Damar demensiyası nədir? - Həkim yazır

Damar demensiyası nədir? - Həkim yazırDamar demensiyası beyinə qan axınını pozulması nəticəsində insult  kimi müxtəlif vəziyyətlərdən qaynaqlanır. Bu yaddaş, düşüncə və davranış problemlərinə səbəb  olur. Damar demensiyası Alzheimer xəstəliyindən sonra ikinci ən çox görülən demensiya diaqnozudur və təkbaşına və ya demensiyanın başqa formaları ilə  birlikdə inkişaf edə bilər.
Damar demensiyasına səbəb nə olur?
Damar demensiyası nədir? - Həkim yazırDamar demensiyasi beyində damarları zədələyən , beyinə qan və oksigen axınını kəsən müxtəlif vəziyyətlər nəticəsində baş verir. Damar demensiyası insanların beynində tez-tez əvvəlki insultların , qan damarlarının divarının qalınlaşmasının və ağ maddənin  ( beynin müxtəlif bölgələri arasında məlumatları daşıyan birləşdirici tellər) incəlməsinin sübutu var.
İnsult keçirmiş insanların heç də hamısında damar demensiyası inkişaf etmir. İnsultdan sonra demensiya riski bir insanın keçirdiyi insultların ölçüsündən və sayından  və beynin hansı bölgəsinin təsirlənməsindən asılıdır. Damar demensiyası həmçinin damarların daralması kimi qan axını və beyinə oksigen tədarükünə maneə törədən digər şərtlərin nəticəsi də ola bilər.
Yüksək qan təyziqi, ürək ritm problemləri, diabet və yüksək xolesterin damar demensiyası riskini artıra bilər. Bu risk faktorlarına nəzarət etməklə siz zehni zəifləmə və demensiya inkişaf şansınızı azalda bilərsiz.
Damar demensiyasının əlamətləri və simptomları hansılardır?
Damar demensiyasının əlamətləri birdən görünə və ya yavaş-yavaş irəliləyə bilər. Damat demensiyasının bəzi əlamətlərinə aşağıdakılar aiddir:
Hesabalrı ödəmək kimi əvvəllər asan olan işləri yerinə yetirməkdə çətinlik çəkmək.
Təlimatları izrləməkdə və ya yeni məlumat və ya rutinlər öyrənməkdə çətinlik
Damar demensiyası nədir? - Həkim yazırİndiki və ya keçmiş hadisılıri unutmaq
Əşyaları itirmək
Nəqliyyatdan istifadə etdikdə çətinlik
Düzgün sözü tapmamaq və ya yalnış sözdən istifadə etmək kimi dillə bağlı problemlərin olması
Yuxu pozulmaları
Oxumaqda və yazmaqda çətinlik
Əşyalara və insanlara marağı itirmək
Depresiya, həyəcan və qəzəb kimi şəxsiyyət, davranış və əhval dəyişiklikləri
Halüsinasiyaların olması( gerçək olaman şeylərin gözə görünməsi)
zəif mühakimə və təhlükəni dərk etmək
Simptomlar beyinin ölçüsündən, yerindən və zıdılınmiş sahələrin sayından asılı ola bilər.
Damar demensiyası diaqnozu necə qoyulur və müalicə edilir?
Damar demensiyasına diaqnoz qoymaq üçün həkim gündəlik fəaliyyətlərlə bağlı problemlər barədə soruşa, yaddaş və ya düşüncə testləri keçirə və demensiya əlamətlərinin olub-olmadığını öyrənmək üçün həmin şəxsi yaxşı tanıyan biri ilə danışa bilər. Xəstəlik tarixi, həyat tərzi məlumatları və beyin görüntüləmələri  damat demensiyası simptomlarının səbəbi olub-olmadığını müəyyən etməyə kömək etmək üçün istifadə edilir.
Hal-hazırda insult nəticəsində beyin zədələnməsini bərpa etmək üçün heç bir müalicə yoxdur.
Damar demensiyası nədir? - Həkim yazırDamar demensiyasının müalicəsi gələcək insultların qarşısını almağa yönəlmişdir. Onların qarşısını alan dərmanlar , məsələn, qan durulaşdırıcılar beyinə daha çox ziyan vurma riskini azaltmağa kömək edə bilər. Alzheimer xəstəliyinin simptomlarını müalicə etməyə kömək edən dərmanlar erkən damar demensiyası olan insanlara fayda verə bilər. Həkim həmçinin yüksək qan təyziqi  və ya xolesterin kimi risk faktorlarını dərmanlar  və həyat tərzi dəyişiklikləri ilə müalicə etməyi tövsiyyə edə bilər.
Damar demensiyasından necə qorunmaq olar?
Damar demensiyası üçün risk faktorlarını azaltmağa kömək etmək məqsədilə sağlam həyat tərzi sürmək vacibdir. Buraya sağlam qidalanma, spirtli içkilər və siqaretdən uzaq durmaq, idman etmək və stressi idarə etmək daxildir.
Nevroloq Sevinc Mir Seyid
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1471   Tarix: 07 may 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

turlar.az

geyim seçimi geyim necə seçməli yemek reseptleri uşaq xəstəlikləri yuxu yozmalar elm haqqinda atalar sözləri uşaq dünyası kosmetika terezi sirin qogal geyim ginekoloq babasil