Dadsız hesab etdiyimiz qidalar ayaq ağrılarımızın dərmanı imiş

Dadsız hesab etdiyimiz qidalar ayaq ağrılarımızın dərmanı imişQidayla daha çox maqnezium qəbulu ayaqlarda periferik arteriyaların daralmasının (PAD) inkişaf riskini azaldır.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Çinin Şandunq Tibb Universitetinin alimləri apardıqları tədqiqatlardan sonra elan ediblər. Araşdırma "PLOS One" jurnalında dərc olunub.
Qeyd edilir ki, PAD - ayaqlara qan axınının azalması ilə nəticələnir və özünü soyuq, mavi dəri, həmçinin hərəkətliliyin pozulması, xoralar şəklində göstərir.
Alimlər 40 və daha yuxarı yaşda olan 6 000-ə yaxın insanda ayaq biləyi-brakial indeksini (ayaqda qan axınının vəziyyətini qiymətləndirməyə imkan verir) sınaqdan keçiriblər. Nəticədə 409 xəstəyə PAD diaqnozu qoyulub. 
İştirakçılardan həmçinin son 24 saat ərzində yedikləri bütün qidaları xatırlamaları istənilib. Qeyd edilir ki, bu element buğda kəpəyi, kakao, qoz-fındıq, dəniz yosunu, avokado, kərəviz və brokolidə daha çox olur.
Məlum olub ki, sağlam iştirakçılar gündəlik orta hesabla 288,30 mq, PAD olanlar isə gündəlik orta hesabla 244,89 mq maqnezium qəbul ediblər ki, bu da tövsiyə olunan normadan aşağıdır.
Araşdırma zamanı mikroelement qəbulu (xüsusilə maqnezium) və PAD-ın inkişaf riskinin aşağı olması arasında əlaqə müəyyən olunub. Özü də bu siqaret çəkmə statusundan, milliyyətindən və yanaşı xəstəliklərdən asılı olmayıb.
Alimlər izah edirlər ki, maqnezium damarların genişlənməsinə və arterial qan axınının artmasına kömək edir. O, həmçinin C-reaktiv zülal, şiş nekrozu faktoru-alfa (TNF-α) və interleykin-6 (IL-6) daxil olmaqla, iltihab faktorlarının səviyyəsini azaldır. 
Nəhayət, maqnezium qan damarlarının divarlarında kalsiumun çökməsini azaldır. 
Bütün bunlar PAD riskini azaltmağa kömək edir.
Milli.Az 

Xəbərlər     Baxılıb: 1064   Tarix: 21 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

toy makiyaji sekilleri aksessuarlar geyim necə seçməli mürəbbə reseptləri avto qadın sevgi dünyası qanda viruslar kosmetika qurd ve quzu ziyafet geyimleri şebnem tovuzlu azerbaycan toy gecesı