COVID-19 dişlərin zədələnməsinə və itirilməsinə səbəb olur

COVID-19 dişlərin zədələnməsinə və itirilməsinə səbəb olurGözəl və sağlam dişlərə sahib olmaq, kariyeslə erkən yaşda üzləşməmək və diş ərpinin yaranmasının qarşısını almaq üçün gün ərzində dişləri ən azı iki dəfə fırçalamaq lazımdır. Həmçinin bərk və şəkərli qidalardan mümkün qədər az istifadə etmək məsləhətdir. Qəbul edilən qidalara diqqət yetirmək və altı aydan bir dişləri müayinə etdirmək də tövsiyə olunur.
həkimlər qeyd edirlər ki, ağız sağlamlığını qorumaq üçün üç əsas vasitəyə fikir vermək kifayətdir: diş fırçası, pastası və diş ipi. Diş fırçası ən azı üç-dörd aydan bir dəyişdirilməlidir. Qida qalıqlarının diş dibində qalmaması üçün yeməkdən sonra qarqara etmək də məsləhət görülür. Mütəxəssislərin dediyinə görə, qida və içkilərdəki rəng piqmentləri diş minasındakı məsamələri doldurur və nəticədə dişlər saralmağa başlayır. Ona görə hər dəfə qida qəbulundan sonra ağız boşluğunu yaxalamaq vacibdir.
Milli.Az bildirir ki, həkim-stomatoloq Fidan Abdullayeva AZƏRTAC-a deyib: "Təəssüf ki, çox vaxt belə bir fikir formalaşdırırlar ki, süd dişlərinə fikir vermək lazım deyil, çünki onlar gec-tez töküləcək və əvəzində daimi dişlər bitəcək və s. Amma bu yanaşma uşaqlar böyüdükcə onların formalaşan daimi dişlərində də özünü göstərir. Dişlərin sıradan çıxması və zədələnməsinin əsas səbəbi onlara düzgün qulluq edilməməsi ilə əlaqədardır. Sübut olunub ki, ağız boşluğunda olan problemlər bütün orqanizmə, ən əsası isə həzm sisteminə təsir edir. Dişlərdə problem yaranması çeynəmə funksiyasına mənfi təsir göstərir".
Müsahibimiz bildirir ki, dişlərdə yaranan problemlərə vaxtında müdaxilə edilməsə, daha böyük fəsadlarla üzləşmək mümkündür. Çox vaxt həmin problemlər düzgün qulluq göstərilməməsi zamanı yaranır: "Ən azı gündə iki dəfə-səhər və yatmazdan əvvəl dişlərin fırçalanması məsləhət görülür. Hər dəfə qida qəbulundan sonra diş fırçası vasitəsilə, fırça olmadıqda ağız boşluğunu yaxalamaqla diş ərpi əmələ gəlməsinin qarşısını almaq olar".
Son araşdırmalar göstərir ki, dişlər daha bir təhlükə ilə üz-üzə gəlib. Yeni növ koronavirus (COVID-19) infeksiyası təkcə ağciyərlərə, tənəffüs sisteminə deyil, dişlərə də ziyan vurur. "Ağız boşluğu və diş əti qan-damar sistemi ilə zəngin olduğuna görə COVID-19 birbaşa dişlərin zədələnməsinə, itirilməsinə və diş əti problemlərinə səbəb olur. Bundan başqa, COVID virusu birbaşa ağız boşluğunda olan müəyyən reseptorlara da təsir edir", - deyə həkim-stomatoloq bildirib.
Ağız və diş sağlamlığını qorumaq üçün vitamin və minerallarla zəngin qidalardan istifadə etmək lazımdır. Turş, acı və həddindən artıq şəkərli qidalar dişləri saraldır və ərpin yaranmasına səbəb olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1401   Tarix: 04 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Sağlam beyin üçün səhər rutini - Oyanan kimi edin

Gündəlik vərdişlər beynin fəaliyyətinə ciddi təsir göstərir. xəbər verir ki, həm gənc yaşlarda, həm də irəliləyən dövrdə sağlam və güclü beyin üçün düzgün addımlar atmaq vacibdir:. Bir stəkan su için: Orqanizmin və beyni

.

Ürəyin işini yaxşılaşdıran 6 QİDA

Ürək sağlamlığını yaxşılaşdırmaq və ürək xəstəliyi riskini azaltmaq düşündüyünüz qədər çətin deyil. Pəhrizinizdə kiçik dəyişikliklər və müəyyən faydalı qidaların istehlakı ürəyinizin qorunmasına kömək edə bilər. xəbər veri

.

Təmizləyici su filtrlərinin gizli fəsadları varmış

"Filtrdən axan təmiz su, əgər qurğuya düzgün qulluq edilmirsə, hər zaman təhlükəsiz olmur". -a istinadən xəbər verir ki, bu barədə -ya istinadən Rusiya Dövlət Dumasının səhiyyənin mühafizəsi komitəsinin sədr müavin

.

Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün

Menyulardakı bir çox şirniyyat hər zaman təzə və əl işi olmaya bilər. Ekspertlərin fikrincə, bəzi klassik təamlar çox vaxt kütləvi istehsal məhsulu və ya hazır qarışıqlarla hazırlanır.  xəbər verir ki, restoranlarda təqdi

.

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

Geniş istifadə olunan ağrıkəsici qruplarının tibbi nəzarətdən kənar və yüksək dozada qəbulu kəskin mədə qanaxması, qaraciyər toksikliyi və xroniki böyük çatışmazlığı kimi həyati fəsadlara yol açır.  xəbər verir ki, ağrıkəsic

.

Bu suyu içmək məsləhət deyil: tərkibində zərərli bakteriyalar ola bilər

Əgər bir stəkan su uzun müddət masa üzərində qalırsa, onu içməmək daha yaxşıdır. xarici mediaya istinadən xəbər verir ki, masada qalan su təhlükəsiz kimi görünsə də, bir neçə saatdan sonra onun tərkibi dəyişə bilər. Dietoloqla

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu vərdişləriniz varsa, arıqlaya bilməyəcəksiz

Arıqlamaq, artıq çəkidən xilas olmaq üçün saatlarla idman zalında vaxt keçirmək əlbəttə ki, pis deyil. Amma bəzi halda bu da sizə kömək etmir. Kişilər arıqlamaq üçün bir neçə vərdişlərini də unutmalıdır. 1. Yedikləriniz

.

Bayramdan qalan bu qidalar TƏHLÜKƏLİDİR

Bayram süfrələrinin bolluğu çox zaman görünməyən təhlükəni də özü ilə gətirir. İlk baxışda "israf olmasın" düşüncəsi ilə saxlanılan yeməklər əslində sağlamlıq üçün ciddi risk mənbəyinə çevrilə bilər. Xüsusilə yumurta

turlar.az

yemek reseptleri qaşların formalari kosmetika mehsullari qara qarağat reseptler xalq mahnilari sozleri sarimsaq limon mocuzesi kosmetika narin faydasi hakışdalar sanamalar novruz hakıştası şəkərbura