Cəbr elminin banisi – Xarəzmi

Cəbr elminin banisi – XarəzmiFrederik Starrın "İtirilmiş Maariflənmə: ərəb fütuhatından Teymurləngin dövrünə kimi Mərkəzi Asiyanın qızıl əsri" kitabından tərcümə
Əbu Abdullah Məhəmməd əl-Xarəzmi (780-850), adından da göründüyü kimi, Mərkəzi Asiyanın şimal hüdudlarında yerləşən, səhralarla və təpələrlə əhatə olunmuş əl-Xarəzm şəhərinin yetirməsi idi. Yarım əsrə yaxın Bağdadda fəaliyyət göstərmiş bu qeyri-adi dərəcədə istedadlı alim cəbr elmini sistemləşdirdi və ona ad verdi. O, xətti və kvadrat tənliklərin həlli üçün əlverişli üsul ixtira edərək, sonrakı 500 il ərzində cəbr elminin əsas mövzusunu müəyyənləşdirdi. O, kürə triqonometriyasını kəşf etdi, ərəbləri (daha sonra isə avropalıları) onluq hind say sistemindən (hazırda yanlış olaraq ərəb rəqəmləri adlandırılır) istifadə etməyə sövq etdi, o zamana kimi yalnız Meksikadakı olmeklərə məlum olan sıfır anlayışını və mənfi kəmiyyətləri riyaziyyata gətirdi. Xarəzmi hesab (arifmetika) əməliyyatlarını həyata keçirmək üçün hind (ərəb) rəqəmlərindən istifadə edərək elə bir metod hazırladı ki, təhrif olunmuş latın tələffüzündə alqoritm anlayışı onun (əl-Xarəzminin) adı ilə adlandırıldı. Alqoritm bu gün düzgün nəticə almaq üçün kompüterlərə nəhəng miqdarda məlumatı emal etmək imkanı verən dəqiq təlimat sayılır. Digər elmi naliliyyətlərlə yanaşı, Xarəzmi Yer üzərindəki 2402 məntəqə üçün en və uzunluq koordinatlarını dəqiqliklə ölçdü (ona kimi bu miqdarda məntəqənin koordinatını ölçən olmamışdı).
Milli.Az islam.az-a istinadən bildirir ki, Xarəzminin müasiri olan katiblər onun riyaziyyat, astronomiya və coğrafiya sahələrində ərəb dilində qələmə aldığı dörd əsas kitabın üzünü köçürdülər və bu kitablar Hindistandan İspaniyaya kimi böyük ərazidə özünə oxucular qazandı. Amma sonralar Xarəzminin hesab mövzusunda yazdığı bütün kitabların köçürülmüş surətləri itdi, yalnız cəbr və coğrafiya mövzusunda yazdığı hər kitabın bir ərəbcə nüsxəsi zamanımıza kimi gəlib-çatdı. Digər nüsxələrin itib-batması İntibah dövründən etibarən əksər ərəb dünyasında və Mərkəzi Asiyada xaos və mədəni tənəzzülün başladığını göstərir. Əgər Bağdadda hakimiyyət sürmüş Abbasi xəlifəsi Məmundan 300 il sonra yaşamış üç alim olmasaydı (onlardan ikisi ingilis, biri italiyalı idi), biz bu şah əsərlərin heç birini görmək imkanı qazanmazdıq.
Batlı Adelard (ingilis filosofu, 1080-1152) öz elmi fəaliyyətinə qədim nüsxələri öyrənən tipik orta əsr alimi kimi başlamışdı. O, ərəbdilli alimlərin əsərlərindən yeni ideyalar əldə etməyin mümkünlüyünü anladıqdan sonra səyahətlərə çıxdı, əvvəlcə Fransa və İtaliyaya, daha sonra Antioxiyaya və Aralıq dənizinin şərq sahillərində yerləşən digər şəhərlərə səfərlər etdi. Alim Xarəzminin hesaba aid bir kitabı ilə vətənə qayıtdı, həmin kitabda ispaniyalı bir ərəbin köçürdüyü Xarəzminin astoronomik cədvəlinin qısaldılmış variantı da var idi. Adelard yubanmadan kitabı latın dilinə tərcümə etdi, bu əsər İngiltərədə və bütün qitədə klassik mənbəyə çevrildi. Beləliklə, Xarəzminin kitabı XVI əsrə kimi riyaziyyat elmində əsas dərslik sayılmağa başladı.
Adelarddan 10 il sonra digər ingilis alimi Çesterli Robert əlyazma kitabların ardınca İspaniyaya yola düşdü. Orada o, Xarəzminin "Əlcəbr" kitabının ərəbcə orijinalı ilə tanış oldu. Robert ərəb dilini yaxşı bilmədiyi üçün mətni latın dilinə çevirərkən bucağı ifadə edən hind kəlməsinin ərəb variantını səhv transliterasiya etdi və troqonometrik termin olan "sinus" kəlməsini olduğu şəkildə saxladı. Bununla belə, Çesterli Robertin tərcüməsi avropalılarda təcrübi və nəzəri fənn olaraq həndəsəyə və triqonometriyaya maraq yaratdı. Təqribən həmin dövrdə Kremon şəhərindən olan bir italiyalı alim ərəb dilini öyrənmək və "ən yeni" bilikləri Şərqdən gətirmək məqsədi ilə İspaniyaya səfər etdi. Toledoda xristian üsul-idarəsi altında yerləşən ərəbşünaslıq mərkəzində kremonlu Gerard özü Xarəzminin "Əlcəbr" kitabını və astronomik cədvəllərini tərcümə etdi, eləcə də, daha 85 əsəri ərəbcədən latın dilinə çevirdi.
Bu üç böyük tərcüməçi sayəsində Xarəzminin əsas əsərləri latın dilində günümüzə kimi gəlib-çatdı, amma ərəb dilindəki orijinallar itib-batdı.
Xarəzmi pedoqoji və təcrübi cəhətdən məsələyə yanaşaraq, "Əlcəbr" kitabını heç bir rəqəm və tənlikdən istifadə etmədən yenidən işlədi. Kitabın mətni o qədər sadə alındı ki, hətta mütəxəssis olmayan oxucuda da elə ilk səhifələrdən maraq yarada bildi.
Xarəzmi cəbri müstəqil elm kimi təqdim etdi, onu çox sadə dillə izah etməyə nail oldu, bir sıra mühüm məsələlərin həlli üçün orijinal üsullar işləyib-hazırladı...
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2277   Tarix: 25 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

geyim və ayaqqabılar donlar 2026 kosmetika mehsullari mexmerek buxaq serebral iflic usaqlar pehriz salatlar kosmetika sevgi heyati video vətən haqqında bayatılar englishdilində qulaq