvənin sağlamlıq üçün zərərli ola biləcəyini iddia edib. xarici mediaya istinadən xəbər verir ki, hüceyrə sağlamlığı üzrə mütəxəssis Daniel Pompa b

.

Təbiətdən gələn şəfa: Keçibuynuzu

Son illərdə təbii məhsullara maraq əsnasına keçibuynuzu yenidən gündəmə gəlib. Aralıq dənizi bölgəsində yetişən bu bitki həm bütöv, həm bəkməz, həm də toz formasında istehlak edilərək immunitetdən enerjiyə qədər bir çox fayd

.

Həmin növ qulaqlıqlar ciddi risk yaradır - Xəbərdarlıq

Simsiz Bluetooth qulaqlıqlarının uzun müddət istifadəsi qalxanabənzər vəzinin sağlamlığı üçün müəyyən risk yarada bilər. xəbər verir ki, tədqiqat "Sciencefic Reports" Jurnalında dərc edilib. Alimlər xüsusilə qulağı

.

Yatmazdan əvvəl yeyilən bu qida möcüzələr yaradır

Yatmazdan əvvəl müəyyən qidaların qəbul edilməsi gecə ərzində əzələlərin bərpasına və inkişafına kömək edə bilər. xəbər verir ki, qatıq tərkibindəki zülallar sayəsində bu baxımdan faydalı hesab olunur. Qatıqda olan zərda

.

Sevdiyiniz yemək xarakterinizdən xəbər verir

Alimlərin apardığı araşdırmaya görə, insanların seçdiyi yeməklər onların xarakter xüsusiyyətləri barədə müəyyən ipucları verə bilər. xəbər verir ki, məlumata görə, qastronomik seçimlər bəzən insanın davranış modelini ək

.

Saçların tez yağlanmasının qarşısını necə almaq olar?

Saçların tez yağlanması bir çox insanın qarşılaşdığı problemlərdən biridir və bunun səbəbi əsasən gündəlik qulluq vərdişləri ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, saçların həddindən artıq tez-tez yuyulmas

turlar.az

toy gecesi qadin sayti adlarin menasi azerbaycan xalq mahnilari adlari kartof qizartmasi hazirlanmasi yalan danismaq haqqinda atalar sözləri xinayaxdi bayatilari kosmetika sirin qogal hüzeyir hacibəyov xocali cinsi elaqe aydin sani