Cins dəbi

Cins dəbiDenim (cins parça) çoxdandır ki, təkcə şalvar tikilən material deyil. Hazırda istənilən geyim növünü, hətta aksesuarları denimdən hazırlamaq mümkündür.

Yubka
Cins yubka dəbə ötən əsrin 70-ci illərində gəlib. 80-90-cı illərdə cins yubkanı bütün dünyada qarderobun qeyri-rəsmi geyim növü kimi geyinməyə başladılar. O zaman yubkanın uzunluğu dizə qədər, forması isə düz olurdu. Həmçinin diskotekalarda çox məşhur olan mini-variantlar da var idi. Özünə cins yubka almaq istəyən xanım bir neçə kriteriyə əməl etməlidir: onun forması bədən quruluşuna uyğun gəlməlidir. Hətta nazik denim belə kifayət qədər bərk parçadır, ona görə də artıq çəkinizi örtəcək silkələnən yubka əldə edə bilməyəcəksiniz. Cins yubka həmişə omba hissədə tam oturur, onu həqiqətən vurğulamaq istədiynizi yaxşı düşünün.

Paltar
Cins paltar qarderobun must-have (mütləq olmalı) geyim növləri arasındadır. Dizaynerlər cins donu hündürdaban platforma və çoxlu zəncir bəzək əşyaları ilə uyğunlaşdırmağı məsləhət görürlər. Cins sarafan səyahətdə, istirahətdə və sadəcə şopinq zamanı köməyinizə çatacaq. O, rahatdır, hərəkətlərinizi məhdudlaşdırmır. Qarderobun sadə predmeti sayılan cins paltarlar yay və payızda çox aktualdır. Ötən il kantri üslubunda tikilən donlar, hazırda hippi üslubuna uyğunlaşdırılır.

Jaket
Bu mövsüm 70-ci illərdə olduğu kimi cins jaketlər çox dəbdədir. Onun populyarlığı onunla izah olunur ki, belə jaketi demək olar, hər şeylə uyğunlaşdırmaq olar - sadə ağ topla, şalvar və uzun romantik ətəklə, hər şey seçilən modeldən asılıdır. Cins jaket rahat, praktik və yüngüldür. Onu həm cins şalvarla, həm də istənilən başqa geyimlə uyğunlaşdırmaq olar. Jaket geyiminizi tamamlayacaq, yay və narın payız yağışından qoruyacaq.

Şalvar
Bu ilin lideri boyfriends jeans, yəni kişi şalvarı üslubunda olan cinslərdir. Belə cinslərin fasonu kişi cinslərinə maksimal dərəcədə uyğunlaşdırılıb. Adətən düz formada olub, hərəkəti məhdudlaşdırmır, bədən ölçülərini vurğulamır. Belə cinslər, adətən ətəyi qatlanmış formada, bosonojka və nazikdaban tuflilərlə geyilir. Yay istirahətində onları səndəl və sadə topla, payızda isə pencək və batilyonla geyinmək olar.

Gözəllik və Moda     Baxılıb: 9423   Tarix: 01 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

Makiyajın uzun müddət qalması üçün məsləhətlər

Makiyajın uzun müddət qalması üçün bir neçə əsas məsləhətə riayət etmək faydalıdır. Bu, yalnız görünüşü gözəl saxlamaqla yanaşı, tətbiq olunan məhsulların da dəridə daha uzun müddət təsirli olmasına kömək edir. İlk növbədə

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Dəri üçün 5 ƏN ZƏRƏRLİ VƏRDİŞ

Təmizləmə, tonlama, nəmləndirmək, günəşdən qorumaq -bütün bunlar dəri sağlamlığının qarantı demək deyil. Bunun səbəbi, ən yaxşı dəri baxımdan da yan keçən bir neçə pis vərdişin olmasıdır: . 1. Gecə yatmadan əvvəl dərini

turlar.az

gelinlikler sade makiyaj sekilleri geyim şəkilləri qadın hüquqları duru yeməklər 2026 yaz kolleksiyasi geyim kombinləri kosmetika xərçəng bürcü geyim novruz bayramına aid bakışta azərbaycan pehriz