COVID-19-a qarşı immunitet ömür boyu davam edə bilər? - VİDEO
Video əlavə olunub.
xxx
Koronavirusa qarşı immunitet ömür boyu davam edə bilər.
Publika.az xəbər verir ki, bu barədə Nyu-Yorkdakı Rokfeller Universiteti və Sent-Luisdəki Vaşinqton Universitetinin molekulyar biologiya laboratoriyasının alimləri məlumat yayıb.
Əvvəllər elm adamları COVID-19 antikorlarının sürətlə düşməyə başladığına inanır və 1-2 ildən sonra demək olar ki, insan bədənində qalmadığını düşünürdülər. Tədqiqat zamanı alimlər koronavirusu əsasən yüngül keçirən və sağalan 77 nəfərin məlumatlarını təhlil ediblər. Məlum olub ki, 4 aydan sonra onların antikor səviyyələri aşağı düşür. Bununla birlikdə, patogeni xatırlaya bilən və antikor istehsal edən bütün T hüceyrələri koronavirusa qarşı immuniteti qoruyur. Bu hüceyrələr əvvəlcə hərəkətsiz qalsa da, bir infeksiya ilə qarşılaşan kimi yenidən antikor istehsal etməyə başlayır.
O da maraqlıdır ki, elm adamları bunun yalnız xəstəliyi yüngül keçirənlərə aid olduğunu düşünürlər. Alimlər deyirlər ki, bunlar nəzəri nəticələrdir, onları təsdiqləmək üçün yenidən araşdırma aparmaq lazım olacaq.
Aytən Məftun









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi