Damarları təmizləyib qan dövranını yaxşılaşdıran qidalar

Damarları təmizləyib qan dövranını yaxşılaşdıran qidalarÇox yağlı yeməklər damarların əhəngləşməsinə səbəb olur. Vaxt keçdikcə insanın damarlarında piyə oxşar maddə xolesterin yığılmağa başlayır.
Xolesterin damarları daraldır, daha zəif, nazik edir, elastikliyini pozur. Xolesterinlə tıxanmış damarlar asanlıqla partlaya bilər. Bu isə inrfarkt və ya insultla nəticələnir.
Publika.az xəbər verir ki, əgər yediyiniz qidalar yağlıdırsa, damarlar xolesterin ilə tıxanır. Lifli meyvə və tərəvəzlər yağlı qidaların təsiri nəticəsində yaranmış yüksək təzyiqin qarşısını alır və əhənglənmiş damarları təmizləyir.
Zeytun yağı pis xolesterini azaltmağa kömək edir. Ümumiyyətlə, şəfa mənbəyi kimi tanınan bu yağ damarlarda xolesterin yığılmasına yol açmaz. Qədərində istifadə edildikdə faydalıdır, ancaq yüksək kalori dəyərinə malik olduğu üçün həddi aşmaq olmaz.
Alma, çiyələk, portağal, qreypfrut və üzüm kimi meyvələr də xolesterini aşağı salmaq üçün təsirli ola bilər. Lif miqdarı yüksək olan meyvələr ürək və xərçəng kimi ciddi xəstəliklərin də riskini azaldır.
Yüksək lif nisbəti olan qidalar damarları xolesterindən təmizləmək üçün çox faydalıdırlar. Yulaf əzməsi, alça qurusu, banan, arpa, paxla məhsullarının da lif miqdarı yüksəkdir.
Omeqa-3 yağ turşularını ehtiva edən balıqlar da damarları təmizləyib qan dövranı sistemini yaxşılaşdırır, yüksək təzyiq riskini azaldır, qan laxtalanmasının inkişafının qarşısını alır. Həmçinin ürək xəstəliklərinin səbəb olduğu ölüm riskini azaldır.
Xüsusilə qızılbalıq, sardinya, skumbriya, siyənək balığı və ton balığı omeqa-3-lə zəngindir.
Hər gün bir ovuc duzlanmış çərəz də xolesterin səviyyəsini aşağı salmaq çün ideal vasitədir. Yer fıstığı, fındıq, badam, fındıq, qoz salatlara əlavə edə, çiy halda istehlak edə, yaxud üyüdərək qatığın, ya da smuzilərə qata bilərsiniz.
Çərəzlərdə olan faydaları yağlar damarların təmizlənməsinə kömək edir və bütün orqanizmdə qan dövranını yaxşılaşdırır. Lakin bir ovucdan artıq yemək artıq çəkiyə səbəb ola bilər.

Xəbərlər     Baxılıb: 2242   Tarix: 07 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

qaşların formalari sade makiyaj sekilleri geyim necə seçməli portagalin faydasi donlar yay ucun yeni paltarlar 2026 qirmizi mercinin hazirlanmasi kosmetika haxista kahfe falı baldiz qiz evi balıq