Dazlaşmanın qarşısını almağın YOLLARI
B12 vitamininin çatışmazlığına görə insanda keçəlləşmə başlaya bilər, buna görə də saçların itməməsi üçün müxtəlif heyvanların aktiv bioloji maddələrlə zəngin qaraciyərindən qida kimi istifadə etmək lazımdır.
Milli.Az xəbər verir ki, bu barədə Britaniyanın tanınmış trixoloqu Filipp Kinqsli bildirib.
Onun sözlərinə görə, B12 vitamini orqanizmin hər hüceyrəsi tərəfindən istifadə olunur, əsəb sisteminin işini qaydaya salır, həmçinin dezoksiribinuklein turşusunun istehsalında mühüm rol oynayır. O, həmçinin eritrositlərə oksigeni əzələ toxumalarına, həmçinin tük follikullarına çatdırmağa kömək edir.
Əgər bu vitamin insanın bədənində defisit olsa, onda orqanizm ilk növbədə oksigeni həyati əhəmiyyətli orqanlara çatdırır. Bu halda tük follikulları daha az oksigen alacaq.
"Oksigensiz tük follikulları normal işləməyi dayandırır və saçlar tökülə bilər", - trixoloq deyib.
B12 vitamini çatışmazlığının qarşısını almaq üçün toyuq, donuz və ya mal əti qaraciyərindən daha çox istifadə etmək lazımdır. Bundan başqa, rasiona qızılbalıq, süd və yumurta da əlavə etmək lazımdır. (ölkə.az)
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir