COVİD19-un ən uzunmüddətli yoluxma halı qeydə alındı - 2 il daşıyıcı olub
Amerikalı həkimlər COVID-19-un indiyədək ən uzun sürən yoluxma halını təsdiqləyiblər.
Milli.Az xəbər verir ki, məlumata görə, virus İİV-ə yoluxmuş 41 yaşlı xəstənin orqanizmində ölümünə qədər 776 gün qalıb. Bu nadir klinik hadisə barədə nüfuzlu "The Lancet: Microbe" jurnalında dərc olunub.
Xəstə 2020-ci ilin mayında ilk simptomları - öskürək, baş ağrısı və yorğunluğu hiss etsə də, yalnız həmin ilin sentyabrında COVID-19 diaqnozu alıb. Zəif immun sistemi səbəbindən virus uzun müddət orqanizmdə qalaraq daim mutasiyalara uğrayıb. Mütəxəssislər bildiriblər ki, xəstənin daxilində yaranan variantlar sonradan "Omikron"da rast gəlinən mutasiyalara bənzəsə də, onlar orqanizmdən kənara yayılmayıb.
PCR testləri ölümündən iki gün əvvəl belə müsbət nəticə verib. Lakin həkimlər qeyd ediblər ki, xəstənin ölümü birbaşa COVID-19 ilə bağlı olmayıb.
Fidan
Milli.Az









Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
Danla Bilic yenidən əməliyyat olundu - Fotolar
Məşhur aktyor vəfat etdi
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq