Cücərmiş kartofu tullamayın. Müalicəvi RESEPTLƏR
Yazda kartof cücərir, yaşıllaşır. Belə kartofu tullamağa tələsməyin. Bu kartofdan çox effektli təbii müalicəvi vasitələr hazırlamaq olar.
Cücərmiş kartofun tərkibində çoxlu miqdarda "salonin" adlı alkaloid toplanır. Salonin zəhərli maddədir, bu səbəbdən cücərmiş və xüsusilə də yaşıl kartofu yemək olmaz. Lakin salonin güclü iltihabəleyhinə və ağrısızlaşdıran təsirlərə malikdir. Bu səbəbdən cücərmiş və yaşıl kartof xalq təbabətində müalicəvi vasitə kimi geniş istifadə olunur.
Reseptlər
1. 1 ovuc kartof cücərtilərinin üzərinə 1 stəkan araq tökün və 1 həftə ərzində sərin qaranlıq yerdə saxlayın. Alınmış tinktura müxtəlif ağrılar (bel, əzələ, oynaqlar və s.) zamanı çox yaxşı müalicəvi təsir edir.
Tinkturanı ağrıyan yerə çəkin və yun şal və ya şərflə bağlayın. Bu proseduranı axşam yatmazdan əvvəl etmək daha yaxşıdır.
2. Yaşıl kartofu yaxşı yuyun (qabıqlarını soymaq lazım deyil), sürtgəcdən keçirin, qazana qoyun, üzərinə çıxana qədər qaynar su tökün və bir qədər qızdırın (qaynatmaq olmaz). Alınmış kütləni qalın pambıq parçaya qoyun və kompres şəklində ağrıyan yerə qoyub digər parça ilə bərkidin və yun şərflə sarıyın.
Milli.Az /news.milli.az









Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Hər gün darçınlı su içsəniz
Dilarə Kazımova ölkə üzrə top 10-a daxil oldu
Qoz, badam və püstə qarşı-qarşıya: Budur ən faydalı çərəz
Abbas Bağırov buna görə Gəncəyə köçüb
Hollivud ulduzu təhlükəli ərazidən çıxarıldı - Fotolar
Hamiləlikdə Daun sindromu riskini azalda bilən məhsul açıqlandı
Çox təhlükəli VİRUS: Yeni karantin qapıda
D vitamininin ziyanı üzə çıxdı
Qatıq yeməyin də saatı varmış: Faydası qat-qat artır