Çəkildiyi filmin təqdimatına getməyən Rasim Balayev: "...boş, "əttökən hırhır"

Çəkildiyi filmin təqdimatına getməyən Rasim Balayev: "...boş, "əttökən hırhır"Xalq artisti Rasim Balayev baş rolda oynadığı "Sara" filminin təqdimat məraisminə qatılmayıb və bu, bəzi müzakirələrə səbəb olub.

Mərasimdə iştirak etməməsinin səbəbini Cebhe.info-ya açıqlayan Rasim Balayev son günlər bel ağrısından əziyyət çəkdiyini bildirib: "Mənim bir az qan təzyiqim var və həm də hava rejimi son günlər dəyişkəndir deyə belə ağrılarından əziyyət çəkirəm. Belimdən qəfil tutan ağrı səbəbindən gecəyə qatıla bilmədim. Ağrılı vəziyyətdə, axsaya-axsaya səhnəyə çıxmaq istəmədim. Qatılmamağımın səbəbi məhz budur. Şükürlər olsun, indi səhhətim normaldır".

Xalq artisti baş rolda çəkildiyi filmlə bağlı da danışıb: "Çəkildiyim filmi izləməmişəm. Ssenari ilə tanış olsam da bilmirəm onlar nə çəkib ortaya çıxarıblar. "Sara" filminə 2 il bundan öncə çəkilmişəm, indi təqdim edirlər. Çox istədilər deyə çəkildim. Ümumiyyətlə isə son zamanlar ərsəyə gətirilən filmlərə ara-sıra, ötəri baxıram. Onu deyə bilərəm ki, bu gün tamaşaçını ələ almaq çox çətindir. Elə maraqlı film çəkilməlidir ki, tamaşaçı onu izləsin. Çox təəssüf edirəm ki, bu gün elə film yoxdur. Bu gün çəkilən filmlər Azərbaycan tamaşaçısını korlayıb, onların zövqlərini korlayıb. Tamaşaçılarını "hırhır"a öyrədirlər. Tamaşaçılar mənalı, ciddi, problemli filmlər axtarırlar baxmağa, onları bu gün "hırhır"a istiqamətləndirirlər.

Yeni yetişən nəsilin zövqünü kor qoyurlar. Biri var əsl komediya, biri də var boş "hırhır", əttökən hırhır". Seriallarda bəzən maraqlı məqamlar olur. Serialın tələbidir 55 seriya, 78 seriya çəkmək. Amma bir də görürsünüz ki, mənasız bir hadisəni 2-3 seriya uzadırlar. Nədir ki, uzunçuluq olsun, nəyəsə görə, nəyinsə naminə uzadırlar serialı. Kino lakonikliyi sevən incəsənətdir, kino konkretliyi sevir. Bu gün uzun- uzadı və mənasız seriallar çəkəndə tamaşaçı bezir. Ona görə də hazırda heç bir filmə çəkilmirəm, görünür bu, heç olmayacaq da. Mən həyatın, filmin hər cür boşundan, bərkindən çıxmış adamam, istəyərdim ki, yaxşı filmə çəkilim. Heç buna da ümidim yoxdur, çünki yaxşı film yoxdur".

Xəbərlər     Baxılıb: 1685   Tarix: 07 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu ət toyuqdan iki dəfə sağlamdır: Mütləq yeməlisiniz

Sağlam qidalanmaya gəldikdə, bir çox insanlar dərhal toyuq və ya hinduşka ağlına gəlir. xəbər verir ki, ördək ətində toyuq və hinduşka ətindən xeyli çox dəmir var. 100 qram ördəkdə təxminən 2,7 mq dəmir, hinduşka qaraciyərind

.

Gələcəkdəki çəkinizi müəyyən edən məktəb vərdişləri - yeni araşdırma

"Science Direct" portalının yaydığı məlumata görə, yeniyetməlik dövründə formalaşan bəzi təhsil vərdişləri insanın gələcəkdəki bədən çəkisinə və bel ölçüsünə ciddi təsir edə bilər. Araşdırma nəyi üzə çıxardı?. Pensilvaniy

.

Limon sıxıb içəndə faydası 2 dəfə artır

Kofenin içinə limon sıxmaq sağlamlıq üçün faydalıdır. Bu praktik üsul qəhvənin enerjiverici təsirini artırır, immunitet sistemini gücləndirir, həzmi dəstəkləyir və dərinin sağlamlığını yaxşılaşdırır. Həm ləzzətli, həm d

.

Qiyməti 30 qəpiyə düşdü: Damarları açır, şəkəri tənzimləyir, mikrobları qırır

Adana, Türkiyə - Türkiyənin mühüm kənd təsərrüfatı bölgələrindən olan Adanada erkən soğan yığımına başlanılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən illə müqayisədə bu il soğanın həm məhsuldarlığı artıb, həm d

.

Yaddaşı və diqqəti necə gücləndirmək olar? - Effektiv üsul

Müasir dünyada informasiya bolluğu adi hala çevrilib və bu şəraitdə diqqəti cəmləmək və vacib məlumatları yadda saxlamaq əsl superqabiliyyətə çevrilib. RBC-yə istinadən yaddaşı və konsentrasiyanı yaxşılaşdırmaq üçün elm

.

Bu oğlan xəstəliyinə görə gündüzlər çölə çıxmır, axşamlar aramızdadır

İnsan bədəninin sağlamlığına təsir edən müxtəlif nadir xəstəliklər, bəzən həyatı tamamilə dəyişdirə bilir. . xəbər veir ki, İspaniya həkimləri 12 yaşlı oğlanda nadir bir xəstəlik aşkar ediblər və bu səbəbdən ona Günəş batan

.

2050-ci ilə qədər milyonlarla insan xərçəng riski ilə üz-üzə qalacaq - Düyüyə görə

ABŞ-da aparılan bir araşdırma iqlim böhranı səbəbiylə düyüdə arsen miqdarının artdığını və Asiyada milyonlarla insanın xərçəng riski altında olduğunu ortaya qoyub. xəbər verir ki, Lancet Planetary Health jurnalında dərc edilə

.

Bədən yaxşı görünsün deyə içirik, ancaq öldürə bilər - Həkim açıqladı

Son illərdə gənclər arasında protein tozu istifadəsi sürətlə artıb. Bədən quruluşunu inkişaf etdirmək və əzələ kütləsini artırmaq məqsədilə istifadə edilən protein tozları əslində yanlış istifadə hallarında ciddi sağlamlı

.

İmtahandan əvvəl bu meyvəni yeyin - Zehniniz açılacaq

Zehni performansınızı artırmaq istəyirsinizsə, qəlyanaltınıza bu qidanı əlavə etməyiniz tövsiyə olunur. xəbər verir ki, "Food & Function" jurnalında yayımlanan yeni araşdırmaya görə, hər gün 50 qram qoz yemə

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az geyim dəbləri geyim necə seçməli yay geyimləri 2025 2025 ayaqqabı modelləri boşanmalar toy ucun maraqli ideyalar infeksion xestelikler terezi qaynana intim qızlıq pərdəsi xerceng