Çoxarvadlılıq azərbaycanlılara ziddirsə, donuz əti və spirtli içki nədir?..

Çoxarvadlılıq azərbaycanlılara ziddirsə, donuz əti və spirtli içki nədir?..Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov islam dinində 4 arvadlılıq məsələsi ilə bağlı fikirlər səsləndirib.

"Etiraf edək ki, islamda 4 qadınla ailə qurmağa icazə verilir. Ancaq bu, ərəb mədəniyyətinə xasdır. Azərbaycan mədəniyyətində bu qəbul olunmur. İslam isə bu mədəniyyətlərin heç birini inkar etmir".

Dini Komitənin sədr müavinin bu fikirlərində təzad hiss olunur.

O zaman belə çıxır ki, donuz ətinin yeyilməsi, spirtli işçki içilməsi də mədəniyyətlərarası məsələdir. Yəni Ərəbistanda bunlar qəbul edilmirsə, Azərbaycanda qəbul edilə bilər?

Əslində komitə sədri nəyi demək istəyib?

Xanim.az xəbər verir ki, "Məşədi Dadaş" məscidinin axundu, ilahiyyatçı hacı Şahin Həsənli modern.az-a açıqlamasında deyib ki, dini komitənin sədr müavininin fikirləri əslində məntiqlidir.

"O baxımdan ki, dinimizin qaydaları universaldır. Məsələn, 4 qadınla evlənmək məsələsi dinimizin təşviq etdiyi məsələlərdən deyil. Sadəcə, icazə verdiyi mövzulardandır. Belə məsələlərdə xalqların mədəniyyəti nəzərə alına bilər. İnsanlar məcbur deyillər ki, bir neçə insanla ailə həyatı qursunlar. Ona görə də bu, dinin vacib hökmü deyil. Bəzi xalqlarda çoxarvadlılıq normal qəbul olunursa, bəziləri qəbul etmir. Bir daha deyirəm ki, dinimiz bunu mütləq təşviq etmir. Bəzi məsələlər var ki, din ona icazə verir. İcazə verməsi o anlama gəlməməlidir ki, insanları bu sahəyə istiqamətləndirməyə hesablanıb. Sadəcə, cəmiyyətdə müxtəlif düşüncəli insanlar və mədəniyyətlər var. Din də bunları nəzərə alır".

Hacı Şahin Həsənlinin sözlərinə görə, biri üçün məqbul olan, digəri üçün məqbul olmaya bilər.

"Ona görə də dinin icazə verdiyi məsələ hamıya tətbiq edilmir. Məsələn, namaz qılmaq, oruc tutmaq vacib buyrulursa, bütün xalqlara vacibdir. O baxımdan ki, burada vacib hökmü var. Yalan danışmaq, içki içmək, donuz əti yemək və sairə kimi günahlar var ki, hamı bunlardan çəkinməlidir. Eyni zamanda, bir sıra məsələlər var ki, nə vacibdir, nə də haram. Ona görə də dinimiz onlara icazə verir. Hökmən deyil ki, hamı bunu etməlidir".

Xəbərlər     Baxılıb: 1579   Tarix: 18 fevral 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

turlar.az

sac duzumleri yemek reseptleri maskalar gəncə xəbərləri ayaq sismesi necə hamilə qalmaq olar üzdəki ləkələr kosmetika novruza aid hakışta azerb clpaq qadinlari sanamalar toy gecesı novruz bayramı haxışta