Cinsi fəallığı, intim həvəsi artıran vasitələr

Cinsi fəallığı, intim həvəsi artıran vasitələrAfrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür? Afrodiziaklar cinsi fəaliyyəti gücləndirir, intim həyatı stimullaşdırır, insanın seksə olan həvəsini artırır.
Milli.Az modern.az-a istinadən afrodiziak vasitələr haqqında yazını təqdim edir.
Afrodiziak vasitələr iki qrupa bölünür. Kimyəvi tərkibli və təbii afrodiziaklar.
Hazırda apteklərdə saysız-hesabsız çeşiddə kimyəvi tərkibli afrodiziaklar təklif olunur. Dünyanın ən aparıcı kütləvi informasiya vasitələri bu cür həblərin reklamına səxavətlə yer ayırırlar. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünyada ən çox istifadə olunan dərman preparatlarının arasında bəzi kimyəvi tərkibli afrodiziakların da adı var. Bu, çox da sevindirici hal deyil. Çünki həmin preparatlar nə qədər güclü təsirə malikdirsə, bir o qədər də mənfi fəsadları, əks göstəriciləri var. Məhz elə təkcə bu səbəbdən kimyəvi tərkibli afrodiziaklardan imtina etməyə dəyər. İkinci bir tərəfdən təbii afrodiziaklara əl çatan bir vaxtda apteklərə üz tutmağa dəyərmi?
Təbii afrodiziak vasitələr hansılardır. Onları aşağıdakı qruplara bölmək olar:
1. Afrodiziak qida məhsulları
2. Afrodiziak içkilər
3. Afrodiziak yağlar
4. Afrodiziak bitki və güllər
Afrodiziak qidaların siyahısında qoz, badam, yumurta, bal, kakos, banan, çiyələk, sarımsaq, şokolad, göbələk, kürü, balıq və digər dəniz məhsullarını görmək olar. Bunlarla yanaşı aşağıdakı qida məhsullarını da cinsi fəaliyyətin stimullaşdırılması üçün afrodiziak vasitə kimi qəbul etmək olar:
1. Kişmiş
2. Balqabaq
3. Kök
4. Kərəviz
5. Küncüt
6. Vanil
7. Ananas
8. Darçın
9. Əncir
10. Yulaf
11. İstiot
12. Püstə
Afrodiziak vasitə kimi aşağıdakı içkilərə üstünlük vermək olar:
1. Təbii üzüm şərabı güclü afrodiziak sayılır. Ancaq bir şərtlə ki, o, kiçik dozada qəbul edilməlidir, əks halda əks təsirə məruz qalmaq ehtimalı yarana bilər.
2. Qəhvə orqanizmin ümumi tonusunu stimullaşdırmaq xassəsinə malikdir. Qəhvəyə az miqdarda darçın qatılarsa, cinsi fəallığın artmasına səbəb olar.
3. Darçın, zəfəran, hil, mixək, zəncəfil, jenşen kökü ilə dəmlənmiş çaylar seksə həvəsi artırır, cinsi fəaliyyəti yaxşılaşdırır.
4. Kök və narıngi şirələrini afrodiziak vasitə kimi istifadə etmək olar.
Afrodiziak yağların siyahısına zeytun və efir yağları başçılıq edir. Bu yağlar bütövlükdə orqanizm üçün faydalı olduğu qədər normal cinsi fəaliyyətin təmin olunmasında mühüm rol oynayır.
Aşağıdakı bitki və güllər isə ən effektli afrodiziaklar sayılır:
1. Qızılgül
2. Əzvay (aloye)
3. Adaçayı (şalfey)
4. Jenşen
5. Nanə
6. Lavanda
Göründüyü kimi, yuxarıda adları çəkilən təbii afrodiziakları əldə etmək bir o qədər də çətin deyil. Sadalanan bu qida məhsulları cinsi fəaliyyətə müsbət təsir göstərməklə yanaşı, həm də sağlamlıq üçün olduqca faydalıdır. Belə olan halda kimyəvi afrodiziaklara üstünlük vermək nə dərəcədə düzgün olar?
Təbii afrodiziaklar yalnız cinsi zəiflik, intim həyatda problemlər yaranan zaman qəbul edilməməlidir. Onlardan müntəzəm qəbul etməklə bu sahədə yarana biləcək problemlərin qarşısı profilaktik tədbir kimi vaxtında alınmış olar.
Bir məsələni də diqqətdə saxlamaq lazımdır ki, istənilən qida məhsulu o vaxt effektli və faydalı olur ki, ondan qədərində istifadə olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2078   Tarix: 23 aprel 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

həkim məsləhəti gözəllik məhsulları geyim necə seçməli atalar sözləri veten haqqinda ədəbiyyat testləri suni mayalanma ziyani i̇mtahana hazırlıq kosmetika veten haqqinda bayati gözellik qoğalın nağlı seksual usaq seirleri