COVID-19-a yoluxanlar üçün Ramazan TÖVSİYƏLƏRİ

COVID-19-a yoluxanlar üçün Ramazan TÖVSİYƏLƏRİTürkiyənin Kocaeli Universiteti Xəstəxanasının baş həkimi, professor Nuh Zafer Cantürk Ramazan ayında oruc tutmaq istəyən koronavirusa yoluxan insanların şiddətli öskürək və nəfəs almaqda çətinlik çəkdikləri halda dinin asanlaşdırıcı hökmlərindən faydalana biləcəklərini qeyd edib.
Milli.Az xəbər verir ki, professor sağlam fərdlərdə oruc tutmağın faydaları haqqında bir çox məlumatın olduğunu söyləyib.
Onun sözlərinə görə, pandemiyanın davam etdiyi müddətdə orucun digər vaxtlara bənzər şəkildə tutulmalı olduğu vacibdir: "Koronavirusa yoluxanları isə qruplaşdırmaq lazımdır. Hər kəsdə bu xəstəlik eyni səviyyədə deyil. Hər COVID-19-a yoluxana "oruc tutma" deyə bilmərik. Oruc tutma zamanı dinin güzəştə gedən müddəalarından istifadə etmək olar. Bu istiqamətdə yoluxan şəxsin həkiminin fikirlərini nəzərə almaq lazımdır. Əgər virusa yoluxan şəxslər sahur və iftarda maye qəbuluna diqqət etsələr və həddindən artıq çox yüklənmədən qidalanarlarsa, onlar üçün heç bir problem yaşanmaz. İnsanlar maye və qida istehlaklarını iftardan sahura qədər yaysalar, sağlam Ramazan keçirə biləcəklərini söyləyə bilərik".
Xroniki xəstəlikləri olanların oruc tutmadan əvvəl həkimlərinə müraciət etmələrinin lazım olduğunu vurğulayan N.Z.Cantürk bildirib ki, ürək xəstəliyi olan insanlar Ramazan ayında yüngül pəhriz ilə yağdakı xolesterol miqdarını azalda bilərlər: "Bu şəxslər qidalanma baxımından Ramazandan yaxşı istifadə edərlərsə, sağlamlıqlarına faydalı ola bilər, ancaq həkimlərinin tövsiyələrini mütləq almalıdırlar. Diabetli xəstələr oruc tuturlarsa, diabetin müddəti və şəkərli diabetin komplikasiyasının olub-olmaması nəzərə alınmalıdır. "Sahurda çox yeyirəmsə, gün ərzində daha asan oruc tutacağam", demək mümkün deyil. Nə qədər şirin, kalorili qidalar yeyirlərsə, bir o qədər çox çətinlik çəkə bilərlər".
Professor insanları Ramazan ayında balanslı bəslənməyə səsləyib və iftarla sahur arasında kifayət qədər maye qəbul edərkən gün ərzində çox problem olmayacağını qeyd edib:
"İftarda əvvəlcə bir stəkan su içməliyik, o zaman zeytun və ya xurma yeyilə bilər. Xurma liflə zəngin qida olduğundan qan şəkərini tədricən artıracaq, buna görə iftar zamanı sağlamlığımıza müsbət təsir göstərir. İftar zamanı qidanı yavaş-yavaş yeməyimiz lazımdır. Sürətli yeyəndə bədənə zərər verə bilərsiniz. Söhbət orucun faydalarından gedir, amma tövsiyələrə əməl etməsək, orucun xeyirindən daha çox zərəri ilə qarşılaşa bilərik. Ramazan ayında ət istehlakı artır, lakin tərəvəz və digər qidalar da həftənin müəyyən günlərində istifadə edilməlidir", - N.Z.Cantürk əlavə edib. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1860   Tarix: 12 aprel 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kilosu 1 manata satılır, üzünə baxan yoxdur - Damarları açır, ürəyi gücləndirir

Bazarlarda çox vaxt yanından keçdiyimiz, kifayət qədər önəm vermədiyimiz qara kök əslində şəfa mənbəyidir. Tünd bənövşəyi rəngi ilə diqqət çəkən bu tərəvəz son zamanlar qidalanma ekspertlərinin ən çox tövsiyə etdiyi məhsulla

.

"Novruz"da bunu etmək qəti QADAĞANDIR

Novruz bayramı bolluq, bərəkət və zəngin süfrələrlə yadda qalır. . Həkimlər xəbərdarlıq edir ki, məhz bu günlərdə demək olar hər kəsin etdiyi bəzi vərdişlər sağlamlıq üçün ciddi risk yarada bilər. . Bayramın dadını çıxarma

.

Kərə yağı xərçəngdən ölüm riskini ARTIRIR

Kərə yağının yüksək miqdarda istehlakı xərçəng və digər ağır xəstəliklərdən ölüm riskini artırır. -a istinadən xəbər verir ki, bu barədə "The Mirror" nəşri Böyük Britaniyada aparılan araşdırmaların nəticəsinə istinadə

.

Sağlam beyin üçün səhər rutini - Oyanan kimi edin

Gündəlik vərdişlər beynin fəaliyyətinə ciddi təsir göstərir. xəbər verir ki, həm gənc yaşlarda, həm də irəliləyən dövrdə sağlam və güclü beyin üçün düzgün addımlar atmaq vacibdir:. Bir stəkan su için: Orqanizmin və beyni

.

Qatıq yeməyin də saatı varmış: Faydası qat-qat artır

Qatıq istehlakının faydası yalnız onun tərkibindən deyil, həm də nə vaxt yeyildiyindən asılıdır. Araşdırmalar göstərir ki, düzgün zamanda yeyilən qatıq həzmdən enerjiyə qədər bədəndə mühüm fərqlər yaradır.  xəbər verir ki

.

Çərəz yeyərkən "tək bir şərt" var

Qoz-fındıq və digər çərəzlər ürək sağlığından xərçəngə qədər bir çox xəstəliyə qarşı qoruyucu təsiri ilə seçilir.  xəbər verir ki, çərəzlər su tərkibi aşağı, lakin protein, sağlam yağlar, lif, vitaminlər (xüsusilə E vitamini

.

Bu vərdişləriniz varsa, arıqlaya bilməyəcəksiz

Arıqlamaq, artıq çəkidən xilas olmaq üçün saatlarla idman zalında vaxt keçirmək əlbəttə ki, pis deyil. Amma bəzi halda bu da sizə kömək etmir. Kişilər arıqlamaq üçün bir neçə vərdişlərini də unutmalıdır. 1. Yedikləriniz

.

Yuxudan oyanan kimi bunları edin

Mütəxəssislərin fikrincə, canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. xəbər verir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizin fəaliyyətin

.

Dirilik suyu – Şalğam: Min dərdə dəva olan sehirli içkinin əvəzsiz faydaları

Şalqam suyu adlanan alkoqolsuz ferment içki qardaş ölkə Türkiyəyə aiddir. xəbər verir ki, Türkiyənin cənub bölgələrində kəşf olunan şalgam suyu maraqlı ləzzəti və özünəxas dadıyla hərkəsin diqqətini cəlb edir. Şalğam suy

turlar.az

aksessuarlar donlar 2026 yemek reseptleri sobada kotlet elm haqqinda atalar sozu saç hörükləri ariqlamaq ucun kofe kosmetika bahar kahfe falı dolca bürclər sevda