COVID-19-dan qorunmaq üçün

COVID-19-dan qorunmaq üçünAzərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayının artması gözlənilən idi. Mövcud vəziyyətin yazın ilk aylarında da davam etməsi qaçılmazdır. Yoluxma sayı hətta 5 rəqəmli olsa belə, xüsusi narahatlığa əsas yoxdur. Bu hal fəsli patogen virusların nisbi "aqressivləşməsidir". Bunun COVID-19 və onun "omikron" ştamı ilə birbaşa bağlılığı olmasa da, təbii qanunauyğunluğa görə, məlum zaman və məkan daxilində bütün xəstələnmə və ölüm halları dominant infeksiya ilə müəyyən dərəcədə əlaqəli olur. Nəzərə almaq lazımdır ki, hər kəs il ərzində 2-3, bütün ömrü boyu isə 200-220 dəfə müxtəlif viral infeksiyalara yoluxa bilər. Həmin statistik artım yalnız makro və mikroorqanizmlərin birgə yaşam qanunlarına süni müdaxilə halında pozulur. Burada qeyri-müəyyən heç nə yoxdur. Məsələn, əvvəllər adi soyuqlama kimi dəyərləndirilən hal, hazırda 1/4 nisbətində "omikron" ştamı kimi təsdiqlənir. Bu, SARS-CoV-2 virusunun fəsli infeksiyaya çevriləcəyini göstərir. İstənilən halda, virus infeksiyaların hazırda müşahidə olunan kəskin artımına görə qorxuya düşmək əsassızdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.
Professor bildirib ki, müxtəlif mutant variantları olan koronavirusun yuxarı tənəffüs yollarında tək patogen deyil, həm də şərti-patogen ştamları olduğuna görə, hazırda adi soyuqlamada belə "omikron" ştamı ön plandadır: "Yoluxma PZR testi ilə təsdiq olunsa belə, qorxuya düşmək, spesifik antiviral preparatlar qəbul etmək, eləcə də rentgen və ya Kompüter Tomoqrafiya müayinəsindən keçmək lazım deyil. Bu gün kütləviləşən sindromlar: boğazda ağrı, burunda tutqunluq, kəskin öskürək və temperaturun yüksəlməsi ilə müşayiət edilən həmin klinik vəziyyətin aktiv davametmə müddəti 5-7 gündür. Bundan sonra, öskürək və burunun axması kimi əlamətlər bir müddət saxlanıla da bilər. Sevindirici haldır ki, bəzi xəstələr nəzərə alınmazsa, təbii və ya vaksinasiya nəticəsində immunitet qazananlarda virus aşağı tənəffüs yollarında nisbi inaktivdir. Ona görə də infeksiyanın xüsusilə "omikron" ştamının aşağı tənəffüs yollarına transformasiyası, yəni atipik pnevmoniyanın inkişafı ehtimalı minimumdur. Pnevmoniya kimi ağırlaşma halı uşaqlarda ümumiyyətlə müşahidə edilmir. Bütün hallarda COVID-19-dan qorunmaq üçün peyvəndlənmək ən vacib şərtdir. Hətta iki doza almış vətəndaşlar 5-6 ay sonra mütləq "buster" doza ilə peyvəndlənməlidirlər. Həmçinin vətəndaşlar gigiyenik qaydalara da diqqət etməli, qapalı məkanlarda tibbi maska taxmalı, sosial məsafəni qorumalıdırlar".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1204   Tarix: 02 fevral 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

yay geyimləri 2026 geyim dəbləri sade makiyaj sekilleri paltar modelleri cinsi infeksiyalar uz maskalari şalvar modelləri kosmetika qoğalın nağlı nizami gəncəvi baliq burcu meseller burclerin uyumu