Çobanyastığının faydası

Çobanyastığının faydasıÇobanyastığı insanın sağlamlığı üçün ən faydalı bitkilərdən biri sayılır. Çobanyastığı çox güclü antiseptik, mikrob- və virusəleyhinə xüsusiyyətlərə malikdir.
Angina, faringit zamanı çobanyastığı dəmləməsinin istifadəsi çox yaxşı effekt verir. Bunun üçün 1 xörək qaşığı quru çobanyastığı 1 stəkan qaynar suda dəmlənir, süzülür və gün ərzində bir neçə dəfə qarqara kimi istifadə olunur.
Təbii ki, çobanyastığı dəmləməsi (bütün digər xalq təbabəti vasitələri kimi) yalnız köməkçi müalicəvi vasitə kimi (xəstəliyin həkim tərəfindən təyin olunmuş əsas müalicəsi ilə paralel olaraq) istifadə edilə bilər.
Diş ağrısı, diş və damaq iltihabları, digər ağız boşluğu iltihabları (stomatit və s.) zamanı da çobanyastığı dəmləməsi çox yaxşı ağrısızlaşdıran və iltihabəleyhinə təsir edir.
Zökəm, haymorit, sinusitlər zamanı çobanyastığı dəmləməsi ilə burun boşluğunu yumaq və buruna çobanyastığı yağı (hər burun yoluna 1-2 damcı) damcılamaq çox effektlidir.
Çobanyastığı bütün mədə-bağırsaq sisteminə çox yaxşı təsir edir. Belə ki, çobanyastığı dəmləməsi (daxilə qəbul edilir) mədə-bağırsaq sistemində olan iltihablarla, parazitlərlə (lyambliya, askarid qurdu) uğurla mübarizə aparır, qarında köp, sancılar, ishal zamanı yaxşı kömək edir, öd qovucu təsirinə malikdir, iştahanı artırır, mədə şirələrin ifrazını stimullaşdırır.
Qastrit, kolit, mədə və 12-barmaq bağırsağı xorası xəstəlikləri zamanı çobanyastığı dəmləmələri çox effektlidir.
Çobanyastığı insanın sinir sisteminə da çox yaxşı sakitləşdirici təsir edir. Məhz bu səbəbdən çobanyastığı uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş bir çox sakitləşdirici preparatların tərkibinə daxildir. Gecə yatmazdan əvvəl 1 stəkan çobanyastığı çayına (1 stəkan qaynar su + 1 çay qaşığı çobanyastığı) 1 çay qaşığı bal əlavə edib için. Bu vasitə yaxşı sakitləşdirici təsir edir və yuxusuzluqla mübarizə çox yaxşı köməkçidir. Bundan əlavə belə çay yüksək qızdırmanın salınmasına kömək edir.
Çobanyastığı "qadın otu" sayılır. Çobanyastığı ginekologiyada iltihabəleyhinə vasitə kimi geniş istifadə olunur.
Çobanyastığı dəmləməsi sidik kisəsi və sidik yolları iltihabları zamanı yaxşı kömək edir.
Bir çox dəri iltihabları və xəstəlikləri zamanı çobanyastığı vannaları və islatmaları istifadə olunur. Çobanyastığı ilə olan ayaq vannaları ayaqların güclü tərlənməsi ilə mübarizədə sınanmış vasitədir.
Çobanyastığı kosmetologiyada da geniş istifadə olunur. Çobanyastığı dəmləməsi üz dərisini təmizləyir, iltihabla mübarizə aparır, saçları daha parlaq, möhkəm və canlı edir, kəpəkdən azad olmağa kömək edir.
Bütün bu faydalı xüsusiyyərlə yanaşı, çobanyastığı allergik xüsusiyyətlərinə malikdir. Bu səbəbdən allergiyaya meyilli olan insanlar bu otdan çox ehtiyatlı istifadə etməlidir. Hər halda bu və ya digər xalq təbabəti vasitələri tətbiq etdikdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 2700   Tarix: 18 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

qaşların formalari geyim necə seçməli həkim məsləhəti haxışta pamidor maskasi göyəm turşusu aliment almaq kosmetika yuxuda qara ilan gormek qaynanaya aid qoğalın nağlı novruza aid hakista qiz burcu