Çaytikanı yağının çoxşaxəli təsiri

Çaytikanı yağının çoxşaxəli təsiriZahiri görkəmi ilə murdarçanı xatırladan çaytikanı əsasən çaylaq yerlərdə, çay və göl kənarlarında bitir, meyvələri ananas dadı verir. Quşlar onun meyvələrini xüsusilə çox sevirlər. At və qoyunlar çaytikanı yarpağı yeyəndə onların tükü və yunu parlaq olur. Meyvələrindən jele, kisel, kompot, şirə və mürəbbə hazırlanır.
Xanim.az azərtac-a istinadən xəbər verir ki, işıqsevən və soyuğadavamlı bitki olan çaytikanının 45 dərəcə və hətta ondan da aşağı şaxtaya davamlılığı onun şimal regionlarında yetişməsinə imkan verir. Bol orqanik maddələr və fosfor olan yumşaq torpaqlarda daha yaxşı yetişir. Bitkinin meyvə və yağının şəfaverici xüsusiyyəti aşkar olunandan sonra plantasiyalarda da yetişdirilməyə başlanılıb.

Tərkibindəki bioloji aktiv maddələr dəri yanıqları zamanı regenerasiya prosesini sürətləndirir. Çaytikanı yağının tərkibindəki sterin maddəsi yaranın sağalmasını sürətləndirir. Çaytikanı yağı antibakterial təsirə malik olduğuna görə onun preparatları qızılı stafilokok, eşerixiya, protozoyların və hemolitik streptokokların inkişafına mane olur. Tərkibindəki tokoferol maddəsi sayəsində qaraciyərin lipid–maddələr mübadiləsinə təsir edir, lipidlərin hüceyrə membranında oksidləşmə-reduksiya proseslərinə təsir edərək bioloji membranı kimyəvi amillərin təsirindən qoruyur.

Çaytikanı yağının istifadəsi yanıqda, trofik yara və ölü dəri epitelizasiyasına yardım edir, yataq yarası, irinli yaraları tez sağaldır. Ginekologiyada uşaqlıq boynunun eroziyası, digər iltihabi xəstəliklər zamanı tətbiq edilir. Göz yanıqlarında terapevtik effektivliyə malikdir. Regenerativ tərkibinə görə oftalmologiyada gözün buynuz qişanın infiltirat dərəcəsini aşağı salmaq üçün çaytikanı yağından istifadə edilir. Çaytikanı yağı mədənin və onikibarmaq bağırsağın xorasının müalicəsində yüksək səmərə verir və mədə turşusunun tərkibi dəyişmir.

Lakin kəskin xolesistit, hepatit, pankreatit və digər mədəaltı vəzi xəstəliklərində, ishala meyillilik zamanı ondan istifadə etmək olmaz. Hiperasid qastritdə mədə şirəsinin sekresiyasını artırdığına görə çaytikanı yağından istifadə etmək əks göstərişdir.

Yaxşı yetişmiş meyvələr suyun içinə qoyularaq zəif ocaqda 20 dəqiqə bişirilir, əzilir, süzgəcdən keçirilir, öz çəkisi qədər şəkər tozu əlavə edilir, ağzı bağlı qabda saxlanır, yorğunluq və ümumi halsızlıq zaman jele şəklində qəbul edilir. Çaytikanı yağı kamfora yağı ilə qarışdırılandan sonra sinə və kürək nahiyəsi ovulur.

Yarım stəkan çaytikanı yağı 2 xörək qaşığı kamfora yağı ilə qarışdırılıb axşamlar içilməsi çətin sağalan və hətta ağır xəstəlikdən sonra qalan öskürək zamanı tətbiq edilir.

500 qr süd və 4-5 xörək qaşığı çaytikanı ləti mikserlə qarışdırılır, şəkər tozu qatılır, iri qədəhlərdə süfrəyə verilir. 3 stəkan çaytikanı ləti, 50 qram bal, yarım stəkan nanə dəmləməsi və 1 stəkan su qarışdırılaraq soyuducuda 2 saat saxlanandan sonra süfrəyə verilir.

Sağlamlıq     Baxılıb: 2138   Tarix: 19 oktyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

turlar.az

donlar 2026 toy makiyajlari həkim məsləhəti 2026 cu ilin modasi murebbeler 2026 hicab cins 2026 kosmetika cinsi əlaqə hekaye janri baldiza aid hakisda öpüşme kahfe falı