Dağınıq skleroz

Dağınıq sklerozDağınıq skleroz (lat. sclerosis disseminata) - sinir sisteminin iltihabi xəstəliyi olub , baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur. Bu zədələnmə sinir sistemi hissələri arasında əlaqəni pozur və bunun nəticəsində bir sıra simptom və sindromlar yaranır.
Dağınıq skleroz xronik, vaxtaşırı kəskinləşmə ilə keçən və pasiyentlərin müxtəlif dərəcədə əlilliyinə səbəb olan xəstəlikdir. Xəstəliyin başlanmasından 20 il sonra xəstələrin 60%-i sərbəst hərəkət edə bilmir. Çox hallarda xəstəlik ömrün uzunluğuna o qədər də təsir etmir, lakin nadir hallarda xəstəlik çox sürətlə irəliləyir. Klinik müayinələr göstərir ki, xəstələrin MSS-də zədələnmələr əmələ gəlir və bu zədələnmələr zaman keçdikcə səpələnir. Zədələr ocaqlarda olan iltihabi proses nəticəsində yaranan çapıqlardır. Diaqnozun təsdiqlənməsi üçün yeganə bir patoqnomonik test mövcud deyil və xəstənin sağlığında çox nadir hallarda onu təsdiq edən histoloji müayinə mümkün olur.
Epidemiologiya
DS-nin yayılmasında coğrafi amillərlə (iqlim) yanaşı sosialiqtisadi, ekoloji və etnoqrafik amillər, xüsusən əhali tərəfindən istifadə edilən qida məhsulları da müəyyən əhəmiyyət kəsb edə bilər. Ekvatordan uzaqlaşdıqca dağınıq sklerozun yayılmasında artım müşahidə edilir. Dağınıq skleroza ən çox 18-45 yaşlarda rast gəlinir, amma bütün yaş qruplarında təsadüf edilə bilər. Qadınlarda kişilərə nisbətən çox rast gəlinir (1,6-2:1). ÜST-nin məlumatına görə nevroloji xəstəliklər arasında dağınıq skleroz cavan yaşlı şəxslərin əlilliyinin əsas səbəbidir. Xəstəliyin başlanmasından 10 il sonra xəstələrin 30-37%-i yalnız başqasının köməyi ilə hərəkət edə bilir, 50% pasiyentlər peşəkar işlərini yerinə yetirməkdə çətinlik çəkirlər, pasiyentlərin 80%-dən çoxu iş yerlərini dəyişməyə məcbur olurlar. Dağınıq sklerozdan ölüm halları 100000 əhaliyə 2 nəfər təşkil edir.
Etiologiya
Dağınıq skleroz multifaktorial xəstəlik hesab olunur. Xəstəliyin yaranması xarici mühit amilləri ( viruslar, ekoloji və coğrafi amillər) və irsi meyilliliyin qarşılıqlı təsiri ilə şərtlənir. İndiyənədək xəstəliyin yaranmasında ilkin səbəb olan hər hansı bir virus aşkarlanmayıb.
Patogenez
DS-nin patogenezində immun sistemin vəziyyətinin əhəmiyyəti böyükdür. Qanda və OBM-də immun reaksiya göstəricilərində dəyişiklik, spesifik beyin antigenlərinə, xüsusən mielinin əsas zülalına qarşı anticismlərin olması və nəhayət, immunosupressorların xəstəliyin kəskinləşməsini ləngitməsi, eləcə də sinir toxumasında histoloji dəyişikliklər bunu sübut edir.
Kliniki təzahürləri
Dağınıq skleroz zamanı istənilən nevroloji əlamət müşahidə oluna bilər ki,bunlardan avtonom, hərəki, hissi, görmə problemləri daha yayılmışdır.Spesifik simptomlar(hissi pozulmalar,kəskin və xronik ağrılar, əzələ zəifliyi, əzələ spazmları,koordinasiya , nitq pozulması,görmə problemləri,yorğunluq hissi və s. ) zədələnmə ocağının mərkəzi sinir sistemində yerləşdiyi yerdən asılıdır. DS zamanı ən çox rast gəlinən piramid traktın zədələnməsidir - 90% və bu, xəstələrin əlilliyinin əsas səbəbidir. Ocağın lokalizasiyasından asılı olaraq hemi-, para- və nadir hallarda monoparezlər müşahidə edilir. Aşağı ətraflar yuxarı ətraflara nəzərən daha çox zədələnirlər. Spastiklik çox vaxt parezlərdən daha qabarıq olur. Hissiyyatın pozulmasına xəstələrin 85-90%-də rast gəlinir. Erkən mərhələlərdə paresteziyalar, dizesteziyalar, ağrı hissiyyatının mozaik pozulması, vibrasion hissiyyatın enməsi müşahidə edilirsə, daha gecikmiş mərhələlərdə səthi və proprioseptiv hissiyyatın naqil və nadir hallarda seqmentar pozuntular aşkar edilir. Beyincik mənşəli pozuntular əsas əlamətləri bədənin müvazinətinin, yerişin pozulması, dismetriya, intension tremor, dizartriya, nistaqm olan statiko-lokomotor və dinamik ataksiya ilə xarakterizə olunur. Digər əlamətlərdən asinergiya, əzələ hipotoniyasını göstərmək olar. Ataksiya xəstələrin davamlı əlilliyinin əsas səbəblərindəndir. Görmə pozulmaları xəstələrin 60%-də xəstəliyin müxtəlif mərhələlində rast gəlinir və əksər hallarda kəskin optik nevritin, nadir hallarda proqressivləşən bir və ya iki tərəfli görmə pozulmalarının inkişafı ilə xarakterizə olunur. DS zamanı kəllə-beyin sinirlərinin və beyin kötüyünün zədələnmə simptomlarına tez-tez rast gəlinir və onlar aşağıdakı kimi özünü göstərir:
- gözün hərəki pozuntuları, xüsusilə uzaqlaşdırıcı sinirin parezi və nüvələrarası oftalmoplegiya - mimiki əzələlərin mərkəzi və periferik parezləri - nistaqmın müxtəlif tipləri - trigeminal neyropatiya - başgicəllənmə - psevdobulbar pozuntular (dizartriya, disfagiya və s.)
Çanaq orqanlarının funksiyalarının pozulmasına DS-nin müxtəlif mərhələlərində xəstələrin 80%-də rast gəlinir. Bu patologiyalar sidik ifrazının pozulması (sidik saxlaya bilməmək, sidik ifrazının ləngiməsi və ya hər iki pozuntunun kombinasiyası); defekasiyanın pozulması (qəbizlik, nadir hallarda nəcisi saxlaya bilməmək); cinsi funksiyanın pozulması (erektil, eyakulyator disfunksiya, libidonun enməsi, anorqazmiya) ilə büruzə verir.
Ağrı DS-li xəstələrin tez-tez rast gəlinən (50%) şikayətlərindəndir. Ağrılar kəskin/yarımkəskin (trigeminal nevralgiya; dilaltı sinirin nevralgiyası; tonik əzələ spazmları; ətraflarda paroksizmal ağrılar və Lermitt sindromu; baş ağrısı; kökcük ağrıları; optik nevritlərdə periorbital nahiyədə ağrı; sidik kisəsinin boşalmasının pozulması nəticəsində qasıq və qasıqüstü nahiyədə ağrı) və xronik (ətrafların əzələlərində ağrılı spazmalar, dizesteziyalar, likvorodinamik pozuntular zamanı xronik baş ağrısı, damar mənşəli xronik baş ağrıları, kökcük ağrıları və s.) ola bilər
Xəstələrin 90%-də neyropsixoloji pozuntular, sindromlar və psixi pozulmalar aşkar edilir.
Diferensial diaqnostikası
Xəstəliyin başlanğıc mərhələsində DS-nin klinik mənzərəsində polimorfizmin olması onu bir sıra xəstəliklər ilə diferensiasiyasını çətinləşdirir. DS-nin diferensial diaqnozu aşağıdakı xəstəliklərlə aparılmalıdır:
- Kəskin dağınıq ensefalomielit - Beyin kötüyünün şişləri - Mərkəzi pontin mielinolizi - Essensial tremor - Hemifasial spazma - İİV-lə bağlı MSS ağırlaşmaları - Proqressiv multifokal leykoensefalopatiya - İrsi metabolik xəstəliklər - Laym xəstəliyi - Lizosomal toplanma xəstəlikləri - MELAS - Miokimiya - Paraneoplastik ensefalomielit - Persistent idiopatik üz ağrıları - Yan amiotrofik skleroz - Onurğa beyni infarktı.
Müalicəsi
Kəskin epizodların medikamentoz müalicəsi
Disstress yaradan hər bir simptomla kəskin epizodu (o cümlədən optik nevriti) olan və ya hərəkətlərin məhdudlaşması artan xəstəyə yüksək dozada kortikosteroidlərlə müalicə təklif edilməlidir. Kortikosteroidləri təyin etməzdən əvvəl xəstəyə onların mümkün olan yan təsirləri və faydası barədə aydın məlumat verilməlidir. Kortikosteroidlərlə müalicə kursu ildə üç dəfədən artıq və ya kurs müddəti 3 həftədən artıq olmamalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1733   Tarix: 20 aprel 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

Diyetoloq Loren Manaker bir həftə ərzində hər gün brokkoli yemək qərarına gəlib və təcrübənin nəticələri onu təəccübləndirib. -a istinadən xəbər verir ki, o, "Prevention" nəşrinə müsahibəsində bu tərəvəzin rasion

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bakıda 29 yaşlı qadının qopmuş qolu bərpa olundu - (Foto)

Bakıda ağır yol-nəqliyyat hadisəsi zamanı sol qolu travmatik amputasiya olunan 29 yaşlı qadın uğurla əməliyyat edilib. xəbər verir ki, hadisədən sonra zərərçəkən Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyy

.

Zibil deyib atmayın, kilosu sərvət dəyərindədir

Trüfel göbələyi dünyada lüks restoranların böyük maraq göstərdiyi ən qiymətli qida məhsullarından biridir. -a istinadən bildirir ki, torpağın bir neçə santimetr dərinliyində yetişən və xüsusi təlim keçmiş itlərin köməyi il

.

Ayaqlarınızı duz və soda ilə yuyun: Görün nə edir

Uzun və yorucu bir gündən sonra ayaqlarınızdakı ağırlıqdan qurtulmaq üçün bahalı qulluq məhsullarına ehtiyacınız yoxdur. Duz və soda ilə ayaqlarınızı həm rahatlaya, həm də təravətləndirə bilərsiniz. xəbər verir ki, çox vax

.

Qarpız bu şəxslərə olmaz

Qarpızın həddindən artıq qəbulu bəzi insanlar üçün sağlamlıq riski yarada bilər. xəbər verir ki, rusiyalı diyetoloq Olqa Yamilovanın sözlərinə görə, xüsusilə böyrək və şəkərli diabet xəstələri bu meyvəni ehtiyatla istehla

.

İsti havalarda nə yeməli, nə içməli?

Yüksək temperatur və rütubət orqanizmdə maye və mineral itkisini artırır. xəbər verir ki, güclü tərləmə nəticəsində yaranan su və mineral çatışmazlığı huşun itirilməsinə, başgicəllənmə və ürəkbulanma kimi hallara səbəb ol

.

Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun

Əllərdə gün ərzində davam edən ağrı və sərtlik oynaqların aşınması (osteoartrit) xəstəliyinin əlaməti ola bilər. Bu xəstəlik oynaqları qoruyan qığırdağın zamanla nazilməsi və aşınması nəticəsində yaranır. xəbər verir ki

.

Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər

Bəzən yorğunluq normal haldır, lakin hər gün davam edən halsızlıq orqanizmdə müəyyən problemlərin əlaməti ola bilər. xəbər verir ki, davamlı yorğunluğun səbəbləri arasında qan azlığı, qalxanabənzər vəz xəstəlikləri, şəkərl

turlar.az

kosmetoloq geyim dəbləri kosmetik vasiteler aksesuar ilk cinsi əlaqə xinayaxdi haxista dil haqqinda atalar sözləri kosmetika şebnem tovuzlu oxatan heyati qoğalın nağlı bayraq