COVID-19-un kliniki gedişatı bundan asılıdır

COVID-19-un kliniki gedişatı bundan asılıdırYeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvənd olunan vətəndaşlar xəstəliyə yoluxsalar belə, infeksiyanı çox yüngül, bəzən hətta simptomsuz keçirirlər. Lakin hətta xəstəliyin əlamətləri müşahidə edilməyən xəstələr də digərlərini yoluxdura bilərlər. Bu, xüsusilə COVID-19-un "omikron" ştamına aiddir. Həmin ştama yoluxan xəstələrdə kliniki gedişatın yüngül olmasına baxmayaraq, onlar başqalarını sürətlə yoluxdururlar. Hesab edirəm ki, bu, əsasən peyvəndləmə ilə əlaqədardır. Nəzərə almaq lazımdır ki, xəstələr vaksinasiya nəticəsində nəinki "omikron"u, digər ştamlara yoluxduqda da xəstəliyi yüngül keçirirlər".
Milli.Az xəbər verir ki, bu barədə həkim-infeksionist Vüsalə Yaşar məlumat verib.
Həkim-mütəxəssis qeyd edib ki, "omikron" ştamı yüngül gedişatlı olsa da, peyvənd vurdurmayanların xəstəliyi ağırkeçirmə ehtimalı var: "Ona görə də "omikron"a yoluxan hər kəsin infeksiyanı birmənalı olaraq yüngül keçirəcəyini iddia etmək doğru deyil. Sadəcə olaraq, vətəndaşlara ağırlaşmalardan qorunmaq üçün peyvəndləmə tövsiyə edilir. Unutmaq olmaz ki, COVID-19 əleyhinə ən effektiv profilaktika vaksinasiyadır. Ümumiyyətlə COVID-19-un digər ştamları ilə "omikron" ştamının müalicə metodları arasında, demək olar ki, fərq yoxdur. Müalicə xəstəliyin səviyyəsi, xəstənin mövcud vəziyyəti və laborator müayinələrin nəticəsinə uyğun olaraq aparılır. Xəstəliyin kliniki gedişatı isə yoluxmuş şəxsin immun sisteminin gücündən, yanaşı xəstəliklərindən və s. asılıdır. Yəni, ştamların əlamətləri arasında xüsusi fərq müşahidə edilmir".
V.Yaşar bildirib ki, son vaxtlar influenza, paraqrip, eləcə də digər virus infeksiyaları çoxalıb: "Onların əksəriyyətinin yoluxma üsulu, əlamətləri, demək olar ki, eyni, müalicə metodu isə müəyyən qədər fərqlənir. Belə virus infeksiyaların simptomları, adətən, eyni olduğu üçün, xəstənin hansı infeksiya ilə yoluxması yalnız laborator müayinə nəticəsində müəyyən edilə bilər. Son müşahidələrə əsasən, influenza ilə yoluxmuş xəstələr daha çox və uzun müddət öskürürlər. Onlarda qızdırma daha çox yüksəlir və bəzi hallarda 5-7 gün davam edir. Lakin həmin əlamətlərin müşahidə edildiyi xəstələrin məhz influenzaya yoluxduğunu birbaşa iddia etmək olmaz. Bir sıra hallarda COVID-19 xəstələrində də belə simptomlar müşahidə edilə bilər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 963   Tarix: 04 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

yay geyimləri 2026 geyim dəbləri sade makiyaj sekilleri paltar modelleri cinsi infeksiyalar uz maskalari şalvar modelləri kosmetika qoğalın nağlı nizami gəncəvi baliq burcu meseller burclerin uyumu