COVID-19-a qarşı immunitet ömür boyu davam edə bilər?
Koronavirusa qarşı immunitet ömür boyu davam edə bilər.
Milli.Az xəbər verir ki, bu barədə Nyu-Yorkdakı Rokfeller Universiteti və Sent-Luisdəki Vaşinqton Universitetinin molekulyar biologiya laboratoriyasının alimləri məlumat yayıb.
Əvvəllər elm adamları COVID-19 antikorlarının sürətlə düşməyə başladığına inanır və 1-2 ildən sonra demək olar ki, insan bədənində qalmadığını düşünürdülər. Tədqiqat zamanı alimlər koronavirusu əsasən yüngül keçirən və sağalan 77 nəfərin məlumatlarını təhlil ediblər. Məlum olub ki, 4 aydan sonra onların antikor səviyyələri aşağı düşür. Bununla birlikdə, patogeni xatırlaya bilən və antikor istehsal edən bütün T hüceyrələri koronavirusa qarşı immuniteti qoruyur. Bu hüceyrələr əvvəlcə hərəkətsiz qalsa da, bir infeksiya ilə qarşılaşan kimi yenidən antikor istehsal etməyə başlayır.
O da maraqlıdır ki, elm adamları bunun yalnız xəstəliyi yüngül keçirənlərə aid olduğunu düşünürlər. Alimlər deyirlər ki, bunlar nəzəri nəticələrdir, onları təsdiqləmək üçün yenidən araşdırma aparmaq lazım olacaq. (publika.az)
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi