Çirkli bezlərin sayı ilə körpənin doymasının təyin edilməsi

Çirkli bezlərin sayı ilə körpənin doymasının təyin edilməsiAna südü ilə qidalanan körpələrin analarını ən çox maraqlandıran sual "Körpəm doyurmu?" sualıdır.
Əksər analar körpənin tez-tez əmərək yuxulaması və yenidən oyanaraq döşə qoyulmasını istəməsi səhv və çaşdırıcı təəssürat yaradır. Gənc valideynlər unutmamalıdırlar ki, dünyaya yenicə göz açan körpənin çox kiçik ölçülü mədələri, məhdud gücləri və hələ tam formalaşmamış əmmə qabiliyyəti olur. Körpənin doyması haqqında əmin olmaq istəyən ana müxtəlif metod və vasitələrə müraciət edirlər.
Lakin ən etibarlı və düzgün üsullardan başlıcası yaş və çirkli (nəcisli) bezləri saymaqdır. Çünki bədən nə qədər qəbul edirsə bir o qədər də ifraz edir. 1-2 günlük körpənin mədəsinin ölçüsü təxminən bir albalı, 3-4 günlük bir qoz, 5-6 günlük bir ərik, 1-3 həftəliyin isə bir toyuq yumurtası böyüklüyündədir. Məhz bu səbəbdən körpəyə qida rejimi tətbiq olunmadan, tez-tez və az-az yeməsi tamamilə normaldır.
Hesablamalara görə, sutkada 8-12 əmizdirmələr və nəticədə eyni sayda sidiyə getmələr olmalıdır. Pediatrların tövsiyyələrinə görə, körpələrə 6 ayına kimi ana südündən əlavə heç bir formada digər mayelər (su, çay, şirə və s.) verilməməlidir.
Yalnız ana südü ilə qidalandırılan körpələrin yaş və çirkli bezlərinin sayılması üsulu onların doyması haqda ən dürüst məlumat verə bilər. Etalon olaraq bir uşaq bezinə 1 xörək qaşığı su tökün, bu sizə bir sidiyə getmə miqdari haqqında təsəvvür yaradacaqdır. Baxmayaraq ki, uşaq bezləri körpələri uzun müddət quru saxlamaq xassəsinə malikdir lakin xaricdən hətta bir dəfə yaş olan bez yumşaq olur. Bu göstəriciyə əsasən, cüzi miqdarda yaş və yumşaq olan bezi dəyişərək sayını qeyd etmək olar. Beləcə sutkada körpənin sidiyə getmə tezliyini ölçmək olar.
- 1-2 günlük körpə - 2 yaş və 2 çirkli,
- 3-4 günlük - 3-4 yaş və 3 çirkli,
- 5 gün-3 həftəlik körpə isə ən azı 6 yaş və 3 çirkli bez ifraz edir.
- 3-6 həftəliyindən etibarən isə yaş bezlərin 8-12 sayına çatmalıdır.
Çirkli bez üsulundan istifadə edərək hesablamalar aparan valideynlər körpələrinin doymamasından artıq narahat olmaya bilərlər.
Müəllif: Səltənət Zülfüqarova,
Əmizdirmə məsləhətçisi

Ailə və Uşaq     Baxılıb: 2159   Tarix: 11 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

turlar.az

geyim seçimi yay geyimləri 2026 kosmetika mehsullari fransiz qadinlari gözəllik məhsulları uşaq xəstəlikləri burc xelife kosmetika geyim sanama badambura qaynanaya aid hüzeyir hacibəyov