COVID-19-dan sonra tam sağalma müddəti və tövsiyələr açıqlandı

COVID-19-dan sonra tam sağalma müddəti və tövsiyələr açıqlandıKoronavirusdan sonra reabilitasiya davamlı olmalıdır, bədənin tam bərpası isə azı iki-üç ay çəkməlidir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, Rusiyanın "Sber Zdorovye" xidmətinin tibbi direktoru Vladislav Məhəmməd Əli bildirib.
Onun sözlərinə görə, xəstəliyi xüsusən orta və ağır formada keçirən pasiyentlərin reabilitasiyaya daha çox ehtiyacı var.
"İnsanda xroniki ağciyər xəstəliyi və ya bədənin digər fərdi xüsusiyyətləri varsa, reabilitasiya bir il və ya daha çox vaxt ala bilər", - deyə o, əlavə edib.
Həkim, həmçinin, infeksiyadan sonra sağlamlığı bərpa etmək barədə tövsiyələrini verib.
O, hər şeydən əvvəl pasiyenti öz həkiminin tövsiyələrinə riayət etməyi məsləhət görüb:
"Bundan əlavə, bərpa prosesi zamanı gündəlik fəaliyyətə qayıdılmalıdır, ancaq bu, tədricən baş verməlidir. Ağır xəstəlikdən sonra enerjinin səviyyəsi azalır  və bəzi işlər əvvəl lazım olduğundan artıq güc tələb edir".
V.M.Əli azı 7-8 saatlıq yuxu rejiminin tənzimlənməsinin vacibliyini də vurğulayıb.
"Xəstəlikdən sağalanlar psixoloji reabilitasiyaya da diqqət yetirməlidirlər - bunun üçün yaxınlarından və peşəkar psixoloji yardımdan kömək istəyə bilərlər", - deyə o əlavə edib.
Həkim eyni zamanda balanslı qidalanma məsləhət görüb: rasionda asanlıqla həzm olunan zülal, daha çox miqdarda vitaminlər, balıq, yağsız ət, toyuq, hinduşka, bulyonlar, təzə tərəvəz və meyvələr olmalıdır. Acılı, yağlı, duzlu və yüksək kalorili qidalardan imtina edilməlidir.
"Həmçinin gündə ən azı iki litr maye içmək lazımdır (əgər xəstədə ürək və ya böyrək çatışmazlığı, hipertoniya yoxdursa). Bundan əlavə, reabilitasiya üçün tənəffüs məşqləri etmək lazımdır. Fiziki fəaliyyətə isə tədricən başlanılmalıdır", - deyə mütəxəssis əlavə edib.
O, sözlərinin sonunda ürək və damarlarda əlavə stres yaratmamaq üçün isti hamam və saunalardan çəkinməyi tövsiyə edib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1238   Tarix: 15 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

geyim seçimi hamilelikde qidalanma makiyaj instagram hakista mantı reseptleri azadqadin dogum cantasinda ne olmalidir kosmetika bayatılar baldıza aid hakışta şəkərbura atalar sözləri dovsan