Damarları təmizləyib xolesterini aşağı salan təbii üsullar

Damarları təmizləyib xolesterini aşağı salan təbii üsullarXolesterin insan orqanizmi və bir çox hormonların sintezi üçün həyati vacib olan maddədir. Bu səbəbdən xolesterini "ziyanlı" maddə saymaq doğru olmazdı. Lakin qanda xolesterinin səviyyəsi normadan artıq olduqda, bu, çox təhlükəli sayılır.

Məsələ burasındadır ki, artıq xolesterin damarlarda yığılır, damarları daraldır, onların elastikliyini azaldır, damarlarda iltihabın inkişafına səbəb olur. Bu isə çox təhlükəli vəziyyətdir. Damar tam bağlana, bu damarda qanın axması dayana və zədələnmiş damar yırtıla bilər. Bunlar isə insult və infarkt kimi ağır fəsadların, hətta ölümün səbəbi olar.

Qadinsaytı.az publika.az-a istinadən xolesterin səviyyəsini normaya salan qidaların siyahısı təqdim edir:

Alma

Klimaksdan sonra qadınlar arasında aparılan tədqiqatda məlum olub ki, hər gün alma qurusu yeyənlərdə pis xolesterin səviyyəsi 23 faiz azalıb, yaxşı xolesterin isə 4 faiz artıb. Başqa bir tədqiqatda isə hər gün bir alma yeyən insanların ürək xəstəliklərindən çox nadir hallarda əziyyət çəkdiyi ortaya çıxıb. Alma həm də infarkt və iflic riskini azaldır.

Paxla

Gündə yalnız yarım stəkan paxla, barbunya, noxud və ya çin viqnası yeyərək xolesterini nəzarət altında saxlamaq olar.

Qatıq

Araşdırmalara görə, probiyotik ehtiva edən qatıqlar sadəcə xolesterini balanslaşdırmaqla qalmır, eyni zamanda qanda şəkərin miqdarını tənzimləyir, homosistein səviyyəsini nəzarətdə saxlayır. Beləcə, ürəyi qoruyur.

Sarımsaq

Sarımsaq yüksək təzyiqi aşağı salır, damar əhənglənməsinin qarşısını alır və xolesterini azaldır.

Keşniş

Keşniş bədəni ürək xəstəliklərindən qoruyur. Arteriyalarda yağ yığılmasının qarşısını alır. Dolayısı ilə pis xolesterini əhəmiyyətli dərəcədə azaldır.

Qırmızı yonca

Qırmızı yonca ürək xəstəliklərinin müalicəsində və qarşısının alınmasında olduqca faydalı və təbii dərman bitkisidir. Aparılan araşdırmalara görə, qırmızı yonca pis xolesterini azaldaraq arteriyaların elastikliyini artırır. Quru qırmızı yonca çiçəklərini dəmləyib çay kimi için.

Zəncəfil

Başqa bir araşdırmaya görə, zəncəfil də xolesterini aşağı salan təsirli bitkidir. Gündə 1 stəkan təzə zəncəfili çayı xolesterini effektiv şəkildə aşağı salır. Yaxud da yeməklərə bir qaşıq zəncəfil tozu əlavə edə bilərsiniz.

Xəbərlər     Baxılıb: 2454   Tarix: 28 yanvar 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

kosmetika mehsullari geyim seçimi qis geyimləri 2026 suni mayalanma dondurmalar morugun faydalari zoğalın faydaları kosmetika maskalar novruza aid hakışta yuxuda qara ilan gormek məsəllər həsən bəy zərdabi