Çörəyin faydası və ziyanı. Çox vacib bilgilər

Çörəyin faydası və ziyanı. Çox vacib bilgilərÇörək tək qida deyil. Çörək bolluğun, rifahın rəmzidir.
Bütün dünya mətbəxlərində bu və ya digər formada çörək var. Müxtəlif ölkələrdə çörəyi müxtəlif üsullarla, müxtəlif undan və müxtəlif formalarda hazırlayırlar.
Arxeoloqların fikirinə görə, çörək 7000 il bundan əvvəl "icad" olunub.
Çörəyi əksər hallarda buğdadan hazırlayırlar. Buğda möcüzəli bitkidir. Onun tərkibində karbohidratlar, zülallar, praktiki olaraq bütün əsas vitaminlər və minerallar var. Lakin müasir dövrdə buğda xüsusi emaldan keçir ki, nəticədə onun ən faydalı hissələri  (taxılın qişaları, rüşeymi) atılır. Məhz belə emaldan sonra biz ağ un ("əla növ" un) əldə edirik. Bu undan ağ yumşaq çörək, bulkalar və s. dadlı məhsullar hazırlanır. Bu məhsullar çox dadlıdır, lakin onların faydası çox azdır. Daim ağ undan hazırlanmış çörək və s. un məmulatları yeyən insanda piylənmənin, mədə-bağırsaq sistemi xəstəliklərinin və s. pozulmaların riski artır. Təzə yumşaq çörək pis həzm olunur, bir çox hallarda köpə səbəb olur.
Ən faydalı çörək emal olunmamış, təmizlənməmiş buğdadan hazırlanır. Belə çörəkdə  buğdanın bütün faydalı xüsusiyyətləri saxlanılır.
Arpa unundan və ya arpa ilə buğda unların qarışığından hazırlanmış çörək də çox faydalıdır. Biz ona adətən "qara çörək" deyirik. Bu çörək daha gec mənimsənilir və ağ çörəklə müqayisədə onun tərkibində daha çox faydalı maddələr saxlanılır.
Buğda kəpəyi əlavə olunmuş çörək də çox faydalıdır. Kəpək mədə-bağrsaq sisteminə müsbət təsir edir, qəbizliyin qarşısını alır, orqanizmdən ziyanlı maddələri xaric edir.
Çörəyi düzgün yemək lazımdır. Bu nə deməkdir? Diyetoloqlar çörəyi yeməkdən əvvəl bir qədər qurutmağı tövsiyə edirlər.
Boyat çörək yumşaq təzə çörəkdən daha faydalıdır. Bunu bütün həkimlər və diyetoloqlar təsdiq edir. Boyat çörək daha yaxşı mənimsənilir və köp, ağırlıq kimi xoşagəlməz hisslərə səbəb olmur.
Çörəyin üzərində kif varsa, belə çörəyi yemək olmaz. Bəzən insanlar üzərində kif olan tikəni kəsib qalan çörəyi yeyirlər. Bu qəti şəkildə yolverilməzdir. Kif göbələyin sporları gözlə görünmür və insan bilmədən bu sporları olan tikəni yeyə bilər. Kif göbələyi çox ziyanlıdır və nəinki qida zəhərlənmələrinin, hətta ağır qan və ağ ciyər xəstəliklərinin inkişafına səbəb ola bilər.
Təbii ki, ən ideal variant çörəyi evdə emal olunmamış undan bişirməkdir. Bir çox həkimlər mayasız çörəyə üstünlük verməyi tövsiyə edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1083   Tarix: 04 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

kosmetika mehsullari donlar 2026 makiyaj instagram terevezler toyluq donlar 2026 aybaşı 2026 hicab kosmetika qoğalın nağlı itburnu ziyafet geyimleri novruz hakista atalar sözləri