"Çiyələk yarpaqlarını yemək olarmı?" deməyin: Görün nə qədər XEYİRLİDİR

Çiyələyin sağlamlıq üçün faydaları hər kəsə məlum olsa da, bir çox insan yarpaqlarını çıxarıb zibil qutusuna atmağa üstünlük verir. Ancaq əksinə, çiyələk yarpaqları ilə hazırlanan çay böyrək daşlarını bir-bir çıxarır. Görün onun yarpaqlarının hansı təsirləri var. 
Milli.Az lent.az-a istinadən xəbər verir ki, çiyələk kimi yarpaqları da bir çox dərdlərə şəfa mənbəyi ola bilər. Çiyələk yarpaqları əslində yeməli bir quruluşa malikdir. Yarpaqları antioksidantlarla dolu olduğundan əlavə sağlamlıq faydaları təmin edir. Ona görə də onu atmaq əvəzinə dəyərləndirmək çox faydalı olardı. 
Yaz və yay aylarının ən çox sevilən meyvələrindən olan çiyələk bazarlarda öz yerini tutub. Çiyələkləri yarpaqlarını ayıraraq yeməyə üstünlük verə bilərsiniz. Ancaq çiyələk yarpaqlarının orqanizmə təsirini eşidəndə fikrinizi dəyişə bilərsiniz.
Quru və ya yaş halda hazırlanan çay istehlak edildikdə bir çox problemi həll edə bilər. 
Çiyələk yarpağı çayı ateroskleroz, yüksək qan təzyiqi, qarında su toplanması və böyrək xəstəliklərinə təsir edir. 
Çiyələk yarpaqları bədəndən qum və ya daş kimi formalaşmaları tək-tək çıxarmaq üçün istifadə edilə bilər. Müntəzəm olaraq istehlak etməklə böyrək problemlərini azalda bilərsiniz. Bağırsaq üçün də faydalı olan çiyələk yarpaqları bağırsaq iltihabını, qurdları, qazı və qəbizliyi aradan qaldıra bilər.  
Bədəninizin son zamanlar şişməyə başladığını düşünürsünüzsə və ya müşahidə edirsinizsə, çiyələk yarpaqlarının sidikqovucu xüsusiyyətindən faydalana bilərsiniz. Yığılmış ödemi aradan qaldırmaq üçün çiyələk yarpaqlarından çay hazırlayaraq toksinləri çıxara bilərsiniz. 
Yarpaqların tərkibindəki kalium və fosfor xroniki böyrək çatışmazlığının qarşısını ala bilər. Buna görə də böyrək xəstələrinin faydalı təsirləri əldə etmək üçün həkimə müraciət etdikdən sonra istehlak etmələri uyğun ola bilər. Keyfiyyətli yuxu üçün yatmazdan əvvəl onu istehlak etməyə cəhd edə bilərsiniz.  
Çiyələk yarpaqlarını necə istehlak etmək olar? 
Bunun üçün müxtəlif alternativlər var. Birincisi, təbii ki, yarpaqlardan çay hazırlamaqdır. Quruduqdan sonra isti su ilə qarışdıraraq dəmləyə bilərsiniz. Çox praktik hazırlığı var. Ancaq daha praktik bir üsul istəyirsinizsə, yarpaqları içdiyiniz suyun içinə sala bilərsiniz. 
Çiyələk yarpaqlarını yaxşıca yuduqdan sonra qaba qoyub, üzərinə balzam sirkəsi əlavə edə bilərsiniz. 1 saat gözlədikdən sonra dəmlənmiş sirkəni süfrənizdə və salatlarınızda istifadə edin. Çiyələk yarpaqları sayəsində həm daha ləzzətli bir yemək istehlak edə, həm də bədəninizi sağalda bilərsiniz.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1246   Tarix: 01 may 2024
f Paylaş

Oxşar xəbərlər

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanıla

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

turlar.az

qis geyimləri 2026 adlarin menasi geyim dəbləri buga burcu utunun altini nece temizlemek ayaqda qabar yumurtlama dovru kosmetika damla veten haqqinda atalar sozu oğlaq novruza aid hakisdalar uzeyir