Damarları tıxayan, ürəyi öldürən - PİS XOLESTERİNLƏ NƏ ETMƏLİ?

Damarları tıxayan, ürəyi öldürən - PİS XOLESTERİNLƏ NƏ ETMƏLİ?30 yaşından sonra əksəriyyət azərbaycanl kişilərin qan analizində xolesterinin miqdarı çox çıxır. Məlumatlara görə, İran və Türkiyə həkimləri pasiyent Azərbaycandan gəlibsə, onu mütləq xolesterin analizinə göndərirlər. Çünki əmindirlər ki, xolesterinin miqdarı yüksəkdir və orqanizmindəki problem bununla əlaqədar ola bilər.
Bəs niyə 30-35 yaşdan sonra azərbaycanlıların qanı xolesterinlə dolur? Vaxtında qanında xolesterinin səviyyəsini ölçdürməyənləri nə gözləyir?
Milli.Az medicina.az-a istinadən oxucuları xolesterin, onun fəsadları, qandakı miqdarını necə azaltma yolları ilə ətraflı tanış edir.
Xolesterin nədir?
Orqanizmdə vacib olan lipidlərin, yəni yağanbənzər maddələrin bir növüdür. Hər insanda var. Sadəcə normasında olması vacibdir. Son zamanlar ekologiya, yemək, stress və zərərli vərdişlər səbəbindən qanda xolesterinin səviyyəsini ölçdürmək geniş yayılıb.
Xolesterin orqanizmdə bir çox biokimyəvi proseslərin, həmçinin cinsi hormonların sintezində mühüm rol oynayır. Xolesterinin azlığı da insan üçün təhlükəlidir. Xolesterin hüceyrələr üçün tikinti materialıdır. O, erotrositlərin tərkibində çoxdur. Eləcə də baş beyin və qaraciyərdə də yerləşir. Xolesterin mədə şirəsinin tərkibini təşkil edir, D vitaminini sintez edir və immunitetin möhkəm olmasına cavabdeh fermentdir.
Kimyəvi tərkibinə görə piy, yağ və spirtə yaxındır. Loru dillə desək, yağlı spirtdir. Bir növ öd şirəsinə də oxşayır. Xolesterin sözü də burdan götürülüb: "bərk öd" deməkdir.
Yaxşı və pis xolesterin
Xolesterin 2 tipdə olur: alfa ve beta. Hər ikisi qanda normal səviyyədə olmalıdır. Birinci tip alfa - yaxşı, ikinci tip isə pis, zərərli xolesterin hesab olunur. Pis xolesterin-lipoproteinlər damarların divarına yapışıb qalınlaşdırır və tıxanıqlıq yaradır. Məhz burdan ateroskeroz - damar tutulmaları başlayır. Damar tıxananda isə gələcəkdə insult, infarkt, işemik xəstəliklər qaçılmazdır.
Xolesterinin böyük hissəsi elə insanın daxilində, qaraciyərdə sintez olunur. Çox az hissəsi isə xaricdən - qida ilə daxil olur. Yəni, xolesterinin miqdarına, sintezinə, dövranına qaraciyər cavabdehdir.
Əgər insanın qaraciyəri pis xolesterini çox yığırsa, xolesterini normaya sala bilmirsə, bu zərərli miqdarın üzərinə insanın qida ilə daxil etdiyi xolesterin də gəlir, beləcə qanda pis xolesterin, eləcə də ümumi xolesterinin miqdarı normasından artıq olmağa başlayır.
Hər bir insan yaşına görə qanında xolesterin normasını bilməli və ildə 2 dəfə onu yoxlamalıdır.
Xolesterin çoxluğunun əlamətləri:
İnsanın əhval-ruhiyyəsində və ümumi halında özünü göstərir:
gözdə sıxılma, görmənin zəifləməsi,
yorğunluq, baş ağrısı,
başgicəllənmə,
yuxu, cinsi istəyin azalması,
qadınlarda libidin azalması,
depressiya,
ayaqlarda ağırlıq.
Xolesterin norması
İnsanın cinsiyyəti və yaşına görə dəyişir. Hər növ xolesterin üçün ayrıca norma təyin olunub. Normadan az olsa da zərərlidir, çox olsa da. Normadan həddən artıq çox olması vəziyyətin getdikcə kritikləşdiyini göstərir.
Ümumi xolesterin üçün norma 5 mmol/litrdir, pis xolesterin üçünsə 4mmol/litr.
Yaş artdıqca və müəyyən xəstəliklər səbəbindən qanda xolesterinin miqdarı artır. Qadınlar üçün norma kişilərdən yüksəkdir. Amma qadınlar pis xolesterindən daha az əziyyət çəkir, nəinki kişilər.
Nəzərə almaq lazımdır ki, bəzi qalxanabənzər vəz problemləri zamanı, hamiləlikdə və soyuq fəsillərdə qanda xolesterinin səviyyəsi bir azca dəyişir. Asiyalıların avropalılara nisbətən xolesterini daha çox olur. Bu da etnik coğrafi səbəblərdəndir.
Bu xəstəliklərdə xolesterin normadan yüksək olur:
-Qaraciyər-böyrək xəstəlikləri
-Xolestaz-öd durğunluğu
-Pankreatit
-Qirke xəstəliyi
-Piylənmə, artıq çəki
-Şəkərli dibet
-Podaqra
-Alkoqolizm
-İrsi genetik faktorlar
Kimlər risk altındadır?
-40 yaşdan sonra kişilər
-Menopauza dövründə qadınlar
-Diabet xəstələri
-İnfarkt və insult keçirənlər
-Oturaq həyat tərzi keçirənlər
-Spirtli içki qəbul edənlər
-Siqaret çəkənlər
-Daima stress altında olanlar
Pis xolesterini artıran qidalar:
-Piy, yağ, kərə yağı, heyvan mənşəli yağlar
-Yumurta
-Xama
-Pendir
-Çörək
-Pivə
-Qızardılmış yeməklər
-Fast food
Qanda xolesterinin miqdarı kritik həddi keçərsə, xəstənin vəziyyətinə görə həkim tez nəticə almaq üçün xolesterini blok edən dərmanlar təyin edir. Bunlardan: Atorvastatin, Simvastatin, Lovostatin, Nikotin turşusu və s. var. Lakin dərmanı həkim göstərişi olmadan, özbaşına qəbul etmək olmaz.
Bəzən qan analizində xolesterinin normadan az olması üzə çıxır. Bu da orqanizmin işini pozur. Xolesterin yetməzliyi hüceyrələrin aclığına səbəb olur, sinir sistemi, beyin zəifləyir, depressiya yaranır.
Xolesterinin miqdarını kəskin azaldan səbəblər:
- Bir müddət ac qalmaq
-Kaxeksiya
-Hiperterioz
-Sepsis
-Yanıqlar
-Qaraciyərin ağır xəstəlikləri
-Vərəm
-Qanazlığı, anemiya
-Talassemiya
-Bəzi dərmanların təsiri
Bu zaman xolesterini artıran dərmanlar təyin olunur, həmçinin yumurta, pendir, qaraciyər qidaya əlavə olunur.
Xolesterini azaltmaq üçün:
İlk növbədə 3 zərərli vərdişdən imtina etməlisiz: içki, siqaret, hərəkətsizlik. Daha sonra qida rasionunu dəyişməlisiz.
Pis xolesterini qovmaq üçün fiziki yükü artırmaq lazımdır. İdman, qaçış, üzgüçülük vacibdir.
Xolesterini qovan məşhur ərzaqlar:
-Yalnız bitki yağlarından istifadə olunmalı, xüsusən kətan toxumu və zeytun yağı
-Sarımsağı bol qəbul etməli, o, qandan xolesterini qovur. Hər gün 3 diş çiy sarımsaq yeyilməlidir.
-Hər gün 2 litr su və yalnız yaşıl çay içilməli
-İtburnu dəmləməsi qəbul edilməli
-Zəncəfil çayı və zəncəfilin özü - təzə kökü, tozu
-Paxlaları çoxaltmalı - sutkaya 50 qr hər hansı paxlalı yemək lazımdır.
-Gündəlik 500 qram olmaqla təzə tərəvəz və meyvələrdən salatlar yeyilməlidir. Xüsusən sitrus meyvələri - portağal, kivi, limon və s. bol olmalıdır
- Göyərti- ispanaq, salat, rukkola qida rasionuna daxil edilməlidir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1215   Tarix: 02 dekabr 2023
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

geyim necə seçməli kosmetoloq toy makiyajlari sızanaqlara qarşı maska dəri və saç aliment almaq yaz salatlari kosmetika tərəzi novruz bayramına aid hakışda sekisler meseller sekis