Çölyak xəstəliyi nədir? - Səbəbi və müalicəsi

Çölyak xəstəliyi nədir? - Səbəbi və müalicəsiÇölyak xəstəliyi əhalinin 1%-də rast gəlinən autoimmun xəstəliyidir. Onun yaranmasında iştirak edən əsas faktor qlütendir. Tərkibində qlüten olan buğda, çovdar, qızılı buğda və arpa kimi dənli bitkilərin qəbulu nazik bağırsağın iltihabına səbəb olur.
Milli.Az medicina.az-a istinadən bildirir ki, qlütenin hətta kiçik miqdarı belə, simptomların yaranmasına səbəb ola bilər. Əgər şəxs qlüteni qida rasionundan çıxarmazsa bağırsaq xovları hamarlaşa, hətta yox ola bilər və beləliklə, nazik bağırsağın selikli qişasından qida maddələrinin sorulması prosesi pozula bilər ki, bu da öz növbəsində orqanizmdə qida çatışmazlığının yaranmasına səbəb ola bilər.
Çölyak xəstəliyinin simptomları geniş spektrdə dəyişir. Əksər hallarda özünü mədə-bağırsaq traktı simptomları ilə qeydə alınır:
-İshal
-Qarın nahiyəsində şişkinlik
-Qarın ağrısı
-Ürəkbulanma
-Qusma
Çölyak xəstəliyinə malik şəxslərdə həmçinin ümumi simptomlara da təsadüf edilir
-Çəki və enerji itkisi
-İştahasızlıq
-Anemiya ilə birlikdə təsadüf edilən dəmir çatışmazlığı
-Osteoparoz
-Reproduktiv pozğunluq və ya spontan abortlar
-Vitamin və ya mineral çatışmazlığı
Uşaqlarda çölyak xəstəliyi erkən yaşlarda, adətən ana südündən tərkibində qlüten olan qidalara keçmə zamanı əmələ gəlir. Əgər xəstəlik müəyyən edilməmiş qalarsa uşaqlarda böyümə və inkişaf pozğunluğu riski yarana bilər. Çölyak xəstəliyindən əziyyət çəkən uşaqlar adətən zəif bədən quruluşuna malik, ağlağan və həssas olur.
Xəstəliyin formaları
Çölyak xəstəliyinin klassik, simptomatik və subklinik formaları mövcuddur. Bu formalar nazik bağırsağın selikli qişasının zədələnməsi ilə xarakterizə olunur. Əlavə olaraq, təsadüf nəticəsində aşkar olunan, biopsiyada normal selikli qişa nümayiş etdirən potensial çölyak xəstəliyi də mövcuddur.
Xəstəliyin diaqnozu
Çölyak xəstəliyi hər yaşda müşahidə edilə bilər. Xəstəliyə şübhə olarsa, ilk növbədə qan analizi verilməli və müayinə edilməlidir. Anticisimlər müəyyən edildikdən sonra diaqnozu təsdiqləmək məqsədilə nazik bağırsaqdan biopsiya götürülür.
Çölyak xəstəliyi əksər hallarda irsi olduğuna görə yaxın qohumlar (valideynlər, bacı-qardaş və övladlar), hətta simptomlar olmasa belə çölyak xəstəliyinin diaqnozunun qoyulması məqsədilə müayinə olunmalıdırlar. həkiminizlə əlaqə saxlamamışdan əvvəl, qlütensiz pəhrizə başlamamaq vacib nüans sayılır. Əgər siz həkim məsləhəti olmadan pəhrizə başlasanız xəstəliyin diaqnozunun qoyulması üçün vacib olan anticisimləri qanda müəyyən etmək mümkün olmayacaqdır.
Xəstəliyinin müalicəsi
Əgər çölyak xəstəliyinin diaqnozu təsdiqlənərsə həkiminiz sizə dərhal qlütensiz pəhrizə başlamağınızı tövsiyə edəcəkdir. Çölyak xəstəliyinin yeganə effektiv müalicəsi ümumiyyətlə tərkibində qlüten olan qidalardan həmişəlik imtina etmək sayılır. Sadəcə qlütensiz pəhrizə riayət etmək də qısa müddət ərzində sağalmanın baş verməsinə səbəb ola bilir. Çölyak xəstəliyindən əziyyət çəkən şəxslərin əksəriyyəti qlütensiz pəhrizə başladıqdan qısa müddət sonra simptomsuz olur. Bununla yanaşı, nazik bağırsağın selikli qişasının regenerasiya prosesi bir neçə ay davam edə bilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1977   Tarix: 24 fevral 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

kosmetoloq gozel gorunmek qaşların formalari faydalı məsləhətlər 1 hefteye 5 kq ariqlamaq vətən haqqında bayatılar veten haqqinda bayati kosmetika vətən novruz hakıştası kahfe falı bir arzum var