Çay və kofe ilə dərman içmək niyə zərərlidir?
Mütəxəssislər xəbərdarlıq edirlər ki, dərmanların çay, meyvə şirəsi və ya kofe ilə qəbulu orqanizmə ciddi zərər verə bilər. Səbəblər isə fərqlidir:
Milli.Az həmin səbəbləri təqdim edir:
Çay: Çayın tərkibindəki taninlər bəzi dərmanların təsirini azalda bilər. Xüsusən də dəmir preparatları ilə içildikdə, dəmirin bədənə sorulmasını əngəlləyir.
Meyvə şirələri: Portağal, qreypfrut, alma və digər turşulu şirələr dərmanların qaraciyərdə parçalanma prosesinə təsir edərək onların ya çox güclü, ya da zəif təsir göstərməsinə səbəb olur. Xüsusilə qreypfrut şirəsi bir çox ürək və təzyiq dərmanları ilə təhlükəli qarşılıqlı təsir yaradır.
Kofe: Kofein bəzi dərmanların yan təsirlərini artırır. Məsələn, sakitləşdirici və ya ürək-damar dərmanları ilə içildikdə təzyiqdə oynama, ürəkdöyünmə və yuxusuzluq yarada bilər.
Həkimlər dərmanların yalnız adi su ilə qəbul edilməsini tövsiyə edirlər. Bu halda həm dərmanın təsiri azalmaz, həm də gözlənilməz yan təsirlərin qarşısı alınar.
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO