Daş böyrək çatışmazlığı əmələ gətirir

Daş böyrək çatışmazlığı əmələ gətirirİnsan yaşa dolduqca bəzi xəstəliklərlə üzləşir. Bunlardan biri də öddə, böyrəkdə olan daşlardır ki, onların əmələ gəlməsində səbəb orqanizmdə olan çöküntülərdir.
Milli.Az axşam.az-a istinadən bildirir ki, böyrək paxlayabənzər cüt orqan olub, uzunluğu 10-12 santimetrdir. Gün ərzində böyrəklər 200 litr qan filtrasiya edir. Həmçinin böyrək arterial təzyiqin normada saxlanılmasında böyük rol oynayır, sümük toxumasının yaranmasında iştirak edir. Sidiyin əmələ gəlməsində və xaric olunmasında böyrəklərin rolu böyükdür. Bu zaman hansısa bir pozğunluq yarandıqda, böyrəkdə mineral çöküntülər əmələ gəlir. Get - gedə bu çöküntülər daşlaşır və  böyrək daşı əmələ gəlir.
Böyrəkdə daş əmələ gəlməsinin əsas səbəblərindən bir də maddələr mübadiləsinin və su-duz balansının pozulmasıdır. Duz balansı pozulduqda  böyrəkdə duzun miqdarı artır, duz daşlaşmağa başlayır. Oturaq həyat tərzi də böyrəkdə daş əmələ gəlməsinə səbəb olan amillərdəndir. Oturaq həyat şəraiti kalsiumun sümüklərdən xaric olmasını sürətləndirir, qanda kalsiumun miqdarı yüksəlir, sidiklə ifrazı artır. Bu da daş əmələ gəlməsini sürətləndirir.
 Böyrək daşları müxtəlif olur:
· Urat
· Fosfat
· Oksalat
· Sistin
Qidada ət yeməklərinin üstünlük təşkil etməsi urat daşlarının, süd məhsullarının çox olması isə fosfat daşlarının əmələ gəlməsinə şərait yaradır. Müasir dövrdə daha çox oksalat daşlarına rast gəlinir. Sistin daşlara isə çox nadir hallarda rast gəlmək olur.
Kliniki əlamətlər
Daşlar  ilk əvvəllər böyrəyin kasa-ləyən adlanan hissəsində əmələ gəlir. Burada olan zaman daş sidik axınına təsir etmir. Daş getdikcə sidik axınına düşür. Belə halda xəstədə dəhşətli ağrılar baş verir. Getdikcə daş daha da irəliləyir və sidik axarının mənsəbini tamamilə tutur. Bu zaman sidik xaric oluna bilmir, böyrəkdə yığışır. Ağrılar daha da kəskinləşir və bel nahiyəsinə, qarının aşağı hissələrinə vurur. Bu ağrılar aramla, günlərlə davam edə bilər. Belə halda hətta sidikdə qan da olur. Böyrək daşları sidik axınına mane olmadıqda, heç bir ağrı vermir. Böyrək daşı bəzən ürəkbulanma ilə də müşayiət olunur. Daşların uzun müddət böyrəkdə qalması, müalicə olunmaması böyrək çatışmazlığına gətirib çıxarır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1454   Tarix: 22 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

kosmetoloq gozel gorunmek qaşların formalari faydalı məsləhətlər 1 hefteye 5 kq ariqlamaq vətən haqqında bayatılar veten haqqinda bayati kosmetika vətən novruz hakıştası kahfe falı bir arzum var