Damarlarınızın tıxandığını hansı analizlə bilmək olar?
Ateroskleroz iri damarların, xüsusən ürək və beyin damarlarının xolesterin və yağ ilə tutulması, daralmasıdır.
Bu zaman orqanlara qan axını pozulur, nəticədə bir gün infarkt, insult baş verir.
Bəs damarların tutulmasını necə müəyyən etmək olar:
Əsasən ayaq arteriya və venalarının vəziyyətini dopler göstərir
Eləcə də USM ilə boyunda şah damarlar və qarın boşluğundakı aorta yoxlanılır
Ürək damarlarını isə angioqrafiya ilə yoxlayırlar
Amma bir neçə qan analizi var ki, onlarla da damarların vəziyyətini təyin etmək olur.
Milli.Az bildirir ki, bunun üçün qanda xolesterin, triqliseridlər və lipid spektri analizləri verilməlidir.
Bu analizlərdə normadan yüksək göstəricilər damarların tutulduğunu, aterosklerozu hətta başlanğıc mərhələdə göstərir.
Həkimlər 35 yaşdan sonra hər kəsin, xüsusən kişilərin ildə 1 dəfə bu analizləri müntəzəm verməsini tövsiyə edir.
Əgər normadan kənara çıxmalar varsa, vaxtında müalicə ilə bir çox xəstəliklərin qarşısını almaq olar. /medicina.az
Milli.Az /news.milli.az









Çox təhlükəli VİRUS: Yeni karantin qapıda
D vitamininin ziyanı üzə çıxdı
Qatıq yeməyin də saatı varmış: Faydası qat-qat artır
Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş
Səhər və axşam fərq etmədən zəhər istehlak edirik
Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün
"Yaxın 10-15 ildə alimlər insan ömrünü azı 10 il uzada biləcəklər"
Guya irad bildirib, özünü ağıllı göstərməyə ehtiyac yoxdur
Efirlərdən küsmüşəm' - Aşıq Əli
Təəssüf ki, aktyorlar kölgədə qalıblar' - Əməkdar artist
Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ
Bu suyu içmək məsləhət deyil: tərkibində zərərli bakteriyalar ola bilər