COVID-19-un yeni simptomu aşkarlandı
London Universiteti Kolleci və Kral Milli Komitəsinin alimləri koronavirusun yeni simptomunu aşkarlayıblar.
Milli.Az medicina.az-a istinadən bildirir ki, alimlərin məlumatına görə, COVID-19-a yoluxma pasiyentlərin eşitmə qabiliyyətində dəyişikliklər yarada bilər.
Mütəxəssislər müəyyənləşdiriblər ki, koronavirusun aşkarlandığı pasiyentlərin bir hissəsi tinnitusdan - qulaqlarda zəng səsindən və ya səs-küydən şikayət edirlər.
Həmçinin COVID-19-u ağır formada keçirmiş xəstələrdə bu simptom eşitmə qabiliyyətinin tamamilə itkisi ilə müşahidə edilib.
Tədqiqatçıların sözlərinə görə, hazırkı vaxtda koronavirusa və onunla bağlı simptomlara həsr edilmiş xeyli araşdırma işlərinin olmasına baxmayaraq, bu virusun insanın eşitmə qabiliyyətini pozması haqda hələlik çox az məlumatlar var. Bununla əlaqədar olaraq həkimləri infeksiyanın belə təzahürlərinə daha çox diqqət etməyə çağırıblar.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq