Makaronun faydaları nələrdir? - sağlam qidadırmı?

Makaronun faydaları nələrdir? - sağlam qidadırmı?Makaron uzun zamandır mətbəxlərin təməl daşlarından biridir və dünya miqyasında sevilən qidalardandır. 600-dən çox fərqli forması olan bu qida balanslı bir pəhrizin parçası kimi istehlak edildikdə sağlamlıq üçün bir çox fayda təmin edir.
Milli.Az xəbər verir ki, makaron aktiv həyat tərzi üçün lazım olan kompleks karbohidratlar vasitəsilə bədəni davamlı enerji ilə təmin edir. 
Qan şəkərində qəfil yüksəlmələrə səbəb olmadan beyin və əzələlər üçün yanacaq rolunu oynayan qlükozanın davamlı ifrazını təmin edir.
Təbii olaraq aşağı yağ və xolesterin tərkibinə malikdir. Tərəvəzlər və ya yağsız zülallarla birlikdə yeyildikdə ürək üçün faydalı seçimdir.
Tam taxıllı makaron həzmə kömək edir, daha uzun müddət tox tutur və qan şəkərini nəzarətdə saxlayır.
Hüceyrə sağlamlığı üçün həyati əhəmiyyət daşıyan fol turşusu, dəmir və B vitaminləri ilə zəngindir.
Soyudulmuş makaronun tərkibindəki bəzi nişastalar bağırsaqdakı faydalı bakteriyaları bəsləyərək prebiotik funksiyasını yerinə yetirir.
Makaronun sağlamlıq dərəcəsi porsiya ölçüsünə, növünə (tam taxıllı və ya rafinə edilmiş) və hazırlanma qaydasına bağlıdır. Onu daha sağlam etmək üçün:
Tam taxıllı və ya yüksək zülallı makaronlara üstünlük verilməlidir.
Boşqabınızı ispanaq, bibər, göbələk və ya qabaq kimi tərəvəzlərlə zənginləşdirin.
Ağır soslar əvəzinə zeytun yağı, sarımsaq və ya pomidor əsaslı alternativləri seçin.
Makaronu bir az diri (al dente) bişirmək onun glisemik indeksini aşağı salır və qan şəkərini daha az yüksəldir.
Makaron ölçülü şəkildə və tərəvəzlərlə birlikdə istehlak edildikdə çəki idarəetməsinə kömək edə bilər. Lif baxımından zəngin olması metabolizmanı sürətləndirir və toxluq hissi yaradır. Araşdırmalar göstərir ki, sağlam pəhrizin (məsələn, Aralıq dənizi pəhrizi) parçası kimi makaron istehlakı piylənməyə səbəb olmur, əksinə arıqlamağa kömək edə bilər.
Makaron idmançılar üçün çox faydalıdır, çünki məşq zamanı davamlı enerji verir və əzələlərdə qlikogen depolarının yenilənməsinə kömək edir. Asan həzm olunan bu qida yorğunluğun qarşısını aldığı üçün məşq öncəsi və sonrası üçün ideal bir öyündür.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1017   Tarix: 03 may 2026
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

hamiləlik qis geyimləri 2026 sade makiyaj sekilleri mayalanma tənəffüs orqanları şirniyyat stil dərsləri kosmetika novruz hakışdaları video zencefil novruz hakisdalari vətən