Çeçenistan prezidentindən Zabit Səmədova jest (VİDEO, FOTO)
Çeçenistanın prezidenti Əhməd Kadırov azərbaycanlı döyüşçü Zabit Səmədovun ad gününü təbrik edib.
BAKU.WS-in məlumatına görə, Ə.Kadırov Zabiti öz qardaşı kimi təqdim edərək sosial şəbəkədə video paylaşıb. Videoda "Mauqli" ləqəbli döyüşçümüz təsvir olunub. "Bu gün dünyanın ən məşhur kikboks döyüşçülərindən biri, əziz qardaşımın ad günüdür. "Axmat" klubunun prezidenti Zabit Səmədov parlaq qələbələri ilə adını dünya idmanına yazıb. O, bir neçə qat Dünya, Avropa, beynalxalq turnirlərin qalibi və Qran Prinin sahibir. Zabit Çeçenistanın "Axmat" klubunu çox layiqli təmsil edir. Əminəm ki, qardaşımın uğurları irəlidə olacaq. Zabitə can sağlığı və uğurlar arzu edirəm".
Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədov ötən gün dostları ilə ad gününü qeyd edib. Bakıda bir məclisdə dostları və yaxınları ilə birlikdə xoş gün keçirən Zabit 33 yaşını qeyd edib.
İdmançımızın ad günündə milyarder Fərhad Əhmədov, millət vəkili Adil Əliyev, teleaparıcı Hacı Nuran və tanınmış idmançı İlyas Xəlilov da iştirak edib.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir