Çillər və ləkələr

Çillər və ləkələrÇillər, adətən, yazda görünməyə başlayır, yayda daha da aydınlaşır, payızda solğunlaşır və qışda tamam yox olur. Sifətində çillər əmələ gələn qadınlar artıq yaz gələrkən üzlərnni günəş şüalarından qorumalı, günəş şüalarına qarşı olan krem və kirşandan istifadə etməlidirlər. Bu kosmetik preparatların tərkibində sifəti günəş şüalarından qoruyan kimyəvi maddələr vardır. Belə kremi və kirşanı sizə həkim-dermatoloq məsləhət görə bilər. Xüsusi kirşana sizin dərinizə uyğun rəng vermək üçün ona adi kirşan qarışdırın.
Əgər çillər artıq əmələ gəlmişsə, onları xüsusi krem və məlhəmlərin köməyi ilə aradan qaldırmaq olar. Bu krem və məlhəmlər dərini qurudur və onun çıxmasına kömək edir. Lakin dərini çıxaran vasitələrdən həkim, ya da təcrübəli kosmetoloqla məsləhətləşmədən istifadə etmək olmaz, çünki belə vasitələr dərini bərk qıcıqlandırar, ya da onun iltihabına səbəb ola bilər. Dəri çıxaran vasitələrdən mədə və böyrəkləri xəstə olan qadınlar istifadə edə bilməzlər. Bundansa, onlar ağardıcı maddələrdən istifadə etsələr daha təhlükəsiz olar.
Üzü müntəzəm olaraq süd zərdabı ilə yuduqda, ya da xiyar şirəsi ilə gündə bir neçə dəfə sildikdə çillər ağarır. Xiyar şirəsini yumaq lazım deyil. Çiyələk, pomidor və qaragilə maskaları da ağardıcı xüsusiyyətə malikdir. Onları təmiz yuyulmuş üzə qoyur və 20—25 dəqiqədən sonra cökə çiçəyi (1 l suya 1 xörək qaşığı çiçək) cövhəri ilə silirlər.
Təzə cəfəri şirəsindən də ağardıçı vasitə kimi istifadə etmək olar. Onu belə hazırlayırlar. 1 xörək qaşığı xırda doğranmış cəfərinin üstünə 0,5 stəkan qaynar su tökür, soyuduqdan sonra süzür və tez-tez çillər olan yerlərə sürtürlər.Çilləri durulaşdırılmış hidrogen-peroksid məhlulu ilə də aparmaq olar. Bunun üçün 2 xörək qaşığı 3— 6%-li hidrogen-peroksid məhlulunu 1 çay qaşığı kartof unu ilə qarışdırır və alınmış sıyığı çillərin üstünə sürtürlər. O quruyandan sonra sifəti içinə limon şirəsi, ya da qaragilə şirəsi (1 stəkan suya 1 çay qaşığı şirə) tökülmüş su ilə yaxalayırlar. Əgər dəri xarici qıcıqlandırıcılara həssasdırsa, onda maskadan istifadə etmək daha yaxşıdır.
Əgər çillər çox tünd, ya da çoxdursa, onda dərinin rəngini yerkökü şirəsi ilə düzəltmək olar, bunu gündə iki dəfə — axşam və səhərlər sürtürlər. Şirə quruyandan sonra üzu təzə süd qatılmış su ilə (1 stəkan suya 1 xörək qaşığı süd) yaxalayırlar.
Nəzərə çarpan nəticəni almaq üçün yuxarıda göstərdiyimiz müalicə uzun müddət aparılmalıdır, Müalicəyə qışda (yanvarın axırı, fevralın əvvəli), çillər tamam yox olduqda başlamaq lazımdır.
Bəzən alında, gicgahlarda ya da yanaqlarda, adətən, sarı, ya da tünd-qəhvəyi rəngli ləkələr əmələ gəlir. On­ların da ağardılması üçun çillərdə olan müalicəni aparmaq olar. 5%-li üzüm sirkəsi və qatıq ilə qoyulan kompreslər də yaxşı təsir göstərir. Onu belə eləyirlər: tənzif parçasını sirkədə isladıb ləkənin üstünə qoyur və 10 dəqiqədən sonra onu kötürüb həmin yerə un qarışdırılmış qatıqdan (1/4 stəkan qatığa 1 çay qaşığı un) kompres qoyur və 10 dəqiqə saxlayırlar. Əgər dəri sirkəyə çox həssasdırsa, onda kompresi ancaq qatıqla qoymaq olar. Birinci həftə kompresi hər gün, ləkələr ağarandan sonra isə həftədə bir dəfə eləyirlər. Bundan başqa, ləkələr üzə çıxmağa başlayanda sifəti günəş şüalarından qorumaq, bahar gələndə isə üzə mütləq günəşdən qoruyucu kirşan çəkmək lazımdır.
Ləkələrdə olduğu kimi, çillərdə də qidanın tərkibi C,B və PP vitaminləri ilə zəngin olmalıdır.

Gözəllik və Moda     Baxılıb: 3904   Tarix: 16 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

turlar.az

həkim məsləhəti yemek reseptleri toy makiyajlari aksesuar elm aid atalar sozleri qadın aksesuarları resept kosmetika kahfe fali yutube naz mila kəlamlar novruza aid hakışta